Burun polipləri
EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
JuraNumminen
Əsas məqamlar
- Burun polipləri (burun polipozu) xroniki sinusitin təzahürüdür.
- Pasiyent burun tutulması ilə müraciət etdiyi zaman, burun polipləri barədə şübhə yaranmalıdır. Poliplər normal burun balıqqulaqları və şişlərdən fərqləndirilməlidir.
- Burun polipləri aspirinə qarşı həssaslığı olan fərdlərdə xüsusilə geniş rast gəlinir.
- Nazal qlükokortikoidlər birinci sıra seçim müalicəsidir.
Etiologiya və epidemiologiya
- Burun polipləri başlanğıcını xəlbir hüceyrələrindən götürür, lakin nadir hallarda əng cibi selikli qişasından da inkişaf edə bilər (antroxoanal poliplər).
- Ümumilikdə əhali arasında burun poliplərinin yayılması təxminən 4% və astmalı pasiyentlər arasında 7–13% təşkil edir, aspirinə qarşı həssaslıq zamanı isə burun polipləri pasiyentlərin 39–96% qədərində rast gəlinir .
- Burun poliplərinin patogenezi və etiologiyası haqda məlumatlar tam deyil. Bir sıra zəmin yaradan amillər mövcuddur, poliplərin inkişafı selikli qişanın xroniki iltihabı ilə assosiasiya olunur. Massiv və tez-tez residivləşən burun poliplərinin birincili səbəbi aspirinə qarşı həssaslıq və bronxial astma ola bilər.
- Uşaqlarda nazal poliplər adətən antroxoanal poliplərdən ibarətdir. Burun polipləri uşaqlarda həddindən artıq nadirdir və adətən kistoz fibrozla assosiasiya olunur .
Simptomlar
- Tipik hallarda poliplər davamlı burun tutulması, rinit/selikli ifrazat, qoxubilmə duyğusunun pisləşməsi və üzün orta üçdə bir hissəsində təzyiq/ağrı hissinin yaranmasına səbəb olur.
Müayinələr
Müalicə
- Burun polipləri zamanı nazal qlükokortikoidlər (spreylər, tozlar və ya damcılar) ilə terapiya tövsiyə edilir "?>. Polipoz zamanı ən yaxşı effekt, bir neçə həftə ərzində oral qlükokortikoidlər kursunun təyin edilməsi ilə əldə oluna bilər"?>.
- Qlükokortikoidlərin istifadəsi ilə lazımi effekt alınmırsa, burun tutulmasına səbəb olan və burunla tənəffüsü pozan poliplər cərrahi yolla xaric edilməlidir.
Burun poliplərinin cərrahi yolla xaric edilməsi (polipektomiya)
- Tək-tək poliplər tibbi yardımın ilkin səviyyəsində xaric edilə bilər.
Fokkens W, Lund V, Mullol J, European Position Paper on Rhinosinusitis and Nasal Polyps group. European position paper on rhinosinusitis and nasal polyps 2007. Rhinol Suppl 2007;(20):1-136.