Hemolitk anemiya
EBM Klinik protokolları
23.08.2018 • Sonuncu dəyişiklik 23.08.2018
EevaJuvonen
Eeva-RiittaSavolainen
SakariKakko
Əsaslar
- Retikulositlərin miqdarı anemiyada birinci sıra laborator müayinədir; bu analiz ifrat sərf olunma (= qanaxma və ya hemoliz) anemiyalarını çatışmazlıq anemiyalarından differensasiya etməyə imkan verir.
- İman daxilində hemolizin etiologiyası mütləq tədqiq olunmalıdır.
Epidemiologiya
- Hemolitik anemiyalar bəzi coğrafi regionlarda nadir, (məsələn, Şimali Avropa ölkələri) bəzi coğrafi regionlarda isə çox rast gəlinən problemdir (orağabənzər hüceyrəli anemiya, talassemiyalar, anormal hemoqlobinlər və s.), buna görə də pasiyentin anamnezində etnik mənşəyi mütləq nəzərə alınmalıdır.
Ümumi məlumat
- Eritrositlərin normal yaşama müddəti 120 gündür. Hemolizdə yaşama müddəti qısalaraq bir neçə dəqiqəyə qədər ola bilər.
- Hemoliz ola bilər:
- kompensasiya olunan - eritrositlərin yaranmasının artması sürətlənmiş parçalanmanı kompensasiya edərək anemiyanın qarşısını alır.
- kompensasiya olunmayan - bu zaman pasiyentdə anemiya yaranır.
- Hər iki vəziyyətdə retikulosit sayı etitrosit yaranmasının artdığını göstərərək yüksəlir.
- Eritrositlər parçalanır:
- damarxarici - xüsusilə, dalaqda olmaqla retikuloendotelial sistemdə
- damardaxili (qan dövranında) və ya
- sələf hüceyrələr kimi sümük iliyində.
- Hemolizin əlamətlərinə daxildir:
- retikolositozla nəticələnməklə sümük iliyində eritropoezin artması
- hemoqlobinin parçalanma məhsullarında artım
- damardaxili hemolizdə plazmada hemoqlobin miqdarının artması, bəzən hemoqlobinuriya və hemosiderinuriya.
Hemolitik anemiyanın səbəbləri
- Eritrositlərin vaxtından əvvəl parçalanması baş verə bilər:
- eritrositlərin özündə olan defektlər (irsi hemolitik anemiyalar və paroksizmal gecə hemoqlobinuriya (PGH))
- Spesifik xəstəlik formaları cədvəldə sadalanır.