Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Falls of the elderly

Mündəricat

Falls of the elderly

EBM Klinik protokolları
02.08.2017 • Sonuncu dəyişiklik 02.08.2017
MarittaSalonoja

Əsas müddəalar

  • Ahıl yaşlı insanların yıxılması 10% hallarda ciddi xəsarətlərə səbəb olur, məs. bud sümüyün başının sınığı baş verir.
  • Ahıl şəxslərin həkim qəbulu zamanı mütləq əvvəlki 12 ay ərzində baş vermiş yıxılma halları  barədə soruşun.
  • Yıxılma riski yaradan faktorlar, o cümlədən şəxsin özü ilə bağlı (daxili faktorlar) və ətraf mühitlə bağlı (xarici faktorlar) profilaktik olaraq aradan götürülməlidirlər.
  •  (Ahıl şəxslərdə müntəzəm olaraq) Osteoporozun profilaktikası və müalicəsi nəzərdən keçirilməlidir.

Epidemiologiyası

  • İnternat tipli müəssisələrdə yaşayan 65 yaşdan yuxarı şəxslərin 30–40% -i və 80 yaşdan yuxarı şəxslərin ikisindən biri ildə ən azı bir dəfə yıxılır.
  • Yaşlı insanların yeddisindən biri ildə bir neçə dəfə yıxılır.
  • Yıxılanların 24-45% -i  hər hansı bir xəsarət alınmasına məruz qalır.
  • Yıxılmaların 10% -i ciddi bir xəsarət (məs. bud sümüyün başının sınığı) alınmasına səbəb olur.

Risk qrupları

  • Ən ahıl yaşda olanlar;
  • Anamnezində açağıdakılar olan ahıl insanlar:
    • Anamnezində yıxılma hadisəsi olan şəxslər;
    • Bud nahiyəsinin əzələlərində ziflik olan və və tarazlığı pozulmuş şəxslər;
    • hərəkəliyi pozulmuş və ya çox azl hərəkət edən şəzxslər;
    • gündəlik həyatın fəaliyyətində çətinliklər olan şəxslər;

Yıxılmalara səbə olan risk faktorları

Daxili

  • Dərman, alkoqol
    • Polifarmasiya (eyni zamanda çoxlu miqdarda dərman preapartlarının qəbulu) (rusca Полипрагмазия)
    • Yuxugətiricilər və sedativ preparatlar "?>
    • Mərkəzi təsirili analgetiklər;
    • Neyroleptiklər "?>
    • Antidepressantlar, xüsusən serotoninin geriyə tutulmasının xüsusi inhibitorları və trisiklik antidepressantlar "?>
    • Qan təzyiqini aşağı salan, nitroqliserin və digər tərkibində nitro birləşmələr olan dərmanlar;
    • Parkinsonuizm və epilepsiya əleyhinə olan dərmanlar;
    • Alkoqolizm.
  • Kəskin xəstəliklər:
    • İnfeksiyalar;
    • Su və natrium balansının pozulması (diuretiklər);
    • Ürək çatışmamazlığı;
    • Aritmiyalar;
    • Kəskin miokard infarktı;
    • Tranzitor işemiya tutması və digər serebrovaskulyar xəstəliklər;
    • Digər kəskin xəstəliklər.
  • Xronik xəstəliklər və simptomlar
  • Vertigo (baş gicəllənməsi)
    • Ahıl yaşlı insanlarda tarazlığın qorunmasının çətinliyi və funksional imkanların azalması ilə əlaqədar olaraq rast gəlinən bir simptomdur- yıxılma riskini ikiqat artırır.
    • Çoxfaktorlu etiologiyay malikdir.
    • Daxili qulağın xəstəlikləri və funksional pozğunlluqları kəskin və ya  xroniki vertigoya səbəb olan hallar yarda bilər, belə hallarda və xüsusən xoşxassəli paroksizmal mövqe başgicəllənmələrində (vertiqo) yıxılma riskini artır.  
  • Kognitiv pozğunluqlar;
  • İnsult ağırlaşmaları;
  • Parkinsonizm;
  • Depressiya;
  • Diabet;
  • Bud-çanaq oynağının və diz oynağının osteoartrozu
  • Aşağı ətafların periferik neyropatiyası
  • Ortostatik hipotenziya;
  • Sidik qaçırma halları.
  • Əlillik halları
    • Ayaqların deformasiyaları.
    • Qida çatışmamazlığı;
    • eşitmə qabiliyyətinin zəifləməsi;
    • Görmə qabiliyyətinin zəifləməsi;
    • açağı ətrafların əzələləlrin gücünün zəifləməsi;
    • qeyri-kafi olan tarazlıq imkanları;
    • əzələlərin zəifliyi və əzələ cəldliyin itirlməsi
  • Daimi dərman qəbulunun unudulması və ya dozanın yanlış olaraq qəbulu.
  • Yıxılmaq qorxusu.

