Kəskin sinusitin diaqnozu
EBM Klinik protokolları
02.05.2016 • Sonuncu dəyişiklik 02.05.2016
HelenaLiira
Əsasları
- Kəskin rinosinusit əksər hallarda özü-özünə sağalan bir xəstəlik hesab edilir, hansının ki müalicəsində antibiotiklər az əhəmiyyətə malik olur.
- Əgər sinusitdən şübhələnilirsə, burun sinuslarının ultrasəs müayinəsi təhlükəsizlik baxımından (qıcıqlanma vermir) üstünlük verilən müayinə metodu hesab edilir.
- Sinusun rentgenoqramması simptomların hələ də davam etməsi və ya residivləşməsi halında icra edilir, xüsusilə simptomlar bir tərəfli olub xroniki sinusitə və ya bəzi spesifik səbəblərə dəlalət edirsə.
- Normal ümumi vəziyyətə malik xəstələrdə ultrasəs müayinəsi neqativ dəyişikliklər aşkara çıxardırsa, antibakterial müalicəni təyin etməkdən imtina etmək üçün güclü əsaslar olmalıdır.
- Uşaqlarda sinusit. Nəzər yetirin.
Klinik müayinələr
- Klinik müayinələrin əsasında viral və bakterial sinusiti bir-birindən fərqləndirmək mümkün deyildir. Sinusitin diaqnostikasında klinik müayinələr qeyri-dəqiq nəticələr nümayiş etdirir.
- Klinik müayinələrin əsas məqsədi digər mümkün, ciddi səbəbləri və ya sürətlə proqressivləşən irinli sinusiti müəyyən etməkdən ibarət olur; buna pisləşən ümumi vəziyyət, şiddətli yerli ağrı və ya şişkinlik və eləcə də qızdırma dəlalət edə bilər.
- Əgər xəstədə boğazın arxasından boşalıb gələn irinli ifrazata təsadüf edilirsə, antibakterial müalicə faydalı ola bilər.
Sinusun ultrasəs müayinəsi
- İxtisaslaşmış mütəxəssis tərəfindən düzgün qaydada aparılmış ultrasəs müayinəsinin həssaslığı və spesifikliyi kəskin sinusitin diaqnostikasında maksillar sinusun punksiyasından əldə edilən nəticələrlə müqayisədə sinusun rentgenoqramması ilə qarşılaşdırılır.
- Adi soyuqdəymənin birinci günündə maksillar sinusda maye toplanması adi bir hal kimi qəbul edilir. Sinusun ultrasəs müayinəsi yalnız simptomların bir həftədən daha çox davam etdiyi xəstələrdə tətbiq edilməlidir.
Sinusun ultrasəs müayinəsinin həyata keçirilmə qaydası
- Şəkilə nəzər yetirin.
- Zond gözün xarici kənarı ilə ağız bucağı arasındakı xətti keçməməlidir. Zondun aşağı sərhəddi burun ucunun xətt səviyyəsini keçməməlidir. Bu sərhədlərdən kənar sahələri müayinə etmək yalnış nəticələrə səbəb ola bilər.
- Müayinə burunun yaxınlığından, aşağı sərhəddən və ya zondun burunun ucu səviyyəsində yerləşdirilməsilə icra edilməyə başlayır. Ox bir isiqamətdən digərinə çevrilənə qədər zond, bir yerdə saxlanılır. Beləliklə səs şüası dəqiq olaraq maksillar sinusun arxa divarına perpendikulyar şəkildə düşür. Əgər arxa divar rezonansı müşahidə edilməzsə, bütün lazım olan sahə müayinə edilənədək zondun pozisiyası dəyişdirilir.
Nəticələrin interpretasiyası
- Əgər maksillar sinusda maye varsa, ölçü götürülən cizgidən 3-5 sm kənarda tək rezonans görünür (arxa divar rezonansı). Ara rezonans olmadan arxa divar rezonansının görülməsi müsbət nəticədir (şəkil, video).
- Ölçü götürülən cizginin yaxınlığından çox sayda rezonansın olması selikli qişanın qalınlaşmasına dəlalət edir və kəskin sinusitlər üçün diaqnostik göstərici hesab edilmir.
- Sabit intervalla təkrarlanan aşağı rezonanslara adətən çoxaldılmış rezonanslar adı verilir. Çox güman ki, mayeyə rast gəlinmir və nəticə neqativ olaraq interpretasiya edilir.
Sinus rentgenoqramması üçün göstərişlər
- Ultrasəs müayinəsinin nəticələrinin hətta neqativ olması halında belə xəstənin simptomları maksillar sinusitə şiddətlə dəlalət edirsə
- Əgər antibakterial müalicə hər bir halda təyin ediləcəksə (aşağı respirator yollarının infeksiyası, orta qulaq iltihabı, tonzillit), sinusun rengenoqramması adətən tövsiyə edilmir.
- Xroniki sinusiti davamlı astmatik simptomların səbəbi ola bilər. Sinusun selikli qişası qalınlaşa və maye rezonansın müşahidə edilmədiyi halda belə iltihablaşa bilər.
- Sinusun yalnız aşağı hissəsində deyil, bəzi digər sahələrdən də gələn çoxsaylı ön divar rezonanslarının müşahidə edilməsi halında böyük ehtimalla neoplazma dəlalət edir.
- Digər residivləşən və ya xroniki sinusitlərdə, xüsusilə unilateral simptomların qiymətləndirilməsi zamanı.
- Xəstəni mütəxəssis müayinəsinə göndərməzdən əvvəl.
Adiyyatı mənbələr
- Digər internet mənbələri
- Ədəbiyyat
van den Broek MF, Gudden C, Kluijfhout WP ym. No evidence for distinguishing bacterial from viral acute rhinosinusitis using symptom duration and purulent rhinorrhea: a systematic review of the evidence base. Otolaryngol Head Neck Surg 2014;150(4):533-7. Hauer AJ, Luiten EL, van Erp NF ym. No evidence for distinguishing bacterial from viral acute rhinosinusitis using fever and facial/dental pain: a systematic review of the evidence base. Otolaryngol Head Neck Surg 2014;150(1):28-33.