Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Postpartum qanaxma və endometrit

Mündəricat

Postpartum qanaxma və endometrit

EBM Klinik protokolları
18.08.2017 • Sonuncu dəyişiklik 18.08.2017
TarjaVihtamäki

Əsas müddəalar

  • Əgər aşağıdakılar varsa qeyri-normal qanaxma və ya endometritdən şübhələnin: 
    • loxiya yenidən al-qırmızı rəngə dönür  
    • loxiyanın xoşagəlməz iyi var və ya 
    • pasiyentdə qarnın aşağı hissəsində ağrı və ya qızdırma var.

Normal loxiya

  • Postpartum axıntı tipik olaraq 4-6 (-8) həftə davam edir. İlkin qanla ləkəli axıntı (lochia rubra) 3-4 gün davam edir, bundan sonra isə təxminən bir həftə ərzində qırmızımtıl-qəhvəyi rəng alır. Ardınca isə 3-4 həftə ərzində ağımtıl axıntı (lochia alba) qeyd edilir.  
  • Loxiya qadınların təxminən 25%-də, xüsusilə ana südü ilə qidalandıranlarda altı həftədən daha uzun müddətə davam edir.   
  • Loxiyanın miqdarı gündən-günə dəyişkən olacaq. Doğuş zamanı alınmış vaginal və ya servikal laserasiyalar (uşaqlıq boynu və ya uşaqlıq boynu cırılmaları), eləcə də ana südü ilə qidalandırma loxiyanın miqdarını artıracaq.    

Qanaxma ağırlaşmaları

  • Halların əksəriyyəti birincili postpartum qanaxmaya (doğuşdan < 24 saat sonra) aiddir; bu hallar hazırki məqalədə müzakirə edilmir. 
  • İkincili postpartum qanaxmanın (doğuşdan  24 saatdan  - 6 həftəyədək müddətdə) tezliyi 1%-dir.
  • İkincili qanaxma üçün cavabdeh əsas faktorlar birincili postpartum qanaxma və ciftin manual kənarlaşdırılmasıdır.
  • Halların əksəriyyəti doğuşdan sonrakı ikinci həftə ərzində baş verir. 
  • Klinik müayinə mütləq qanaxmanın yerini müəyyənləşdirməyi hədəfə almalıdır. 

İfrat qanaxmanın səbəbləri 

  • Cift qalıqlarının və ya döl qişalarının saxlanması 
  • Endometrit
  • Epiziotomiya açılması
  • Vaginal və ya servikal laserasiya (uşaqlıq yolu və ya uşaqlıq boynunun cırılmaları) 
  • Normal müddətli hamiləlikdən sonra xoriokarsinoma nadirdir və onun təqdim olunma simptomları müxtəlifdir. Lakin uşaqlıq yolu qanaxması getdikcə artırsa və/və ya pasiyent döş qəfəsində ağrı, təngnəfəslik, qanhayxırma, baş ağrısı və ya huşsuzluq epizodu ilə müraciyət edirsə mütləq bu barədə şübhə yranmalıdır .

 Yaxın dövrdə mamalıq anamnezi 

Ginekoloji müayinə 

Lazım olduqda laborator müayinələr 

Müalicə

Endometrit

Risk faktorları 

 Etiologiya 

Klinik əlamətlər və simptomlar

Lazım olduqda laborator müayinələr

 Müalicə 

  • Yüngül endometrit: sefaleksin 500 mq gündə üç dəfə üstəgəl metronidazol 400 mq 7-10 gün ərzində gündə üç dəfə daxilə 
    • Alternativ olaraq klavulan turşusu ilə kombinə olunmuş amoksisillin
  • Ağır endometrit (ağır və generalizə olunmuş simptomlar, yüksək qızdırma, CRZ > 100 mq/l) hospitalizasiya və venadaxili antibiotiklərlə müalicə tələb edir. 
    • İlkin olaraq, məsələn, sefuroksim 1,5 mq gündə üç dəfə üstəgəl metronidazol 500 mq gündə üç dəfə. Daha sonrakı müalicə bakterial kultura müayinələri nəticələri ilə uyğun. 
    • Əgər xəstəlik ağırdırsa və bakterial kultura hazır olmazdan qabaq sefalosporin+metronidazol terapiyasına cavab pisdirsə və ya pasiyentdə yara infeksiyası (Qeysəriyyə kəsiyi, epiziotomoiya) ilə birlikdə endometrit varsa: alternativ olaraq klindamisin və aminoqlikozid gentamisin preparatının kombinasiyası. 
  • Qeysəriyyə yolu ilə doğuşundan sonrakı endometrit  venadaxili antibiotiklərlə 2 həftəyə qədər müddətə davam etməli olan erkən müalicəni tələb edir. 
  • Sefalosporin və metronidazol ilə kombinə olunmuş terapiya ərzində ana südü ilə qidalandırmaya icazə verilir.
  • Xlamydiya infeksiyasının müalicəsi 

 Müalicəyə cavab 

Müvafiq resurslar