Qastro-ezofageal reflüks xəstəliyi
EBM Klinik protokolları
18.11.2016 • Sonuncu dəyişiklik 18.11.2016
MarkkuVoutilainen
Əsas məqamlar
- Qastro-ezofageal reflüks xəstəliyinin əsas simptomları qıcqırma və requrgitasiyadır.
- Pasiyent 50 yaşdan cavan və "həyəcan doğuran simptomlar"a malik deyilsə, xəstəliyin diaqnozu klinik simptomlara əsaslanır.
- Birinci-sıra dərman müalicəsi proton pompası inhibitorlarından təşkil olunub.
- Pasiyentlərin 30%-ə qədəri ənənəvi dərman müalicəsinə qeyri-qənaətbəxş cavab verir (refrakter qastro-ezofageal reflüks xəstəliyi).
- Mədə-bağırsaq traktının yuxarı şöbəsinin endoskopik müayinəsi "həyəcan doğuran əlamətlər və/və ya simptomlar"a malik pasiyentlərdə həyata keçirilməlidir:
- disfagiya və ya udma zamanı ağrı
- qusma
- çəkinin itməsi
- anemiya
- ənənəvi müalicəyə rezistent ağır simptomlar.
Mahiyyəti. Qastro-ezofageal reflüks xəstəliyi (QERX) mədə möhtəviyyatı reflüksunun simptomlar və/və ya qida borusunda zədələnmə törətdiyi bir xəstəlikdir. Pasiyent həftədə bir gün gündəlik həyatına təsir edə biləcək ağır simptomlar və ya həftədə iki dəfə yüngül ya orta dərəcəli simptomlar yaşayırsa, o QERX xəstəliyinə malikdir. Pasiyentlərin əksəriyyətində endoskopik müayinənin nəticələri normaldır (⅔). Bu pasiyentlər endoskopik-neqativ və ya eroziv-olmayan reflüks xəstəliyinə (EORX) malikdir. Endoskopik müayinə nəticəsində qida borusunun distal hissəsində eroziyalar qeyd olunursa, pasiyent eroziv reflüks xəstəliyinə (ERX) malikdir."?>
Epidemiologiya
- QERX çox hallarda xroniki bir vəziyyətdir.
- Sənayələşmiş ölkələrdə, populyasiyanın 10–20%-i QERX simptomlarına malikdir.
- Yeni xəstələnmə hadisələrinin sayı 1000 nəfər-ilə 5 hadisə təşkil edir.
Etiologiya
- Udma ilə assosiasiya olunmadan aşağı ezofageal sfinkterin keçici relaksasiyası (AESKR) başlıca etioloji amildir və bütün hadisələrin 90%-nə səbəb olur.
- Ağır QERX ilə olan pasiyentlərin əksəriyyəti eyni zamanda diafraqmanın qida borusu dəliyinin yırtığına malikdir.
- Qida borusunun zədələnməsi mədədəki xlorid turşusu və pepsinin təsiri nəticəsində baş verir; öd turşularının rolu nisbətən azdır.
- Ağız suyu reflüksatı neytralizə edir və beləliklə, ağız suyu ifrazının azalması QERX riskini artırır.
- Tütün çəkmə ağız suyu ifrazını azaldır və QERX üçün şərait yaradan amil rolunda çıxış edir.
- Meyllik yaradan digər amillərə hamiləlik, sklerodermiya, Şeqren sindromu və diabetik qastroparez aiddir.
Klinik mənzərə
- Döş sümüyü arxasında yanma hissindən ibarət olan qıcqırma QERX-in əsas simptomudur.
- Qıcqırma epiqastrium və ya döş sümüyünün aşağı hissəsində başlayan və boyuna irradiasiya edən yandırıcı ağrı və ya xoşagəlməz hissiyyatdır (simptom pasiyentə təsvir edilməlidir).
- Qıcqırma adətən yeməkdən sonra və ya uzanmış vəziyyətdə narahat edir. Qıcqırma xüsusilə böyük həcmdə qidalar, yağlarla zəngin qidalar, şokolad, qəhvə, güclü alkoqollu içkilər (spirtlər) və turş meyvə şirələri qəbulu ilə əlaqəlidir. Bədəni önə əydikdə, dikəldikdə və sıx geyindikdə qıcqırma artır.
- QERX ilə olan pasiyentlərin 75%-i qıcqırmadan əziyyət çəkir.
