Uşağa qarşı baş vermiş zorakılığa şübhə: aşkarlama və tədbirlər
EBM Klinik protokolları
23.01.2017 • Sonuncu dəyişiklik 23.01.2017
SarimariTupola
PenttiKallio
SatuKivitie-Kallio
Əsas məqamlar.
- Uşaq, xüsusilə də azyaşlı olduqda, fiziki zorakılığın qurbanı olması ehtimal olunarsa, və hətta, travma cüzi olarsa belə, dərhal pediatrik xəstəxanaya yönləndirilməlidir.
- Uşağın fiziki zorakılığa məruz qalması dəqiqləşdirildikdə və ya təsdiqləndikdə uşağın müdafiəsi barədə hesabat və polis istintaqı üçün sorğu ləngidilmədən icra olunmalıdır.(ölkə qanunvericiliyinə və təcrübəyə müvafiq olaraq).
- Hesabat ya yazılı, yaxud da şifahi ola bilər və valideynlər hesabatın tərtib olunması ilə bağlı məlumatlandırılmalıdır. Uşaq Müdafiə Təşkilatları dərhal hadisə ilə bağlı polis istintaqı üçün müraciət etmək məcburiyyətindədirlər."?>
- Müvafiq tədbirlər əksər hallarda fiziki zorakılığın təkrarlanmasının qarşısını alacaqdır. Əgər tədbir görülməzsə, fiziki zorakılığın təkrarlanma epizodu 30% hallarda uşağın daimi əlil olması riski ilə , və 10% halda isə ölüm riski ilə əlaqədardır.
- Uşaq üzərində cinsi zorakılıq və məişət zorakılığı barədə məqalələrə həmçinin baxın. Sonuncu məqalədə həmçinin zoraklığın uzunmüddətli psixoloji nəticələri araşdırılır.
- Uşaq özü zorakılıq haqqında danışır.
- Xəsarət almış uşağın müalicəsi ilə bağlı müraciyət təxirə salınır və yaxud da ümumiyyətlə aparılmır.
- körpənin və azyaşlı uşağın anamnezində açıq-aydın travma haqqında qeyd yoxdursa, lakin baş nahiyyəsində çoxsaylı zədələnmələr varsa:.
- Uşağın xəsarətinin silkələnmənin nəticəsində olmasına şübhə
-
- Ən çox təsadüf olunan simptomar və əlamətlərə qusma , huşun pozulma dərəcələri, qusma, qıcolma tutmaları, apnoe, iştahanın pis olması, və /və ya qıcıqlanma daxildir.
- Əlamətlər və simptomlar xəsarətin ağırlıq dərəcəsi ilə mütənasibdir.
- Xarakterik zədələnmələrə subdural və retinal hemorragiyalar daxildir.
- Əgər nevroloji simptomatikaya malik 12 aylıqdan kiçik uşaq olduqda qeyri-müvafiq anamnez təqdim olunarsa, nəzərə alınmalıdır ; xarici müayinə zamanı hər hansısa bir əlamətin aşkar olunması mütləq deyil.
- Həmçinin, nəzərə alınmalıdır ki, bir çox hallarda, silkələnmiş uşaq sindromunda zahirən nəzərə çarpan əlamətlər olmur."?>
- Sınıqlar( kəllə sümüklərindən başqa digər sınıqlar)
- Əziklər və səthi travmaların uşağın hərəki inkişafı ilə uyğunsuzluq təşkil etməsi .
- Aydın şəkildə haşiyələnmiş yanıqlar və yaxud yanığın nə ilə törədildiyini dəqiq əks etdirən kontakt yanıqları
- İstənilən yaşda olan uşağın bütün sınıq və travmaları zamanı kliniki nəticələrlə anamnez arasında uyğunsuzluq olarsa, yaxud fiziki zorakılığın mümkün ola bilən etioloji faktor olması şübhə doğurduqda
- Uşağın kimyəvi zorakılığa məruz qalmasına şübhə (uşağa narkotik maddə yaxud alkoqol verilib)
Xəstəxanadakı prosedurlar. Tibbi anamnez və travmaya səbəb olan hadisələrin anamnezi hadisə haqqında ifadə verən şəxsin ’ öz sözlərinə əsasən qeydə alınmalı və ehtiyac olarasa, onun şəxsi imzası’ ilə təsdiqlənməlidir; Ətraflı klinik müayinə aparılmalı və və travmanın bütün xarici əlamətləri qeydə alınmalı və fotosu çəkilməlidir. Başın dərisi, saç, qulaq seyvanları və həmçinin də, ağız boşluğunun selikli qişasının müayinə edilməsi yaddan çıxarılmamalıdır. Differensial diaqnostikada xüsusilə ehtiyatlılıq göstərilməlidir. Uşaq hər zaman xəstəxanaya qəbul edilməlidir. . Fərdi hallardan asılı olaraq növbəti müayinələr ya dərhal, yada növbəti günlərdə icra olunmalıdır : hemorragiya əlamətləri olan uşaq (qançır, beyin qanaxmsı,retinal hemorragiya ): qanın ümumi analizi , sidiyin ortaporsiyasının müayinəsi, mümkün olan xüsusi müayinələr əsas qanayan diatezin təyini məqsədilə kəllə və beyin zədələnmələrində (məsələn silkələnmiş uşaq sindromunda ):oftalmoloq və diş həkiminin konsultasiyası ilə yanaşı başın KT və ya MRT müayinəsi. 2 yaşdan böyük uşaqlarda: sınıqlara görə bütün bədənin rentgen müayinəsi; Daha böyük yaşlı uşaqlarda radioloji müayinələr sınıqların ehtimal olunan nahiyəsinə yönləndirilməlidir. Sidiyin narkotiklərə görə analizi xüsusi hallarda, məsələn uşaqda huşun tutqunluğu olduqda nəzərə alınmalıdır. İctimai işlərlə əlaqədar işçi ilə məsləhətləşmə. Uşaq psixiatrı ilə məsləhətləşmə. Uşağa yardım edən komandanın tərkibinə cərrah (fiziki xəsarətlərin lokalizasiyasından asılı olaraq ), pediatr, təyin olunmuş tibb bacısı və ictimai işlər üzrə işçi və göstərildiyi kimi digər mütəxəssislər daxil ola bilər. Hadisə müvafiq Uşaqın Müdafiəsi Təşkilatlarına bildirilir ki, o da polisə məlumat verir. Məcburi hesabat tələbləri məxfilik hallarından üstündür. Adətən pediatr tərəfindən icra olunan tibbi müşahidə həyata keçirilməlidir. "?>
Müvafiq mənbələr