Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vulvodiniya

Mündəricat

Vulvodiniya

EBM Klinik protokolları
25.03.2014 • Sonuncu dəyişiklik 25.03.2014
JormaPaavonen

Əsas məqamlar 

  • Qadın xarici cinsiyyət orqanlarının ağrı, yanğı ilə gedən  və diaqnostika edilməyən sindromu. 15%-ə dək qadınlar həyatlarının hansısıa bir mərhələsində vulvar ağrı keçirdiklərini qəbul edirlər.  
  • Əhəmiyyətli dərəcədə fiziki qabiliyyətin azalması və psixoloji sıxıntı, həmçinin də cinsi və ailə problemlərinə səbəb ola bilər. 
  • Bu vəziyyətlə bağlı sübutlu tədqiqat məlumatları  azdır. 

Simptomları və diaqnozu 

  • Ümumi müddəalar 
    • Vulvodiniyalı pasient ginekoloji müayinəni ağrılı  hesab edəcəkdir. Güzgü ilə müayinə, servikal yaxma yaxud, bimanual palpasiya çətin, yaxud icrası mümükün olmaya bilər, lakin, diaqnoz üçün onlar vacib deyil. 
    • Vulvodiniya vaginizmlə bağlı olur ki, bu da çanaq dibi əzələlərinin gərginliyi yaxud qeyri -iradi spazmı aid edilir.
    • Pasientdən simptomsuz olan günlərin mövcudluğunu soruşun. Ağrı aybaşı tsilki yaxud günün vaxtları ilə əlaqədar dəyişirmi? Ağrı yalnız toxunma və cinsi  əlaqə ilə bağlıdırmı?  
    • Dermatoza şübhə olarsa, dermatoloqla məsləhətləşin.(məs. lichen planus-yastı dəmrov  ), 
  • Vulvar vestibulit sindromu. 
    • Vulvodiniyanın ən çox rast gəlinən yarımtipi. 
    • Uşaqlıq dəhlizi toxunduqda çox ağrılıdır. Əlaqə zamanı ağrı əsas simptomdur. 
    • .Pambıq tamponun köməyi ilə ağrının  lokalizasiyasının təyini asandır. 
    • Pambıq tampon  testi  tipik olaraq əqrəbin   5 və 7 vəziyyətlərində  arxa dəhlizdə və həmçinin də tez-tez ön dəhlizin parauretral nahiyələrində kəskin ağrını göstərir. 
    • Arxa dəhlizdə ağrılı nöqtələrin lokalizasiyası  vestibulyar vəzilərin vəziyyətinə müvafiq olan eritema ilə üst-üstə düşə bilər.
    • Vulvar vestibulit sindromunun etiologiyası məlum deyil.  Ehtimal ki, bəzi hallarda bu, təkrari göbələk və bakterial infeksiyalar yaxud oral kontraseptivlərin istifadəsi ilə baş qaldırır.
  • Dizestetik  vulvodiniya (essensial vulvodiniya)
    • Yuxarıdakı hallardan, pasientlərin adətən daha yaşlı olması ( adətən 40 yaşdan yuxarı), ağrının davamlı və bütün vulvar nahiyə boyunca diffuz olması, və ağrınən anal nahiyə, belin aşağı hissəsinə və budlara irradiasiya edə bilməsi  ilə fərqlənir. Xəstəlik adətən dispareuniya ilə əlaqədar deyil.
    • Ağrı axşama doğru artır.
    • Cinsiyyət  sinirinin (Pudendal) nevralgiyası  kimi də məlumdur.
    • Pambıq tamponla toxunulduqda  ağrı, yalnız,  dəhliz nahiyəsində deyil,bütün vulvar region boyunca və hətta vulvar nahiyələrdən kənarda da hiss olunacaqdır. 
    • Hiperesteziyanın dəri və selikli qişaların innervasiyasının pozulması  nəticəsində baş  verdiyi güman olunur.Ağrı neyropatik mənşəlidir. 

Differensial diaqnozu

  • Genital herpes, digər xoralaşan  vulvar xəstəliklər. 
  • Vulvovaginit (məs Kandida)
  • Deskvamativ  iltihabi vaginitlər (DİV;  aerob bakteriyalar tərəfindən törədilmiş irinli  vaginit )
  • Vulvar dermatozlar  (məs lichen planus-yastı dəmrov yaxud  lichen sclerosis-sklerozlaşan dəmrov  ; dermatoloqla məsləhətləşməyi unutmayın.)

