Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağız boşluğunun selikli qişasının xoraları

Mündəricat

Ağız boşluğunun selikli qişasının xoraları

EBM Klinik protokolları
23.03.2017 • Sonuncu dəyişiklik 23.03.2017
TuulaSalo MariaSiponen

Əsas məqamlar

  • Kəsici diş kənarları və ya sürtülmüş protezlər kimi qıcıqlandırıcı faktorların qiymətləndirilməsi və aradan qaldırılması.
  • Adətən 2 həftə ərzində sağalmayan xora biopsiya edilməlidir. Həmişə ağız xərçəngi olması ehtimalını yadda saxlayın.

Etiologiyası və müalicəsi

Travmanın səbəb olduğu xoralar

  • Mexaniki
    • Misal üçün, dişləmə, dişlərin ovulması və ya protezin yeyilməsi səbəb olur
    • Adətən tikiş qoyulmadan sağalır; lakin, selik ifraz edən bölgələrdə və ya dodağın dərisində xoralar tikiş qoymaqla bağlanmalıdır.
  • Termal
    • İsti yemək və ya içki səbəb olur
  • Kimyəvi
    • Askorbin turşusu və ya stomatologiyada istifadə olunan maddələr səbəb olur

İnfeksiyaların səbəb olduğu xoralar

  • Bakterial infeksiyalar (sifilis, qonoreya, aktinomikoz, vərəm)
  • İmmuniteti zəif olan insanlarda dərin göbələk infeksiyaları
  • Suluqlama mərhələsindən sonra virus infeksiyaları (məsələn, SHV) xoraya səbəb ola bilər.

Aftoz xoralar (təkrarlanan aftoz stomatit)

  • Dəyirmi və ya oval şəkilli, ağrılı kəskin xoralar
  • Klinik olaraq kiçik (≤ 1 sm), böyük (> 1 sm) və herpetiform (çox sayda çox kiçik xoralar) kimi təsnif edilə bilər. Kiçik aftalara daha çox rast gəlinir.
  • Kiçik və böyük ölçülü xoralara adətən dodaq və yanağın selikli qişasında (daha çox ağızın giriş hissəsində, şəkil), nadir hallarda isə dil və diş ətində rast gəlinir. Herpetiform xoralara ağız boşluğunda istənilən yerdə rast gəlmək mümkündür. 
  • Etiologiyası məlum deyil. Bəzi xəstələrdə genetik meyillilik aşkar edilmişdir.
  • Xoralar ölçüsündən asılı olaraq 1 - 6 həftə ərzində sağalır.
  • Mümkün tətikləyici faktorlara məsələn stress, selikli qişanın zədələnməsi, siqaret çəkmənin dayandırılması və müəyyən qidaların istifadəsi, hematoloji pozğunluqlar (dəmir, fol turşusu, vitamin B12 və ya sink çatışmazlığı), hormonal dəyişiklər və tərkibində natrium lauril sulfat (SLS) olan diş pastalarının istifadəsi daxildir.
    • Bəzi xəstələrdə tərkibində SLS olmayan diş pastalarının istifadəsi xoraların yaranmasını azalda bilər.
  • Diş ətində əmələ gələn xoralar (şəkil). Adi narahatlıqdır və adətən tamamilə zərərsiz olur.
  • Əgər müalicəsi zəruri olarsa, yerli qlukokortikoid məhsullardan (pasta və ya yapışqan tablet), həmçinin xlorheksidin tərkibli ağız yaxalayıcılarından istifadə etmək olar.
    • Böyük, tez - tez təkrarlanan xoralarda tetrasiklin ilə ağzı yaxalamaq olar: tərkibində 300 mq tekrasiklin olan kapsul bir stəkan suda həll edilir və  4 - 5 gün ərzində gündə 4 dəfə udulmadan bu vasitə ilə ağız yaxalanır.
  • Ağrı olduqda yerli anestetik vasitələr və ya xora üzərində qoruyucu örtük yaradan vasitələr faydalı ola bilər.
  • Müalicə ağzın yaxalanmasından, kortikosteroid vasitələrin yerli istifadəsindən (məlhəm və ya həbblər) və ağrının aradan qaldırılması üçün lidokain məhlulunun yerli istifadəsindən ibarətdir. Xəstələrə tərkibində natrium lauril sulfat olmayan diş pastalarının istifadəsi məsləhət görülür. Təkrarlanan aftoz xoralar qlüten xəstəliyinin əlaməti ola bilər. Əgər xəstədə qlüten xəstəliyi olmasına şübhə yaradan əlamətlər varsa, qliadin, endomizium və ya transqlutaminazaya qarşı anticisimlər yoxlanılmalı və qastroskopiya aparılmalıdır. Cinsiyyət üzvlərində xoralar yaranarsa və ya avtoz xoralar ilə əlaqədar olaraq gözlər, dəri və ya oynaqlarda əlamətləri peyda olarsa, Behçet xəstəliyinin mümkünlüyü nəzərə alınmalıdır.