- Bədəni önə əydikdə, dikəldikdə və sıx geyindikdə qıcqırma artır."?>
- Digər önəmli simptom requrgitasiyadır ki, bu ürəkbulanma və ya qusma ilə assosiasiya olunmadan mədə möhtəviyyatının geriyə ağıza axması deməkdir.
- Digər simptomlar boğazda kütlə hissi (boğazda düyün hissi), udmanın çətinləşməsi (disfagiya) və reflüksla assosiasiya olunan keçici hipersalivasiyadır.
- QERX döş qəfəsində qeyri-ürək mənşəli ağrının əsas səbəbidir.
- Qida borusundan-kənar təzahürlərə laringit, astma, xroniki öskürək və diş minasının eroziyası daxil ola bilər.
- QERX üçün diaqnostik meyar ən azından həftədə iki dəfə reflüks simptomlarının meydana çıxması və bu simptomlarla əlaqədar həyat keyfiyyətinin pisləşməsidir.
- Reflüks ilə olan pasiyentlərin əksəriyyətində (⅔), ezofaqoskopiya normal nəticələr göstərir. Bu halda xəstəlik eroziv-olmayan və ya endoskopik-neqativ reflüks xəstəliyi (EORX) adlandırılır.
- Endoskopiya zamanı qida borusunun distal hissəsinin selikli qişasında eroziyalar aşkarlandıqda, xəstəlik eroziv reflüks xəstəliyi (ERX) adlandırılır ki, bu da Lon Angeles Təsnifatı üzrə A-dan D-dək ağırlıq dərəcəsinə görə təsnif edilir.
- ERX ağırlaşmalarına qida borusunda striktur və xora, həmçinin Barrett qida borusu aiddir.
- QERX ilə qida borusundan kənar simptomlar və müayinə nəticələri (öskürək, laringit, astma və diş minasının eroziyası) arasında epidemioloji əlaqə aşkarlanmışdır. Bununla birlikdə, QERX bu simptomların potensial etioloji amillərindən sadəcə biridir.
Diaqnostika
- Bir pasiyent ilk dəfə QERX simptomları (qıcqırma, requrgitasiya) ilə müraciət etdikdə, simptomların davametmə müddəti və tezliyi (həftədə neçə dəfə) təyin edilməlidir. Pasiyentə həmçinin simptomların yalnız gündüzlər, yaxud eyni zamanda gecələr meydana çıxması ilə bağlı sual verilməlidir. "Həyəcan doğuran simptomlar" qeyd edilmir və pasiyentin yaşı 50-dən aşağıdırsa diaqnoz endoskopiyasız qoyula bilər.
- "Həyəcan doğuran simptomlar"a (disfagiya, udma zamanı ağrı, qusma, hematomezis (qanlı qusma), çəkinin itməsi, anemiya) malik pasiyent gecikmə olmadan endoskopiyaya göndərilməlidir.
- Pasiyent QERX simptomlarından əlavə, dispeptik simptomlara da malikdirsə, diferensial diaqnostika məqsədilə, peptik xoranın istisna edilməsi üçün və s. endoskopik müayinə yerinə yetirilməlidir.
- Erkən endoskopiyanın xeyrinə çıxış edən digər amillərə həmçinin yaşın > 50–55 olması, qeyri-steroid iltihab-əleyhinə analgetik dərman preparatları və ya asetilsalisil turşusu istifadəsi, tütün çəkmə, çox miqdarda alkoqol qəbulu, həmçinin yaxın qohumlarda mədə-bağırsaq traktının yuxarı şöbələrində xərçəngin diaqnostika olunması aiddir.
- Digər hallarda, ilkin QERX diaqnozu pasiyentin anamnezinə əsaslana bilər."?>
- Qida borusunun endoskopik dəyərləndirilməsi aşağıdakılar üçün istifadə edilə bilər: QERX-in növünə görə təsnif edilməsi (eroziv və ya eroziv-olmayan), eroziv QERX-in ağırlıq dərəcəsinin təyini (Los Angeles Təsnifatı, cədvəl ) və potensial ağırlaşmaların ayırd edilməsi, misal olaraq, Barrett qida borusu (histoloji müayinədə yetişməmiş hüceyrələr ilə bağırsaq metaplaziyası əlamətləri"?>), qida borusunun xorası və ya strikturu.