Xarici

  • Sürüşkən yaxud qabarıqlığı yüksək olan səthlər, zəif işıqlandırma, müxtəlif maneələr olan səthlər, müxtəlif əşayalar götürmək üçün edilən cəhdlər, pilləkənləri qalxmaq və s.
  • Keyfiyyətsiz ayaqqabı, yararlı olmayan köməkçi vasitələr (çəlik)

Yıxılmış pasiyentin müayinə edilməsi

Anamnez

  • Anamnez yıxılmanın səbəbini araşdırmağa imkan verir. Xəstənin özündən, ona qulluq edənlərdən və yıxılma zamanı orada olan şəxslərdən məlumat toplanılmalıdır. Əksər hallarda arxa planda bir neçə səbəb və risk faktoru olur, yuxarıya baxın.
    • Xəstə hansı vəziyyətdə yıxıldı?
    • Yataqdan qalxarkən, gəzərkən, tualetdə, evdən xaricdə, istirahət zamanı və ya məşq zamanı?
    • Günün hansı vaxtında?
    • Yıxılma harada baş verdi?
    • Yıxılma ilə əlaqəli başqa hansı əlamətlər var?
      • Baş gicəllənməsi, sidik kisəsinə nəzarətin itirilməsi, döş qəfəsi ağrıları (nitrogliserinin səbəb olduğu hipotenziya), aritmiya, yıxılmadan əvvəl və ya sonra huşsun itirilməsi?
      • Qıcolmalar/Konvulsiyalar?
    • Xəstə kömək edilmədən ayağa qalxdı, nə qədər vaxta və huşu üstündə üstündə idimi?
    • Son vaxtlar səhhətində dəyişikliklər var idimi?
    • Ahıl insan dərmanlardan istifadə edirmi (xüsusilə psixoaktiv və ya antihipertenziv dərmanlardan)?
    • Ahıl şəxs nə qədər qida və maye qəbul edir?

Fiziki müayinə

  • Ümumi müayinə
  • Ürək-(damar) sisteminin vəziyyəti;
  • Uzanmış vəziyyətdə və ayaq üstündə qan təzyiqinin ölçülməsi;
  • Alternativ olaraq ortostatik testin aparılmasını həyata keçirin: xəstə 10 dəqiqə dincəldikdən sonra onun qan təzyiqini və ürək döyüntülərinin sayı ölçülür. Sonra xəstədən ayağa qalxır; dərhal  və 2 dəqiqədən sonra onun qan təzyiqi və ürək döyüntülərinin sayı yenidən qiymətləndirilir (kalkulyator_____).
  • Ürək səsləri, EKQ və Holter monitorinqi;
  • Karotid sahədə ürək səslərinin auskultasiyası;
  • Görmə qabiliyyəti yoxlanılır;
  • Eşitmə (nitq) qabiliyyəti müayinə edilir;
  • Nevroloji status tədqiq edilir (xəsətnin yerişi; ətraflar, gövdə, üz nahiyəsində zəifliyin və ya uyuşmaların olması; Romberg  testi/sınağı, bir ayaq üzərində dayanma, stuldan ayağa qalxmaa/ bud əzələlərinin gücü, aşağı ətrafların nevroloji statusunun müəyyənləşirilməsinə cəhd edilir);
  • Əhval-ruhiyyə (Heratrik depressiya şkalası/Geriatric Depression Scale 15/30);
  • Koqnitiv funksiyalar (the Mini-Mental State Exam -MMSE- Əqli vəziyyətin qiymətləndirlməsi üçün tüst, The Consortium to Establish a Registry for Alzheimer's Disease (CERAD)CERAD-Alzheimer xəstəliyinin inkişafını yoxlamaq üçün test) yoxlanılır. CERAD (p<0.001)  toplamı əhəmiyyətli dərəcədə   MMSE (r = -.66) ilə korrrleyasiya edir 
  • Qidalanma statusu yoxlanılır (çəkisi, Bədən kütlə indeksi-BKİ, Mini qidalanma qiymətləndirmə testi aparılır)

Laborator müayinələr

  • Lazım olduqda trombositlərin  və qanın əsas elementlərinin miqdarı, plazmada kaliumun, natriumun, kalsiumun (ionlaşmış), kreatininin (QFG /GFR ) qlomerulyar filtirasiya göstəricisi) qanda qlükozanın, CRP-nin səviyyərsi təyin edilir,  sidiyin biokimyəvi analizi aparılır, EKQ (Holter monitorinqi barədə düşünün).

