Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Alkoqol asılılığında istifadə olunan dərmanlar

Mündəricat

Alkoqol asılılığında istifadə olunan dərmanlar

EBM Klinik protokolları
08.09.2017 • Sonuncu dəyişiklik 08.09.2017
KaarloSimojoki

Əsas məqamlar

  • Alkoqol asılılığı dərman terapiyası ilə proqnozu yaxşılaşdırıla biləcək xronik xəstəlikdir. 
  • Mülayim və ya orta dərəcəli alkoqol asılılığında dərman müalicəsilə kombinasiya edilmədən psixososial terapiyalar orta dərəcəli effekt təmin edir; tibbi yardımın davamlı olması və yaxşı terapevtik münasibətlər vacibdir.
  • Psixososial terapiyalarla kombinasiyada naltrekson və ya disulfiramla dərman müalicəsi terapiya nəticələrini yaxşılaşdıracaqdır. Akamprosat ilə də həmçinin nəticələr yaxşılaşa bilər. 
  • Mülayim və ya orta dərəcəli alkoqol asılılığı olan şəxslərdə alkoqol qəbulunu azaltmağı dəstəkləyən məsləhət xidməti və onun nalmefen dərmanı ilə kombinasiyası alkoqol qəbulunu azaldır.
  • Ən yaxşı nəticələr farmakoloji maddələrlə alkoqol istifadəsini idarə etməyə və residivlərin qarşısını almağa yönəlmiş terapiya və ailə və şəbəkə terapiyaları ilə kombinasiya  zamanı əldə olunur. Koqnitiv sistemin tətbiq edildiyi müalicə metodlarının effektivliyi təsdiq edilmişdir.

Naltrekson və nalmefen

  • Asılılıq mərkəzi sinir sistemində mükafatlandırmanı idarə edən mərkəzlərin disfunksiyası kimi düşünülür və ona opioid antoqonistləri tərəfindən təsir göstərilə bilər.

Naltreksonun dozası

  • Naltreksonun məsləhət görülən gündəlik dozası 50 mq-dır. Dəyişkən bioyararlığa görə doza klinik cavaba əsasən 25-100 mq ola bilər.
  • Psixososial terapiya ilə kombiinasiyada naltrekson alkoqoldan kənar qalma günlərinin sayını artıra və residivlərin sayını azalda bilər. Residiv riskinin yüksəlməsi ilə assosiasiya olunan vəziyyətlərə yönəldildikdə residivləri həmçinin azalda bilər.
  • Alkoqoldan kənar qalmanın induksiya edilməsi üçün ilkin müalicə müddəti arasıkəsilməyən və müvafiq müddətdə olmalıdır. 

Naltreksonun tətbiqi zamanı xəstənin davamlı təqibi

  • Naltrekson qaraciyər funksiyasında pozuntulara səbəb ola bilər və terapiyanın başlanma fazasında plazmada aminotransferazaların konsentrasiyası hər 2-3 həftədən bir yoxlanmalıdır. İlk 3 aydan sonra təkrar analizlər hər 6 aydan bir yerinə yetirilməlidir.

Nalmefenin dozası

  • Nalmefen alkoqol qəbulu sağlamlığına yüksək risk yaradan, fiziki kəsilmə simptomları olmayan və təcili detoksifikasiyaya ehtiyacı olmayan alkoqol asılılığı olan xəstələr üçün məsləhət görülür. 
  • Tablet içki qəbulu planlaşdırılan vaxtdan 1-2 saat əvvəl və ya alkoqol qəbulu başlayandan dərhal sonra qəbul edilməlidir. 
  • Dozası 18 mq/gün-dür. 

Nalmefenin tətbiqi zamanı xəstənin davamlı təqibi

  • Dərman qəbuluna başlamazdan öncə plazmada ALT və qamma-qlütamil transferaza (QQT) konsentrasiyası təyin edilməlidir.  Konsentrasiya icazə verilən aralığın yuxarı həddindən 3 dəfə çox olduqda ehtiyatlı olmaq tələb olunur. 
  • Yeganə əks-göstəriş kəskin qaraciyər çatışmazlığıdır. 
  • Müalicənin effektivliyini izləmək üçün qaracyərin funksional analizlərini yenidən yoxlamaq faydalıdır. 