Digər xəstəliklər zamanı aftaya bənzər xoralar

Ağız boşluğunun selikli qişasının xoraları etiologiyasından asılı olaraq aşağıdakı kateqoriyalara bölünə bilər: Mexaniki travma adətən tikiş qoyulmadan sağalır; lakin, selik ifraz edən bölgələrdə və ya dodaq dərisində xoralar tikiş qoymaqla bağlana bilər. Ümumi pozğunluqlar: Hematoloji çatışmazlıq sindromları (dəmir, fol turşusu, vitamin B12 çatışmazlığı). Dövri neytropeniya. Mədə - bağırsaq xəstəliikləri (Kron xəstəliyi, xoralı kolit). Dəri xəstəlikləri (qırmızı dəmrov, şəklə bax ; pemfiqus, pemfiqoid,ekssudativ eritema, herpetiform dermatit, bulloz epidermoliz, SLE, Reyter sindromu). İnfeksiyalar (SHV, Koksaki virusu, sifilis, vərəm , İIV, qonoreya. Dərmanlar (sitostatik dərmanlar, yüksək təzyiq əleyhinə dərmanlar, şəkərli diabet əleyhinə dərmanlar, qızıl-xlorhidrogen natrium, iltihabəleyhinə preparatlar, malyariyaya qarşı dərmanlar). Neoplaziya.

Ekssudativ eritema

Diaqnoz

  • Diaqnoz adətən klinik görüntüyə və tətikləyici faktorun aşkarlanmasına kömək edən xəstəlik tarixçəsinə əsaslanır.
  • Diaqnoz provakasiya testləri ilə yoxlanıla bilər.
  • Əgər SHV və ya mikoplazma infeksiyasından şühbələnilərsə, onda diaqnoz buna uyğun şəkildə təsdiq edilməlidir.
  • Əgər lazım olarsa, digər oxşar klinik xəstəlikləri istisna etmək üçün təzə biopsiya nümunəsinin immunofluoressensiyası icra edilə bilər.

Müalicə

  • Səbəbin aradan qaldırılması, kifayət qədər maye qəbulu
  • Ağız boşluğunda olan yaraların səbəb olduğu simptomları yüngülləşdirmək üçün adətən yerli qlukokortikoid preparatlar effektiv olur.
  • Qida və maye qəbulunu asanlaşdırmaq üçün yerli anestetik spreydən istifadə edilə bilər.
  • İnfeksiyanın səbəb olduğu fəsadların qarşısını almaq və ağız gigiyenasına riayət etmək üçün gündə 2 - 3 dəfə xlorheksidin (2 mq/ml) tərkibli ağız yaxalayıcılarından istifadə etmək olar.
  • Sadə herpes virusunun səbəb olduğu təkrarlanan xəstəlikdə asiklovir tərkibli profilaktik vasitələrin istifadəsi faydalı ola bilər.
  • Xəstəliyin ağırlaşması xəstəxanada yatmanı və sistemli şəkildə qlukokortikoid preparatların istifadəsini tələb edir.

Neoplaziyalar

  • Ağız boşluğu hüceyrəsinin xərçəngi adətən dilin yan tərəflərində, ağızın dibində və ya yanağın və ya yumşaq damağın selikli qişasında xroniki xora formasında peyda ola bilər. Həmçinin bax.

Təkrarlanan aftoz stomatit (xoralar). Təkrarlanan aftoz stomatit əhalinin 60%-də rast gəlinən ümumi haldır (şəkil). Etiologiyası məlum deyil, lakin, bəzən aydın şəkildə stress, mexaniki qıcıqlanma, müəyyən ərzaq, hematoloji problemlər (dəmir, fol turşusu, vitamin B və sink çatışmazlığı), hormonal dəyişikliklər və ya iltihab əleyhinə qeyri - steroid dərmanların və ya beta adrenoreseptorların qəbulu ilə əlaqəli olur. Bir sıra xəstələrdə genetik meyillilik aşkar edilmişdir. Aftaya bənzər xoralar bəzən Behçet xəstəliyi, Kron xəstəliyi, xoralı kolit və ya dövri neytropeniya kimi sistemli xəstəliklər ilə əlaqədar ola bilər. Onlar təzahür formasından asılı olaraq kiçik, böyük və herpetiform kimi təsnif edilə bilər. Xoralar adətən dodaq və ya yanağın selikli qişasında, nadir hallarda isə dildə və diş ətində peyda olur. Onlar ağrılı olur və adətən 6 həftə ərzində sağalır. Diaqnoz adətən klinik görüntüyə və xəstəlik tarixçəsinə əsaslanır. Müalicəsi: Əgər lazım olarsa, xlorheksidin tərkibli ağız yaxalayıcıları kimi yerli kortikosteroid vasitələrdən (tablekvə ya pastalar) istifadə edilə bilər. Təkrarlanan xoralar tetrasiklin tərkibli ağız yaxalayıcıları ilə müalicə edilə bilər (300 mq tekrasiklin bir stəkan suda həll edilir və  5 gün ərzində gündə 4 dəfə udulmadan bu vasitə ilə ağız yaxalanır). Yerli anestetik gellər, həmçinin aftaların üzərində qoruyucu örtük yarada bilən məhsullar da ağrının azaldılması üçün faydalı ola bilər. Hətta effektivliyinə dair elmi sübut olmasa belə, bəzi xəstələr müəyyən bitki və vitamin tərkibli məhsulların istifadəsindən də faydalanmışdır. Bəzi xəstələrdə tərkibində natrium lauril sulfat olmayan diş pastasından istifadə aftoz stomatitin yaranmasını azalda bilər.

Müvafiq resurslar

  • Koxran icmalları