Radioloji müayinələr

  • Lazımi hallarda döş qəfəsinin rengenoloji və kəllənin KT müayinəsi edilir.

Müalicəsi 

  • Yıxılmaların səbəblərini araşdırmaq və risk faktorlarını aradan götürmək üçün fəaliyyət planı tərtib edin.
  • Qəbul edilən dərmanların, o cümlədən reseptisiz alınan dərmanların qəbul edilməsini yoxlayın. Ehtiyac duyulmayan prepartların qəbulun dayabdırın.
  • Kəskin xəstəlikləri müalicə edin.
  • Xroniki xəstəliklərin necə müalicə edildiyini yoxlayın.
  • Ehtiyac olarsa, oftalmoloqa müraciət edin.
  • Lazım olarsa, otorinolaringoloqa müraciət edin.
  • Baş gicəllənmənin profilaktikası üçün qəbul edilən dərmanlar yıxılmadan qorumurlar.
  • Yıxılmanın səbəbini tapa bilmirsinizsə və onu aradan qaldıra bilmirsinizsə, risk faktorlarını müəyyənləşdirin, qiymətləndirin və minimuma endirin "?>.
  • Fərdi müdaxilələrlə birlikdə risk faktorlarının qiymətləndirilməsi, habelə müntəzəm idman yönümlü məşqlərin edilməsi, yıxılmaların profilaktikası üçün vacibdir.
    • Köməkçi vasitələrdən və surahilərdən istifadəni yoxlamaq və/planlaşdırmaq.
    • Bud sümüyünun başının sınıqlarından qorunmaq üçün isitfadə edilən xarici protektorlar, yüksək riskli insanlarda bu sınıqların 60%-nin qarşısını ala bilər.
    • Daimi fiziki məşqlər yıxılmağın qarşısını alır, əzələ gücünü artırır və tarazlığı qorumağı yaxşılaşdırır.
    • Ahıl yaşlı və yıxılma riski olan pasiyentlərdə sinir sisteminə və ya qan təzyiqinə təsir göstərən dərmanlarla müalicəyə başladıqda tarazlığın saxlanıla bilməsi, bud əzələlərinin gücü, pasiyentin yerişi və qan təzyiqi müşahidə altında saxlanılmalıdır.
  •  Osteoporozun qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir.
    • yüksək dozada D vitamininin və kalsiumun (kalsium 500-1000 mq, vitamin D 400-800 BV / gün) birlikdə qəbulu sınıqların baş verməsi sayını azaldır.
    • Orqanizmdə D vitamininin aşağı olan konsentrasiyasını koreksiya etmək yolu ilə yıxılmaların sayını azaltmaq olar. Vitamin D əlavəsinin verilməsi, həmçinin tibb müəssisələrində olan pasiyentlərdə də yıxılmaların azaltdığını göstərilmişdir.
  • Osteoporozu müalicə edin.

Risk faktolarının azaldılması

  • Cədvələ baxın_
 Ahıl yaşlı şəxslərin yıxılması- risk faktolarının azaldılması
Risk factoru Müdaxilə

Görmə qabiliyyətinin pozğunluqları

Gözlükləri yoxlamaq, refraktiv səhvi (amitropiyanı) korreksiya etmək, kataraktanın müalicəsi, işıqlandırma şəraitini yaxşılaşdırmaq

 Eşitmə qabiliyyətinin pozğunluqları  Eşitmə cihazlarının tətbiqi, digər köməkçi vasitələr
 Tarazlıq qabiliyyətinin pozulması Tarazlığa təsir göstərən dərmanların qəbulunun dayandırılması, tarazlığı yaxşılaşdırmaq məşğələlər, gəzintilər
 Əzələ gücünün zəifləməsi  Əzələ gücünü artıran fiziki məşğələlər, gəzintilər
 Dərmalardan istifadə

Mümkünsə, polipraqmaziyanı aradan qaldırmaq. Hər hansı çox güclü bir antixolinergik dərmanın təyinindən və ya bir neçə mülayim antixolinergik maddənin kombinasiyasından istifadə edilməsindən çəkinmək; tərkibində tritsiklik və serotoninin geriyə tutulmasının selektiv inhibitorları olan antidepressantların təyinindən çəkinmək; ortostatizmə səbəb olan dərmanların verilməsi məsləhət deyil. Benzodiazepinlərdən, opioidlərdən, psixoz əleyhinə maddələrin təyinindən çəkinmək, və ya aşğı dozada təyin etmək, müalicə müddətini nəzarətdə saxlamaq lazımdır.