Müalicə 

  • Dəstək və empatiya göstərməyi unutmayın. 
    • Mümkün  dispareuniya(ağrılı cinsi-əlaqə)  haqda danışın. Bu xəstəlik cütlüyə yaxud pasientin əhvalına təsir etmişdirmi?
    • Pasientə xəstəliyini və simptomların fərqli təbiətini anlamaqda yardım edin. 
    • Müvafiq anatomiyanı güzgünün köməyi ilə, lazım gəldikdə şəklini çəkməklə  izah edin. 
  • Evdə aparılacaq müalicə:
    • Yatmazdan qabaq ağrılı nahiyələrdə dəri üçün yağ  (aptekdən )  ilkin dövrlərdə güzgünün köməyilə  istifadə edilməlidir. 
    • Çanaq dibi  üçün məşqlər.(baxın ). Pasientin çanaq dibi əzələlərini ayırd etməsi və onların boşalmasını öyrənməsi vacibdir. Çanaq dibi əzələləri bərpasında təcrübəsi olan fizioterapevt məsləhət və tövsiyyələr verə bilər. Bio-əks -əlaqə reaksiyasının öyrənilməsi nəticələri yaxşılaşdıracaqdır; 
    • Tez-tez tərəfdaşların  müzakirələrə cəlb olunması məsləhətdir. 
    • Nəmləndirici( lubrikant) yaxud anestetik gellər kömək edə bilər.
    • Əsas qulluq: Gündə bir dəfə  genital  nahiyəni təkcə su ilə  yuyun, sərbəst geyim; gecə  isə alt paltarı istifadə etməyin.  
  • Sadə və real məqsədlər qarşıya qoyun. Yaxşılaşmaya uzun müddət sərf olunacaq;  Göstərişlərə əməl etməyin vacibliyini vurğulayın.
  •  Hər 4 aydan bir  yaxşılaşma olana qədər müşahidə üçün gəliş təyin edin.
  • Vulvar vestibulit sindromu
    • Xəstəlik illərlə dəyişilmədən qala bilər.lakin simptomların ağırlığı dəyişiləcəkdir. 
    • Bir neçə effektiv müalicə seçimi mövcuddur. Düzgün nəzarət, məsləhətləşmə və maarifləndirmə müalicənin ayrılmaz hissəsidir və pasientə xəstəliyin öhdəsindən gəlməyə kömək edəcəkdir. 
    •  Oral kontraseptivlərin kombinasiyasının müvəqqəti olaraq təxirə salınmasını təklif edin. (məsələn 6 aylıq) 
    • Çanaq dibi əzələləri gərdindirsə, yaxud aydın vaginizm olarsa, o zaman pasienti fizioterapevtə yönləndirin. 
    • Əgər yuxarıdakı müalicəyə pis cavab reaksiyası alınarsa, pasienti vestibuloektomiya üçün mütəxəssislə məsləhətləşməyə yönəldin. 
    •  Anamnezdə təkrarlanan  maya göbələyi infeksiyası olarsa, profilaktikasını nəzərə alın, məs, ən azı 6 ay ərzində  həftədə 1 dəfə  flukonazol 150 mq
  •  Dizestetik vulvodiniya 
    • Müalicə tritsiklik antidepressantlardan ibarətdir, adətən ilkin olaraq az dozada amitriptillin (məsələn, 10 mq yatmazdan qabaq)  hər həftə növbəti  dozanın artırılması ilə ağrı aradan götürülənə qədər davam olunur.  
    • Yatmazdan öncə10–40 mq Amitriptilin, adətən, yetərli saxlayıcı dozadır.
    • Müalicəyə cavab ləng yarandığından  müalicə bir neçə ay ərzində davam etdirilməli və bundan sonra  dozanın azaldılmasına cəhd olunmalıdır.
    • Pasient amitriptillinə  uyğunluşa bilmirsə, o zaman  (yaxud digər tritsiklik antidepressantlar) 75 mq × 2,  olmaqla preqabalin  və   dozasının  tədricən artıraraq  300 mq × 2. dəfə  təyini nəzərdə tutulmalıdır. 
    •  Dizestetik vulvodiniyada ağrı neyropatik mənşəli oldouğundan cərrahi müalicə (vestibulektomiya )  əks -göstərişdir.

Müvafiq mənbələr.