Aşıq - baldır oynağı sınıqları
EBM Klinik protokolları
11.05.2017 • Sonuncu dəyişiklik 16.01.2013
JukkaRistiniemi
Əsaslar
- Həkim aşıq-baldır oynağında stabil və qeyri - stabil sınıqları diferensasiya etməyə qabil olmalı, müalicəni müvafiq surətdə planlaşdırmalıdır.
Anlayışlar
- Bu mövzuda "aşıq - baldır oynağı sınığı” termini topuqların burulma hərəkəti nəticəsində yaranan sınıqlarına (həmçinin, yüksək incik sümüyü sınıqları) istinad edir.
- Üç "topuq" sahəsi: bayır, iç və arxa üçbucaq (qamış sümyünün arxa kənarının sınığı/arxa qamış - incik bağının birləşmə yerindən qopmuş sınıq)
- Aşıq-baldır oynağının stabil sınıqları aşıq sümüyünün qamış sümüyünün oynaq səthindən çıxığı olmadan topuq sınıqlarıdır.
Anatomiya
- Bədənin ağırlığı iç və bayır topuqlar arasındakı sahədə ("yuva"-da) paz şəklində möhkəm yerləşən aşıq sümüyünə ötürülür.
- Sindesmoz bağları: ön qamış - incik bağı və arxa qamış -i ncik bağı, sindesmoz bağı, sümükarası zar
- Aşıq sümüyünün xarici rotasiyasının qarşısını alan ən vacib struktur deltayabənzər bağın dərin hissəsidir.
- Bayır kollateral bağlar aşıq-baldır oynağında inversiyanın (yerdəyişmənin) qarşısını alır.
Təsnifat və travma mexanizmi
- AO ("Arbeitsgemeinshaft für Osteosynthesefragen" - "Osteosintez sualları üzrə İşçi qrup") təsnifatı
- A. Aşıq-baldır oynağından aşağıda bayır topuğun köndələn sınığı (nadir)
- Travma mexanizmi ayağın supinasiyası ilə əlaqəlidir (aşıq - baldır oynağının inversiyası).
- B. Bayır topuğun aşıq - baldır oynağından başlayaraq yuxarıya, arxa tərəfə getməsi ilə qeyd edilən spiralşəkilli sınığı (ən çox rast gəlinən tip: 70–80%)
- Ayağın supinasiyası və aşıq sümüyünün xarici rotasiyası
- C. ”Yüksək incik sümüyü sınığı” (15–20%): incik sümüyünün aşıq - baldır oynağından yuxarıda başlayan sınığı
- Ayağın pronasiyası (aşıq - baldır oynağının abduksiyası) və adətən aşıq sümüyünün xarici rotasiyası
- Daha sonra A, B və C tipləri oynağın medial hissəsinin zədələnmə dərəcəsindən asılı olaraq subkateqoriyalara ayrılır.
Kliniki diaqnoz
- Zədələnmənin mexanizmi
- Aşıq-baldır oynağında burulma, məsələn, sürüşdükdə
- Pasiyent travma mexanizminin dəqiq təsvirini həmişə verə bilmir.
- Vizual baxış
- Aşıq-baldır oynağında çıxıq var? Deformasiya
- Şişkinlik, hematomalar və onların lokalizasiyası
- Palpasiya
- Həm bayır, həm də iç tərəfdə palpator həssaslıq var ?
- Stabilliyin yoxlanması: aşıq sümüyü topuqlar arasındakı "yuva"-da yerində qalıb?
- Bütün həssas sahələrin yerini təyin etmək üçün bütöv baldırı palpasiya edin.
- Yüksək incik sümüyü sınığı və sindesmoz zədələnməsinin mümkünlyünü yadda saxlayın.
- Sindesmoz zədələnməsi eyni zamanda sınıq olmadan baş verə bilər.
Rentgeneoloji diaqnoz
Herscovici D Jr, Scaduto JM, Infante A. Conservative treatment of isolated fractures of the medial malleolus. J Bone Joint Surg Br 2007 Jan;89(1):89-93.