Qida çatışmazlığı  Depressiyanı, yaddaş pozğunluğunun və bədxassəli şişlərin olmasını müəyyən etmək. Qida çatışmazlığına səbəb olan digərhalların müayinəsi və müalicəsi.
Depressiya  Depressiyanı müəyyən etmək. Qeyri-dərman müalicəsi və lazımi hallarda dərman müalicəsi (tritsiklik antidepressantlar məsləhət deyildirlər).
 Yaddaş (zəifliyi) xəstəliyi  Lazım olmayan dərman preparatlarından istifadəni dayandırmaq, antixolinergik dərmanların və benzodiazepinlərin təyinatından çəkinmək; xronik xəstəliklərin optimal müalicəsi; ev şəraitində təhlükəsiziyin yaxşlışadırılmasına dair tədbirlər; gəzintilərin olması.
 Ayaqlar ilə əlaqədar problemlər  Döyənəklərin və valqus deformasiyasının aradan qaldırılması, rahat olan ayaqqabıdan istifadə edilməsi
Parkinson xəstəliyi  qəbul edilən dərmanların yoxlanılması; ortostatizm, fiziki fəaliyyət və gəzinti məşqləri, reabilitasiya
 Ortastatik hipertenziya
  1. Checking medicines, sufficient intake of fluids, rest after dining, raising the head end of the bed, slow rising to upright position Qəbul edilən dərmanların yoxlanılması, kifayət qədər maye qəbul edilməsi, nahardan sonra çarpayıda uzanaraq istirahət etmək (çarpayının baş tərəfi bir qədər qaldırılır), ayaq üstünə tədricən qaxmaq.
  2. Lazımı hallarda: fludrokortizon (fludrocortisone) (0.1 mq ½ × 1, lazımı olsa 1 × 2)
 Onurğa sütünün boyun hissəsinin degenrasiyası Şəxsi ləvazimatların əl çatan yerlərə qoyulamsı, fizioterapiya
 Əzələ sklet pozğunluqları  Səbəkar xəstəliklərin müalicəsi: gəzmək üçün köməkçi vasitələr, sürüməyən ayaqbıdan, çəlikdən istifadə, ev şəaritində təhlükəsizliyin yaxşılaşdırılması

Ev şəraitində təhlükəsizlik tədbirləri

  • Əksər hallarda evdə baxışların keçirilməsinə ehtiyac duyulur: Pasiyentin özü və ona qulluq edən şəxslər evdə hansı tənzimləmələrin aparılmalı olduğunu həkim, fizioterapevt və ya tibb bacısı ilə  birlikdə yoxlamalıdırlar.
    • İşıqlandırma: adekvat ümumi işıqlandırma, pilləkənlərdə işıqlandırma, yataq otağında və tualetdə gecə işığının olması lazımdır.
    • mənzildə və pilləkənlərdə maneəsiz keçidlərin/girişlərin olması; həyətdən qışda qar və buzun təmizlənməsi lazımdır.
    • nərdivanlarda tutacaqların olması (sürahılarınolması) lazımdır.
    • Döşəmədəki xalçaların kənarlarının qabarmaması, onların altına sürüşmə əleyhinə vasitələrin tətbiqi , qapı kəndarlarının və lazım olduqda xalçaların çıxarılması.
    • tualet və vanna otağı: tutacaqlar, döşəmənin üzəri və vannanın daxili (dibi) sürüşməyən olmalıdır, oturacaq olan unitazdan istifadə edilməlidir. Tualetin qapısındakı kilid xaricdən də açılmalıdır.
    • Sabit və kifayət qədər yüksək olan stul və yataq çarpayısı olmalıdır.
    • Mətbəx: Əşyalar əlçatan yerlərdə olmalıdırlar.
    • Rahat olan ayaqqabıdan (ayaqabının altı sürüşməyəndir, asanlıqla geyinilir) istifadə edilməlidir.
  • Pasiyentin (və ona qulluq edənin) təhlükəsizliyi yetərli deyilsə, pasiyenti nəzarət altında saxlamaq üçün patronaj tibb bacısından və digər köməkçidən istifadə edilər bilər və yaxud təkrar yıxılmalar olduğu təqdirdə təhlükəsizlik telefonu qoyulması barədə düşünün.  

İcma səviyyəsində planlaşdırılan tədbirlər

 

Əlaqədar mənbələr

 

  • Koxran icmalları
  •  digər sübut icmalları
  • Ədəbiyyat