- Histoloji təsdiqlənmiş ezofagit zamanı endoskopik nəticənin diaqnostik dəyəri aşağıdır, lakin eozinofiliya eozinofilik ezofagitin əlaməti ola bilər.
- Qida borusu funksiyasının müayinələri QERX diferensial diaqnostikası və cərrahi müalicənin dəyərləndirilməsində istifadə edilir.
- Funksiyanın tədqiqi gedişində, simptomlar və müayinə nəticələri arasında zaman baxımından korrelyasiyanın təyin edilməsi vacibdir (simptom indeksi [ing. symptom index - SI], simptom assosiasiyası ehtimalı [ing. symptom association probability - SAP]).
- 24-saatlıq ezofageal pH testi və manometriya mütəxəssis tərəfindən keçirilən müayinələr olub, QERX diferensial diaqnostikası üçün (axalaziya və qida borusu gövdəsinin motor pozğunluqları) az hallarda tələb olunur. Həmçinin pH sınağı hər hansı cərrahi müdaxilədən öncə rutin qaydada aparılır."?>
- Sadəcə yüngül və ara-sıra meydana çıxan simptomlar zamanı monoterapiya olaraq uyğundur
- Effektiv dərman terapiyası ilə birlikdə istifadə olunur.
- Çarpayının baş hissəsinin qaldırılması (gecə simptomları)
- BKİ ≥ 25,0 olduğu halda, çəkinin azaldılması
- Bel nahiyəsini sıxan geyimlərdən çəkinmək
- Axşamlar qida qəbulundan çəkinmək (gecə simptomları)
- Tez-tez az miqdarda qida qəbulu (qida qəbulundan sonra yaranan simptomlar)
- Simptomların yaranmasına təhrik edən qidalardan (sitrus meyvələri, güclü alkoqol içkiləri, pomidor, qəhvə, soğan, kəskin ədviyyatlar, yağlı və ya qızardılmış qidalar, şokolad, nanə) yayınmaq
- Tütün çəkmənin dayandırılması
- Alkoqol qəbulunun azaldılması və ya dayandırılması
- Müəyyən dərman preparatlarının istifadəsindən yayınmaq (nitratlar, kalsium kanalı blokatorları, antixolinergik preparatlar, teofillin preparatları)
- Zəruri olduqda alginatlar və ya antasidlər
- Normal PPİ dozası ilə 3 aylıq müalicədən sonra simptomlar yarıdan çox azalmayıbsa, müalicəyə alınan cavab qənaətbəxş deyildir.
- İlk növbədə, müalicəyə bağlılıq və dozalama vaxtının düzgün olması (səhər yeməyindən 30–60 dəqiqə əvvəl) yoxlanılmalıdır.
- Pasiyentlərin 30%-də, uyğun şəkildə tətbiq edilən PPİ müalicəsi 3 ay ərzində adekvat cavaba səbəb olmur. Bu durumda, daha öncə yerinə yetirilmədiyi təqdirdə, pasiyent endoskopiyaya göndərilir.
- Müalicəyə rezistent hallarda adətən PPİ ikiqat dozada təyin edilir, yəni, hər səhər və axşam (səhər yeməyi və şam yeməyindən əvvəl) normal terapevtik doza. Alginat preparatının əlavə edilməsi ilə kombinəolunmuş müalicə aparıla bilər.
- Funksional qıcqırma, yaxud qıcıqlanmış və ya turşuya həssas qisa borusu ilə olan pasiyentlərin PPİ-yə cavabı çox zaman qeyri-qənaətbəxş olur. Onlar üçün SSUİ preparatı (sitalopram (citalopram) və fluoksetin (fluoxetine) 6 həftə ərzində və ya daha uzun müddət) faydalı ola bilər.
- Adekvat PPİ müalicəsi sırasında pasiyentin əsas simptomu requrgitasiyadırsa, baklofen (baclofen) preparatı faydalı ola bilər (5–10 mq gündə 3 dəfə yeməkdən əvvəl və ya 5–20 mq axşam). Lakin, baklofen (baclofen) bir çox hallarda nevroloji (başgicəllənmə, yorğunluq, yuxululuq) və qastrointestinal (ürəkbulanma, ishal, meteorizm) əlavə təsirlərə səbəb olur.
- Müalicəyə cavab yetərsizdirsə, QERX-in diferensial diaqnostikası aparılmalıdır (endoskopiya).