Disulfiram

  • Disulfiram aldehid dehidrogenaza fermentini inhibə edir. İnhibisiya alkoqol qəbulundan sonra orqanizmdə asetaldehidin toplanmasının artmasına səbəb olur. Asetaldehid çox xoşagəlməz sistem reaksiyasına ("Antabus reaksiyası") səbəb olur, hansı yaranan qorxu şəsxin alkoqol qəbulundan saxlayır.
    • Simptomlara daxildir: üzün qızarması, hipotensiya, refraktor taxikardiya, ürəkdöyünmə, təşviş, baş ağrısı, ürəkbulanma və qusma.
  • Disulfiram uğurlu detoksifikasiya keçmiş motivasiyalı xəstələrdə impulsiv residivlərin qarşısını almaq və qısa müdaxiləni dəstəkləmək üçün istifadə olunur. 
  • Disulfiram təyini təkcə psixososial terapiyalar ilə əldə olunmuş nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdırır. 

Doza

  • Per os qəbul təyin edilir.
  • Müalicə 3 ardıcıl gün 800 mq dozada dərmanın qəbulu ilə aparılır. Sonradan doza həftədə 2 dəfə olmaqla 400 mq və ya gündəlik (100-)200 mq olmaqla davam etdirilə bilər.  
  • Son qəbuldan sonra 2 həftəyə qədər hətta az miqdarda alkoqol qəbulu reaksiyaya səbəb olur. 
  • Əgər yuxarıda qeyd olunan doza reaksiyanı induksiyalamaq üçün kifayət deyilsə doza ikiqat artırıla bilər. 
  • Dərman 6-12 ay qəbul edilə bilər. Bu müddət ərzində residiv riski azalmış olur. Əgər xəstədə residiv başlayarsa disulfiram yenidən təyin oluna bilər. 
  • Subkutan (dərialtı) disulfiram implantları effektiv deyildir. 

Pasiyentin təqibi

  • Müalicə başlanmazdan öncə və 2 ay ərzində hər 2 həftədən bir qaraciyər fermentləri (Plazma ALT və QQT) yoxlanmalıdır.
  • Hər 3-6 aydan bir QQT, Eritrositlərin Orta Həcmi (MCV, Mean Conspicuous Volume) və CDT (Carbohydrate-deficient Transferrin - karbohidrat-defisitli transferrin) kimi laborator markerlər yoxlanmalıdır. Markerlərdəki əlverişli dəyişikliklər alkoqol qəbul etməməni göstərir. 
  • Müalicə başladıqdan 2-3 ay sonra disulfiram qaraciyər zədələnməsini induksiya edə bilər. Qaraciyə zədələnməsi müalicə dayandırıldıqdan sonra xronik vəziyyət almayacaq, lakin nadir hallarda o fatal (ölümcül) ola bilər. 
  • Müalicənin əvvəlində mümkün nevroloji və psixiatrik yan təsirlərlə yanaşı dəri səpgilərinə görə diqqətli monitorinq vacibdir. 
  • Disulfiramın fenitoin, teofillin və varfarinlə qarşılıqlı təsirləri vardır. Dərmanın dozası müvafiq olaraq uyğunlaşdırılmalıdır. 
  • Metronidazol, izoniazid və amitriptillinlə yanaşı istifadəsi keyləşməyə səbəb ola və sonradan psixoza gətirib çıxara bilər.

Akamprozat

  • Beynin ifrazedici qlütaminergik sinir sisteminə təsir edir və GABA reseptorlarının antaqonisti kimi hərəkət edir. Alkoqola meylliyi azaltdığı hesab olunur. 
  • Ağır və orta dərəcəli alkoqol asılılığında alkoqoldan uzaq qalmanı təmin etmək məqsədilə aparılan terapiyanı dəstəkləmək üçün məqsədəuyğundur. 
  • Effektivliyə dair sübutlar mübahisəlidir. 

Doza

  • Məsləhət görülən doza müntəzəm olaraq gündə 3 dəfə 2 tabletdir (333 mq). 
  • Akamprozatın təyinatı ilə bağlı xüsusi milli tənzimləmələr ola bilər. 
  • Dərman qəbulu detoksifikasiyadan dərhal sonra başlamalı və ən azı 1 il davam etməlidir. 

