Tüklənmə (hirsutizm)
EBM Klinik protokolları
06.11.2016 • Sonuncu dəyişiklik 10.08.2013
LaureMorin-Papunen
Təsviri və patogenezi
- Hirsutizm qadınların bədənlərində müşahidə edilən kişiyə xas tüklənmə halı ilə xarakterizə olunur.
- Təxminən yarıdan çox hallarda tüklənmənin səbəbi androgenin artıq miqdarda istehsal edilməsi hesab olunur"?>.
Hiperandrogenizmin səbəbləri
- Polikistoz yumurtalıq sindromu (PKYS) həddindən artıq androgen istehsalının ən geniş yayılmış səbəbi hesab edilir.
- Anadangəlmə böyrəküstü vəzi şişlərinə və digər androgen istehsal edən şişlərə nadir hallarda rast gəlinir və onlar, təzahür etdikləri zaman fərqli simptomlara malik olurlar.
- Kuşinq sindromu, hiperprolaktinemiya, akromeqaliya, tiroid pozğunluqlar.
- Kuşinq sindromu həm hipertrikoz və hirsutizmlə əlaqəli olur.
- Androgenik və anabolik steroidlərin tətbiqi: həmçinin bax
Müayinələr
- Hirsutizmin inkişafı: yaş, çəki artımı, oral kontraseptivlərin qəbulunun dayandırılması.
- Qəfil başlanması və proqressivləşməsi şişə işarə edir, lakin yavaş sürətlə inkişafı da şiş ehtimalını inkar etmir.
- Hirsutizmin lokalizasiyası və hipertrikozdan fərqləndirilməsi
- Əgər tük artımı aşağıdakı nahiyyələrdə meydana gələrsə, qadın hiperandrogenizmindən şübhələnmək lazımdır:
- üz: bığ, saqqal, çənə
- döş qəfəsi: kürək nahiyyəsində və döş arasında
- qarın: orta xətt, göbəyin yuxarısına doğru və ya qasıq tükləri ilə göbək arasında
- ətraflarda: bud nahiyyəsinin daxili tərəfləri
- Hipertrikoz bədən tüklərinin həddindən artıq artımının ümumiləşdirilmiş vəziyyətini ifadə edir. Bu halın androgenlə əlaqəsi müşahidə edilmir.
- Genetik və etnik faktorlar
- Cinsi yetkinlik yaşından sonra başlayır, bədən çəkisinin artması və oral kontraseptivlərin dayandırılması ilə kəskinləşir.
- Qlükokortikoidlər, fenitoin, siklosporin və minoksodil hipertrixozisə səbəb ola bilər.
- Virilizmin klinik əlamətləri
- Səsin yoğunlaşması
- Klitoromeqaliya
- Müvəqqəti saç tökülməsi
- Menstruasiya və fertillik
- Menstrual pozğunluqlar; həmçinin bax
- Digər mümkün endokrin anormallıqlar
Müayinə və müalicə strategiyaları
- Qeyri-androgen mənşəli tük artımı.
- Tük artımının lokalizasiyası androgen mənşəli hirsutizmə dəlalət etmir, yəni əsasən qıçlarda və qollarda, normal menstrual sikl və virilizm əlamətləri olmadıqda.
- Əlavə araşdırmalara ehtiyac duyulmur.
- Müalicə variantları: müalicə olunmur, yerli müalicə və ya estrogen + antiandrogen
- Androgen mənşəli yüngül tük artımı və müntəzəm menstruasiya idiopatik hirsutizmə işarə edir.
- Əlavə müayinələrə ehtiyac duyulmur.
- Müalicə kursu: yerli müalicə və ya estrogen + antiandrogen
- Daha şiddətli androgen mənşəli tük artımı
- Menstrual sikl qeyri-müntəzəm olduqda serum testesteronu və eləcə də serum prolaktini mütləq yoxlanılmalıdır. Kuşinq sindromu inkar edilməlidir (qısa 1.5 mq deksametazon testi).
- Praktikada serum testesteronu < 5 nmol\l və dehidroepiandrosteron sulfat < 20 µmol\l olması ilə androgen mənşəli şiş inkar edilir.
- Digər müayinələr tük artımı proqressivləşdikdə, virilizmin əlamətlərinə təsadüf edildikdə və ya nəzərə çarpan anormal laborator nəticələr müşahidə edildikdə həyata keçirilir.
- Əgər Kuşinq sindromundan və ya nadir şişlərdən şübhə duyularsa, daxili xəstəliklər şöbəsinin mütəxəssisinə müraciət edilməlidir.
- Serum testesteronunun artmış dəyəri, qeyri-müntəzəm menstrual sikl və infertillik ginaekoloqa göndəriş üçün göstəriş hesab edilir.
Müalicə
- Müalicə imkanları adətən məhdud olur. Çəki itirilməsi risk faktorlarını azaldır. Dərman müalicəsi adətən qeyri-qənaətbəxş sayılır.
Yerli müalicə
- Təraş olmaq (tük artımını sürətləndirmir)
- Lazer və fotoepilyasiya: işıq enerjisi tünd saç kökləri üzərinə fokuslaşdırılır, hansı ki onlar istiliklə məhv edilir və bu da tük artımının qarşısını alır. 3-4 müalicə sessiyasından sonra tük artımı qalıcı olaraq 30%-ə qədər azala bilir. Müalicə adətən faydalı olur, lakin qiymət baxımından baha hesab edilir.
Dərman müalicəsi
- Tük artımı müəyyən qədər vaxt tələb etdiyinə görə, müalicənin maksimal effekti 9-12 aya qədər gözə çarpmır.
- Estrogen + antiandrogen (siptoteron asetat ''?>). Əgər xəstə qeyri-müntəzəm menstrual siklə malikdirsə, o, həmçinin fertillik problemindən də əziyyət çəkə bilər. Bu hallarda mütəxəssis konsultasiyası təyin edilir.
- Kiçik (2mq) və böyük (25-100 mq) siproteron asetat dozaları arasında fərq olmur''?>.
- Digər dərman terapiyaları ilə müqayisə etdikdə əks təsirlər arasında fərqə təsadüf edilmir.
- Xüsusi hallarda (mütəxəssis həkim)
- Deksametazon (anadangəlmə adrenokortikal hiperplaziya)
- Spironolakton
- Metformin
- PKYS (polikistoz yumurtalıq sindromu)-dan əziyyət çəkən xəstələr üçün hirsutizm olmadan da dərman terapiyası düşünülür.
- Antiandrogenlər
- Flutamid (androgen reseptor blokatorları qaraciyərin zədələnməsinə səbəb ola bilər) və finasterid ''?> (5-alfa reduktaza inhibitoru). Hər iki dərman maddəsi qiymət baxımından baha hesab edilir və siproteron asetatdan daha effektiv təsirə malik olmur.
- Eflornitin : qadınlarda üz nahiyyəsində hirsutizmin müalicəsi məqsədilə tətbiq edilən məlhəm (resept tənzimlənməsi ölkədən ölkəyə dəyişə bilər).
Adiyyatı mənbələr
van Zuuren EJ, Fedorowicz Z, Carter B et al. Interventions for hirsutism (excluding laser and photoepilation therapy alone). Cochrane Database Syst Rev 2015;(4):CD010334.