Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda ətrafların xoşxassələri ağrıları ("böyümə ağrıları")

Mündəricat

Uşaqlarda ətrafların xoşxassələri ağrıları ("böyümə ağrıları")

EBM Klinik protokolları
20.04.2016 • Sonuncu dəyişiklik 20.04.2016
PekkaLahdenne

Əsas müddəalar

  • Diaqnostika və müalicə, bir qayda olaraq, tibbi yardımın birincili həlqəsi səviyyəsində həyata keçirilir.
  • Ayaqların xoşxassəli ağrıları ("böyümə ağrıları") anamnez və klinik təzahürlər əsasında təyin edilə bilir.
  • Uşaq 3 yaşdan kiçikdirsə və ya ağrı uşağın axsamasına səbəb olursa yaxud müayinə zamanı obyektiv əlamətlər aşkarlanırsa, ağrının digər səbəbləri haqda şübhə yaranmalıdır.

Epidemiologiyası

  • Böyümə dövründə uşaqlarda səbəbi ayırd edilməyən, əsas etibarilə aşağı ətrafların residivləşən ağrıları.
  • Böyümə ağrılarının yaranması üçün potensial fon amillərinə gün ərzində verilən fiziki yüklə əlaqədar gərilmə və/və ya oynaqların hipermobilliyi (çox hərəkətliliyi) aid edilə bilər.
  • Yayılması 3 - 8 yaş arasında olan uşaqlar arasında maksimaldır. 4 - 6 yaşlı uşaqların üçdə bir hissəsinə qədərində böyümə ağrıları qeyd edilir .
  • Çox zaman irsi xarakter daşıyır.

Anamnez və klinik təzahürləri

  • Baldır nahiyəsinin ön və arxa hissələri və dizaltı çuxurlar ağrının ən çox rast gəlindiyi sahələrdir.
  • Ağrı əksərən simmetrikdir: aşağı ətrafların hər ikisində hiss edilir və ya bir ətrafdan digərinə keçir.
  • Ağrı əsasən axşamlar, yuxu zamanı və ya gecə ərzində narahat edir və səhərlər adətən qeyd olunmur (səhər buxovlanması-sərtləşməsi törədən artritin əksinə).
  • Ağrı idman hərəkətləri zamanı deyil, sakitlikdə hiss edilir.
  • Ağrı 0,5 - 5 saat davam edir.
  • Baldır nahiyəsinin yaşla əlaqədar variasiyası ilə böyümə ağrılarının yaranması arasında əlaqə yoxdur.
  • Böyümə ağrıları ilə əlaqədar klinik müayinənin nəticələri tam olaraq norma daxilindədir.
  • Uşaqda aşağıdakılar qeyd olunduğu halda, ağrının başqa səbəbi haqda düşünmək lazımdır.
    • axsama və ya ağrı ilə əlaqədar oyunlar yaxud idman hərəkətlərinin dayandırılması
    • əlaqəli simptomlar (məs. ümumi vəziyyətin dəyişməsi)
    • davamlı birtərəfli ağrı
    • simptomların səhər və ya gün ərzində narahat etməsi.

Müayinələr

  • Klinik təzahürlər tam olaraq tipik deyilsə, məsələn, birtərəfli ağrı, yuxarı ətraflarda ağrı, səhər buxovlanması, oynağın şişməsi və ya sistem simptomlar (qızdırma, bədən çəkisinin itməsi, ümumi halsızlıq) qeyd olunursa, ən azından aşağıdakı müayinələr aparılmalıdır
    • qanın klinik analizi (leykemiyanın istisna edilməsi)
    • CRZ, eritrositlərin çökmə sürəti (artritlə bağlı şübhə).
  • Görüntüləmə müayinələrinin (rentgen və ya ultrasəs) keçirilməsinə ehtiyac, yalnız ağrının tam olaraq bir sahədə lokallaşdığı və ya klinik müayinədə hər hansı obyektiv əlamətin aşkar edildiyi halda yaranır.

Müalicəsi

 

Müvafiq resurslar

Lowe RM, Hashkes PJ. Growing pains: a noninflammatory pain syndrome of early childhood. Nat Clin Pract Rheumatol 2008 Oct;4(10):542-9. Viswanathan V, Khubchandani RP. Joint hypermobility and growing pains in school children. Clin Exp Rheumatol 2008 Sep-Oct;26(5):962-6.