Yan təsirləri və əks-göstərişləri

  • Yan təsirləri haqqında məlumatlar az miqdardadır; ən tez-tez rast gəlinən diareyadır. Digər yan təsirlərə dispepsiya, ürəkbulanma, qusma və qaşınma daxildir. 
  • Dərman hamiləlik və döşlə qidalandırma zamanı məsləhət görülmür. Preparat kəskin böyrək və qaraciyər çatışmazlığı zamanı əks-göstərişdir.
  • Qarşılıqlı təsirləri az öyrənilmişdir. Disulfiram və ya nalterksonla və benzodiazepin, antidepressant və ya yuxugətirici dərmalarla zərərli qarşılıqlı təsirləri müşahidə olunmamışdır. 

Digər dərmanlar

  • Serotoninin intraneyronal udulmasının selektiv inhibitorları (SİUSİ) alkoqol asılılığının müalicəsində psixososial terapiya ilə əldə olunmuş nəticələrini yaxşılaşdırmır. 
    • 30-60% alkoqol asılılığı olan şəxslərdə klinik ciddi depressiya olur və antidepressantlar içki problemi olan depressiyalı şəxslərdə depressiya simptomlarını azalda bilər. 
    • Problemli içki qəbulu psixi sağlamlıq problemlərilə birlikdə rast gəlinir və ixtisaslı psixiatrik yardım xidməti ilə əməkdaşlıqda işləmək lazımdır (xüsusilə psixotik pozuntularda). 
  • Yuxugətirici dərmanlar yalnız qısa müddətli istifadədə effektivdir. Təşviş üçün dərman terapiyasının (SİUSİ, ola bilsin buspiron) içki problemi olan şəxslərdə təşviş simptomlarımı azaltdığı müşahidə olunmuşdur. 
  • Topiramat antiepileptik dərman olub alkoqolun mükafatlandırıcı effektinin antaqonisti ola bilər və buna görə də alkoqol asılılığının müalicəsində istifadə olunur. Ketapin (quietapin) gənc yaşlarında alkoqoldan asılılığı yaranmış şəxslərdə alkoqol qəbulunu azalda bilər. 
  • Alkoqolizmin müalicəsində azot oksid effektsizdir. Akupunktura terapiyanın effektini yaxşılaşdırmır.

Daha az istifadə təcrübəsi olan dərmanlar

  • Topiramat antiepileptik preparat olub alkoqolun həzzverici effektini azalda və bununla alkoqol istifadəsinin idarə edilməsinə kömək edə bilər.
  • Ketapin (quetapin) gənc yaşlarda alkoqoldan asılı olmağa başlamış şəxslərdə alkoqol qəbulunu azalda bilər. 
  • Ondansetron (antiemetik) 5-HT3 serotonin reseptorunun antaqonistidir. O, alkoqol istifadəsini azalda bilər və gənc yaşında alkoqoldan asılı olmuş şəxslərin müalicəsində xüsusilə effektiv olması müşahidə olunub.
  • Baklofen GABA-B reseptorunun antaqonisti olub skelet əzələlərinin spastikliyini azaldır. O, sirrozu olan alkoqolizmdən əziyyət çəkənlərdə psixososial müalicə ilə əldə olunmuş kənarlaşmanın uğurluluq dərəcəsini artıra bilər. 

Müvafiq resurslar

  • Ədəbiyyat

Gual A, He Y, Torup L et al. A randomised, double-blind, placebo-controlled, efficacy study of nalmefene, as-needed use, in patients with alcohol dependence. Eur Neuropsychopharmacol 2013;23(11):1432-42. Mann K, Bladström A, Torup L et al. Extending the treatment options in alcohol dependence: a randomized controlled study of as-needed nalmefene. Biol Psychiatry 2013;73(8):706-13. Aubin HJ, Daeppen JB. Emerging pharmacotherapies for alcohol dependence: a systematic review focusing on reduction in consumption. Drug Alcohol Depend 2013;133(1):15-29. Brown ES, Garza M, Carmody TJ. A randomized, double-blind, placebo-controlled add-on trial of quetiapine in outpatients with bipolar disorder and alcohol use disorders. J Clin Psychiatry 2008;69(5):701-5. Kampman KM, Pettinati HM, Lynch KG et al. A double-blind, placebo-controlled pilot trial of quetiapine for the treatment of Type A and Type B alcoholism. J Clin Psychopharmacol 2007;27(4):344-51. Martinotti G, Andreoli S, Di Nicola M et al. Quetiapine decreases alcohol consumption, craving, and psychiatric symptoms in dually diagnosed alcoholics. Hum Psychopharmacol 2008;23(5):417-24.