Doğuşun həyata keçrilməsi (Xəstəxanadan kənarda)
EBM Klinik protokolları
06.09.2016 • Sonuncu dəyişiklik 04.05.2010
UllaEkblad
- Körpə xəstəxanadan kənarda gözlənilmədən dünyaya gəlirsə,doğuş prosesi adətən, çətin olur. Körpə heç bir xüsusi köməyə ehtiyac olmadan kortəbii şəkildə doğulur.
Tibbi tarixçə
-
Əvvəlki doğuşların sayı (doğuş sayı)?
-
Hamiləlik neçə həftəlikdir?
-
Hamiləlik dövründə hər hansı xüsusi simptom və ya xəstəlik müşahidə olunub mu?
Klinik tapıntılar
- Dölün başı və ya sonu görünürmü?
- Dölün ürək döyüntülərinin auskultasiyası (stetoskop, dopton, ultrasəs müayinə)
- Qan təzyiqi, bədən temperaturu, ananın nəbz sayı
Doğuşun həyata keçirilməsində yardım
- Ananı mümkün qədər təbii pozisiyaya gətirin və onun üçün isti yer hazırlayın.
- Ananın altını təmizləyin.
- Zəruri avadanlıqları təmiz hala gətirin (əmzik, hemostatik sıxac)
- Əl gigiyenası
- Uşağın ilk görünən hissəsinin (baş) çıxmasını əliniz ilə dəstəkləyərək yavaşladın.
- Əgər ilk olaraq dölün sonu görünürsə, o zaman çiyinlər və baş ana bətnindən çıxana qədər uşağa toxunmayın.
Uşaq doğulduqdan sonra
- Onu qurulayın. Uşağı isti saxlamağı unutmayın.
- Mümkün qədər tez bir zamanda körpəni yumşaq dəsmal və ya parçaya bükün.
- Körpələr ananın çılpaq qarnı üzərinə qoyula bilər.
- Körpəni isti saxlamaq üçün üzərini örtük ilə örtün. Uşağın rənginə və tənəffüs həcminə nəzarət etməyi unutmayın (normalda dəqiqədə 40-70 tənəffüs hərəkəti).
- Hava yollarını yoxlayın və lazım olduqda, aspirasiya prosedurundan istifadə edin.
-
- Amniotik maye şəffafdırsa və hava yollarında selik yoxdursa, bu zaman aspirasiya proseduruna ehtiyac yoxdur.
- Amniotik maye yaşıl rəngdədirsə, dərhal burun və udlağı aspirasiya edin, çünki körpənin ağciyərlərə mekonium aspirasiyası edilməsi üçün kifayət qədər vaxtı yoxdur.
- Amniotik maye qatı və yaşıl rəngdədirsə, eyni zamanda, mədə möhtəviyyatı da aspirasiya edilə bilər.
Körpənin yaxşı olduğuna dair göstəricilər
- Ətrafların elastik olması, əzələ tonusunun yaxşı olması
- Körpənin dərhal stimulasiyaya reaksiya verməsi.
- İlk öncə, körpə kortəbii şəkildə nəfəs almağa və ya doğuşdan 1 dəqiqə sonra ağlamağa başlayır.
- Lazım gələrsə, uşağın tənəffüs prosesi yüngülcə sinəsinə toxunmaqla stimullaşdırıla bilər.
- Ürək dəqiqədə 100 dəfədən çox döyünür.
- Dərinin rəngi qırmızı və ya bir qədər göyərir.