Xayalıq ağrısı
EBM Klinik protokolları
22.08.2016 • Sonuncu dəyişiklik 24.02.2010
MikaRaitanen
- Xayalıqda şişkinlik, məqaləyə baxın
Əsas müddəalar
- Xaya burulmasına təcili olaraq diaqnoz qoyun və müalicə edin ( uşaq və hələ də cinsi aktiv olmayan yeniyetmələrdə hər zaman burulmadan şübhələnin).
- Epididimiti antimikrobial dərmanlarla müalicə edin. Yeniyetmələrdə həmişə xlamidiya infeksiyasının mümkünlüyünü yadda saxlayın.
- Uzunmüddətli xayalıq ağrısının səbəbi olan varikosele diaqnozunu qoyun.
- Kəskin qarın ağrısı ilə assosiasiyasına görə xayaları müayinə etməyi yadda saxlayın.
Xaya burulması
- İnkişaf edən uşaqda kəskin xayalıq ağrısının etiologiyası digər səbəb sübut olunana qədər xayalıq burulmasıdır.
- İlkin olaraq qarnın aşağı hissəsində yaranıb sonra xayalığa yayılan ağrı və xayalığın birtərəfli şişkinliyi adətən qəflətən başlayır.
- Xaya xayalığın yuxarı hissəsinə qalxır və orada horizontal olaraq uzanır, amma ilkin fazada adətən yeganə tapıntı xayanın həssaslığıdır.
- Xaya çıxıntısının burulması və epididemit xaya burulmasına bənzəyir. Differensial diaqnostika tez-tez yalnız əməliyyat zamanı edilə bilinir.
- Xaya burulması xayanın açılması və hər iki xayalıarın xayalıqda yerləşdirilməsi üçün təcili əməliyyatla müalicə olunur.
Epididimit
- Şişkinlik və həssaslıq xaya artımında lokalizasiya olunur, amma xaya özü də həssas ola bilər. Xayalıq adətən şişkinləşmiş, qırmızımtıl və isti olur.
- Sidik ifrazı ilə assosiasiya olunan simptomlar tez-tez görünür: ağrı, yanğı və tezlik.
- Səbəbkar agentlərə sidik yolu infeksiyalarına səbəb olan bakteriyalar və cinsi aktiv xəstələrdə həmçinin xlamidiya və bəzən qonokokklar daxildir. Daha yaşlı kişilərdə sidik saxlama problemləri meyllik yaradan faktor ola bilər.
- Epididimit həmçinin cinsi aktiv yaşdan əvvəl yarana bilər.
- Uşaqlrda epididimit ola bilsin ki, steril və ya infeksiyalaşmış sidiyin çıxarıcı axacaqlardan keçməsilə yaranır. Təkrari hallarda sidik yollarının USM-i məsələn, ektopik sidik axarını istisna etmək üçün məntiqli müayinədir. Enurez və sidik xaric etmədə çətinliklərə diqqət yetirilməlidir.
- Bütün yaş qruplarında daxildə qalan uzunmüddətli kateterizasiya və uroloji müdaxilələri kimi sidik kanalı manipulyasiyaları, epididimitə meyllik yaradır.
- Müaniyələr
- C-reaktiv zülal
- Sidiyin kimyəvi analizi və sidik kulturası
- Xlamidia və qonokokk kulturaları və ya PCR
- Uşaqlarda ilkin müalicəyə trimetoprim-sulfametoksazol və ya sefalosporin törəmələrindən və digər xəsətlərdə fluoroxinolonlardan ibarətdir. Əgər lazımdırsa, həssaslıq analizinə əsasən müalicə dəyişdirilə bilər. Müalicənin müddəti 2 həftədir.
- Xayalığı saxlamaq üçün saxlayıcı, soyuq bandajlar və NSAID-lər ağrıdan azad edir.
Orxit
- Şişkinlik xayanın özündədir.
- Xanazır xəstəliyinə qarşı peyvəndlər aparılan ölkələrdə peyvəndin tətbiqinə görə parotit və orxit nadir hallarda rast gəlinir, amma epididimit ilə assosiasiya oluna bilər (epididimo-orxit).
- Orxit və xaya burulmasının differensial diaqnostikası çətindir (əgər azca şübhə varsa, təcili xəstəxanaya yönəldin).
- Müayinələr
- Xanazır xəstəliyinə qarşı peyvənd edilməmiş şəxslərdə parotit seroloji analizi (ikili serum nümunələri)
- Müalicə
- Ağrının aradan qaldırılması (yuxarıya baxın)
Varikosel
- Cavan kişilərdə simptomlara sol tərəfdə genişlənmiş venaların görünmsəi və bəzən ağrı ilə yanaşı fertilliyin azalması daxildir.
- Təfsilatlar üçün: məqaləyə baxın