Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Allergik kontakt dermatit

Mündəricat

Allergik kontakt dermatit

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 26.05.2017
AlexanderSalava

Əsasları

  • Əksər hallarda allergik kontakt dermatiti digər növ dermatitlərdən sadəcə klinik əlamətlərinə görə fərqləndirmək mümkün olmur.
  • Diaqnozun əsasını kontakt allergiyanın müəyyən edilməsi, ekzemaya xas klinik tablo və sözügedən allergenə müvəqqəti olaraq məruz qalmaq təşkil edir.df
  • Aparılmış müvafiq müalicəyə baxmayaraq sağalmayan dermatit hallarında allergik kontakt dermatit ehtimalı nəzərə alınmalıdır.

Etiologiya

  • Ləng gedişli hüceyrə tipli allergiya (dəri təmas dermatiti)
  • Adətən uzun müddət ərzində məruz qalma nəticəsində meydana gəlir.
  • Ən geniş yayılmış etioloji faktora nikel (şəkil) və həmçinin kosmetik vasitələrin istehsalında istifadə edilən ətir və qoruyucular və gigiyena məhsulları aid edilir.
  • Digər etioloji faktorlara rezinin tərkibindəki kimyəvi maddələr, plastik maddələrin və yapışqanın (kleyin) tərkibinə qatılmış inqrediyentlər (şəkil), xrom və kobalt birləşmələri, həmçinin dəriyə qulluq vasitələrinin tərkibnə qatılmış inqrediyentlər aid edilir.

Simptomlar

  • Səpgilər əvvəl məruz qalınan nahiyədə əmələ gəlir, lakin sonradan daha geniş sahələrə yayıla bilir (şəkil).
  • Ardıcıl məruz qalmadan sonra simptomlar 1 - 2 gün içində yenidən meydana gəlir, məruz qalma azaldıqca isə tədricən aradan qalxır.

Diaqnoz

  • Səpgilər, xüsusilə də aşağıda qeyd edilmiş nahiyələrdə yerləşdikdə allergik kontakt dermatitdən şübhələnmək lazımdır:
    • qoltuqaltı (dezodorantlar)
    • əl və bilək (metal, dəri, iş alətləri, kimyəvi maddələr; şəkil).
  • Ümumiyyətlə allergik dermatit bədənin hər yerində meydana gələ bilər. Tipik sahələrə aiddir:
    • üz (şəkil) və boyun (şəkil; dəriyə qulluq vasitələri, kosmetik vasitələr)
    • bel (dəri, metal; şəkil)
    • bel - oma yarığı (hemorroid (babasil) kremleri və suppozitoriumlar)
    • bud və qıç (corablar, rezin çəkmələr, qıçda olan xoraların müalicəsində istifadə olunan yerli müalicə vasitələri)
    • ayaqlar (metal, rezin, dəri, boyalar, kontakt yapışqan, xrom, antimikotik vasitələr).

Müayinə üsulları

  • Anamnezdə etioloji faktor aydın şəkildə qeyd edildikdə adətən ''Patch'' testi təyin edilmir, məsələn, nikel.
  • Dəri təmas allergiyasının və allergik dermatidin diaqnostikası üçün allergenlərə qarşı uyğun həssaslığı numayiş etdirən epikutanos testindən (patch testi) istifadə edilir.
  • Bununla belə test nəticələrinin müsbət olması hər zaman xəstənin dermatiti ilə əlaqəli olmaya bilər.
  • Testin həyata keçirilməsi və nəticələrin analiz edilməsi dermatoloq tərəfindən həyata keçirilir.

Müalicə

  • Allergik təmas dermatitinin əsas müalicəsi allergendən uzaq durmaq və ya onu kənarlaşdırmaqdan ibarət olur (şəxsi qoruyucu vasitələr, iş yerində istifadə edilən əşyaların və ya üsulların dəyişdirilməsi, məşğuliyyətin dəyişdirilməsi).
  • Yerli qlükokortikoid kremlər
  • Həkim təyinatı ilə xronik hallarda tətbiq edilən immunsupressiv dərman maddələri.

Topikal (yerli) müalicə 

  • Əldə allergik dermatitin müalicəsi: nəzər yetirin.
  • Orta güclüdən güclüyə qədər qlükokortikoid kremlər dəri sağalana qədər dermatitin ağırlıq dərəcəsindən asılı olaraq 2 - 6 həftə ərzində gündə bir və ya iki dəfə tətbiq edilir. Problemin aradan qalxmadığı təqdirdə vəziyyət nəzarət altına alınır.
  • Kəskin vezikulyar dermatitdə səth adətən nəm kompreslə örtülməlidir (hər dəfə 10 - 20 dəqiqə olmaqla gün ərzində iki və ya üç dəfə).

Sistemşəkilli müalicə

  • Ağır və yayılmış allergik dermatit hallarında qısa sistemşəkilli qlükokortikoid müalicəsi təyin edilə bilər, məsələn,1 - 2 həftə ərzində gündə bir dəfə 20 - 40 mq prednizolon.
  • Allergik dermatitdə antibiotiklərə nadir hallarda ehtiyac duyulur və onlar yerli müalicəni əvəz etmir. Əgər səpgilərdə infeksion proses aydın şəkildə müşahidə edilərsə (şəkil), antibiotiklər təyin edilə bilər (sefaleksin 500 mq, 7 - 10 gün ərzində, gündə üç dəfə olmaqla).

Sürətli tip kontakt dermatit

  • İgE-dən asılı sürətli tip allergiyaya əsaslanır.
  • Kontakt övrə və zülaldan asılı kontakt dermatit
  • Allergenin təmasda olduğu nahiyədə çox qısa bir müddət ərzində (30 dəqiqə) yaranan qızartı, pruritus (qaşınma) və / və ya övrə.
  • Allergik təmas dermatitindən daha nadir hallarda təsadüf edilir, lakin xronik mərhələsində onun əlamətləri allergik dermatiti xatırlada bilər.

Mütəxəssis konsultasiyası

  • Xüsusilə proses ağır və yayılmış xarakter daşıdıqda, həmçinin vəziyyətin xronikləşməsi hallarında
  • ''Patch'' testinin aparılması və diaqnozun doğrulanması zamanı
  • Peşə tipli allergik təmas dermatitindən və ya əl dermatitindən şübhələnildikdə

Müvafiq resurslar

Johansen JD, Aalto-Korte K, Agner T et al. European Society of Contact Dermatitis guideline for diagnostic patch testing - recommendations on best practice. Contact Dermatitis 2015;73(4):195-221. Fonacier L, Bernstein DI, Pacheco K et al. Contact dermatitis: a practice parameter-update 2015. J Allergy Clin Immunol Pract 2015;3(3 Suppl):S1-39. Boonstra MB, Christoffers WA, Coenraads PJ et al. Patch test results of hand eczema patients: relation to clinical types. J Eur Acad Dermatol Venereol 2015;29(5):940-7.