- Pasiyentin simptomlardan azad vəziyyətdə saxlanılması üçün gərəkən minimal müalicə istifadə edilir. Vaxtaşırı baş verən simptomlar, PPİ istifadəsilə, tələb üzrə terapiyası ilə müalicə edilə bilər.
- Uzunmüddətli PPİ istifadəsinin malabsorbsiya (kalsium, maqnezium, vitamin B12, dəmir) və infeksiyalar (pnevmoniya, bağırsaq infeksiyaları) ilə assosiasiya olunduğu müşahidə edilmişdir. Bununla yanaşı, mütləq ağırlaşmalar riski aşağıdır, yaşlılar və ya yetərsiz bəslənənlərdə, yaxud çoxsaylı xəstəlikləri olan pasiyentlərdə daha yüksəkdir.
- Bir sıra müşahidə tədqiqatlarında PPİ-lərin antitrombotik dərman preparatlarının effektivliyini azaltması haqda məlumat verilmiş, lakin randomizə edilmiş kontrollu tədqiqatlarda klinik əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməmişdir. Pasiyent dərman terapiyası tələb edən QERX-ə sahibdirsə, PPİ antitrombotik dərmanla birgə istifadə oluna bilər. PPİ-lər həmçinin antitrombotik müalicə ilə assosiasiya olunan yuxarı mədə-bağırsaq qanaxması riskini aşağı salır.
- PPİ-lər uzunmüddətli saxlayıcı terapiyada özlərinin effektivliyi və təhlükəsizliyini doğrultmuşdur."?>
Barrett qida borusu zamanı pasiyentlərin kontrol müşahidəsi
| Histoloji müayinənin nəticəsi |
Prosedurlar və kontrol müşahidə |
| Ağır displaziya |
- Barrett epitelindən hər kvadrantdan 1 sm intervalları ilə biopsiya nümunələri (3 ay ərzində yeni müayinə)
- Histoloji nəticələrin dəyərləndirilməsi üçün ən azından 2 patohistoloq rəyinə ehtiyac duyulur.
- Cərrahi əməliyyat (normal cərrahi risk) və ya ablaziya terapiyası (cərrahi risk yüksək olduqda) və ya 3 ay intervalları ilə intensiv kontrol müşahidələr (yüksək cərrahi risk və fokal displaziya)
|
| Yüngül displaziya |
- Endoskopiya və biopsiya nümunələri 6 aylıq intervallarla iki dəfə
- Displaziya getdikcə ağırlaşmadıqda, bundan sonra ildə bir dəfə kontrol prosedurları
- İki ardıcıl endoskopiya, displaziyaya görə neqativ nəticə göstərdikdə, kontrol baxışların dayandırılması nəzərdən keçirilə bilər.
|
| Displaziya yoxdur |
- Rutin kontrol endroskopiyalar aparılmır
- Qida borusunda Barrett qida borusundan əlavə xora, striktur və ya endoskopik anomaliya aşkarlandıqda, kontrol müayinələrin keçirilməsi nəzərdən keçirilə bilər
- Kontrol baxışlar arasındakı intervallar müayinə zamanı qeyd edilən patologiyanın xarakteri və ağırlıq dərəcəsi ilə təyin edilir.
|
Müvafiq resurslar
Hoogendoorn RJ, Groeneveld L, Kwee JA. Patient satisfaction with switching to esomeprazole from existing proton pump inhibitor therapy for gastro-oesophageal reflux disease: an observational, multicentre study. Clin Drug Investig 2009;29(12):803-10. Scarpellini E, Ang D, Pauwels A et al. Management of refractory typical GERD symptoms. Nat Rev Gastroenterol Hepatol 2016;13(5):281-94. Reimer C. Safety of long-term PPI therapy. Best Pract Res Clin Gastroenterol 2013;27(3):443-54. Berger PB. Should proton pump inhibitors be withheld from patients taking clopidogrel? The issue that has been giving me heartburn! Circ Cardiovasc Qual Outcomes 2015;8(1):6-7. Melloni C, Washam JB, Jones WS et al. Conflicting results between randomized trials and observational studies on the impact of proton pump inhibitors on cardiovascular events when coadministered with dual antiplatelet therapy: systematic review. Circ Cardiovasc Qual Outcomes 2015;8(1):47-55. Gerson LB. Treatment of gastroesophageal reflux disease during pregnancy. Gastroenterol Hepatol (N Y) 2012;8(11):763-4.