Baş biti (Pediculus humanus capitis) və qasıq biti (Phthirus Pubis)
EBM Klinik protokolları
29.05.2017 • Sonuncu dəyişiklik 16.10.2017
PekkaAutio
Əsas məqamlar
- Baş biti (Pediculus humanus capitis) adətən palto asılqanında saxlanılan papaqlardan və dimdikli papaqlardan (kepkalardan) yayılır. Onlar həmçinin yaxın təmas zamanı insandan insana da keçə bilir. Qasıq bitinin (Phthirus Pubis) daha çox ötürülmə yolu cinsi əlaqədir.
- Əgər bağçada və ya məktəb kimi ictimai yerlərdə bit yayılması qeydə alınarsa, bitin yayılması kollektivin hər bir üzvində qiymətləndirilməlidir.
Simptomlar
- Başın dərisində və qasıq tüklərinin dibində qaşınma və qırmızı papulalara rast gəlinir.
- Adətən başın dərisində ikincili piodermiya inkişaf edir və ənsə bölgəsinin limfa düyünləri böyümüş olur.
- Qasıq bitləri genital nahiyyədə şiddətli qaşınmaya səbəb olan qırmızı diş izləri əmələ gətirir.
- Valideynlərdən keçən qasıq biti uşaqların kipriklərində məskən sala bilir və gövdə nahiyyədə anlaşılmaz maviyəçalan ləkələr yarada bilir ("maculae coerulae").
Diaqnoz
- Sirkə (bit yumurtası) saçda və qasıq tüklərində gözlə görünür (şəkil). Sirkə saçda aylarla qala bilir və yalnız başın dərisində ölçüsü 6 mm-dən qısa olan sirkələrin tapılması canlı parazitlərin dəqiq əlaməti sayılır (saç ay ərzində təqribən 1 sm uzanır)''?>.
- Qasıq bitinin sirkələrinə xarakterik olaraq döş qəfəsinin ön hissəsində və kipriklərdə də rast gəlinir.
- ''Saç qəlibi'' fenomenini (Saç uzunu sürüşən bir kəpək halqası) sirkə ilə qarışıq salmayın. Sirkə sürüşmür, əksinə saça möhkəm bir şəkildə yapışmış olur.
- Uşaqlarda qasıq bitinin diaqnozu kipriklərdə sirkələrin və maculae coerulae-nın tapılmasına əsaslanır.
Müalicə
- Qablaşdırmada qeyd edilmiş təlimata əsasən permetrin şampununun tətbiqi.
- Əgər bu vasitə effektiv olmazsa, malation şampunundan və ya məhlulundan istifadə etmək olar.
- Silikon komponentlərdən ibarət lasionlardan digər alternativ vasitə kimi istifadə etmək olar. Bazarda əksəriyyətinin tərkibində mineral yağlar və ya digər yağ növləri olan müxtəlif məhsullar mövcuddur.
- Oral yolla qəbul edilən ivermektin baş bitinə qarşı effektiv təsirə malikdir. Hər bir ölkəyə xas resept formaları tətbiq edilə bilər. Doza olaraq 7 gün intervalı ilə iki dəfə 200 µq\kq təyin edilir.
- Saç dibindən bit darağı ilə daranaraq sirkələrdən təmizlənilir (darağın dişləri arasında məsafə 0.2-0.3 mm olmalıdır). Digər daraqlar və fırça-daraqlarla saçı yuxarıda qeyd edilmiş şampunlarla yuyaraq daramaq lazımdır.
- Bağçalarda və məktəblərdə bütün işçi heyət problem barəsində xəbərdar edilməlidir.
Daha çox məlumat üçün
Müvafiq resurslar
Roberts RJ. Clinical practice. Head lice. N Engl J Med 2002 May 23;346(21):1645-50.