Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Beyin absesi

Mündəricat

Beyin absesi

EBM Klinik protokolları
21.08.2013 • Sonuncu dəyişiklik 27.08.2010
OlliHäppölä

Əsaslar

  • Beyin absesi bakteriya, göbələk və ya protozoaların təsiri nəticəsində yaranmış olan irinin beyində lokal olaraq toplanmasıdır. Bu, ensefalit olaraq başlayıb daha sonradan kapsulla əhatə olunmuş absesə çevrilir.
  • Absesdən şübhələnildiyi halda xəstə, dərhal təcili olaraq  xəstəxanaya göndərilməlidir.  Xəstə adətən lokal nevroloji simptomlara malik olur.
  • Onurğa beynində yarana biləcək yırtıq riski səbəbindən lumbar punksiya məsləhət görülmür.

Etiologiya

  • Keçirilmiş infeksiyalar və infeksiyaya meyilli hallar, etioloji mülahizələr üçün başlanğıc nöqtə hesab olunur.
    • Septik vəziyyət
    • Qulaq, diş, paranazal sinus infeksiyaları
    • Respirator infeksiyalar
    • Endokardit
    • Anadangəlmə ürək qüsurları, intrakardial şunt/açıq oval dəlik (patent foramen ovale (PFO)), pulmonar arteriovenoz malformasiya
    • Kraniotomiya (cərrahi əməliyyatla kəllə sümüyünün açılması), kəllə sümüyü qırıqları, neyrocərrahi müdaxilələr.
    • QİÇS, digər immundefisit hallar
  • İnfeksiyanın yayılması əksər hallarda hematogenik olur, lakin absesin yaranması, həmçinin lokal infeksiyanın yayılmasından da qaynaqlana bilər.
  • Səbəb olan agentlərə adətən streptokokklar, stafilokokklar aid edilir; qarışıq infeksiyalara sıx - sıx rast gəlinir.
  • Bir neçə absesin eyni zamanda meydana gəlməsi mümkündür.

Simptomlar

  • Simptomlar, əsasən absesin beyin toxumasına göstərdiyi yerli təsir nəticəsində yaranır, yəni  simptomlar spesifik bölgələrə işarə edir.
  • İnfeksiya əlamətləri adətən zəif olur və yaxud da heç olmur.
  • Nevroloji simptomlar adətən proqressivləşir.
    • Baş ağrısı(77%)
    • Yorğunluq (65%)
    • Temperatur (53%)
    • Şüur səviyyəsində dəyişiklik (53%)
    • Ürəkbulanma/qusma (51%)
    • Papilyar staz/papilloödem (39%)
    • Hemiparez
    • Epileptik tutmalar (24%)
    • Disfaziya
    • Görmə sahəsinin defektləri
    • Psixiatrik simptomlar

Diaqnoz

  • Beyin absesinin diaqnozu, simptomlara və beyin parenximasına təsir göstərən xəstəliklərə işarə edən neyroradioloji tapıntılara əsaslanır.
  • KT, adətən aşağı sıxlıqlı lokal sahələri, dairəvi olaraq gücləndirilmiş haşiyələrlə göstərir. Anomaliya ətrafında şişkinliyə rast gəlmək mümkündür. Beyin absesinin bədxassəli beyin şişindən diferensiasiyası, adətən neyrocərrahi iynə biopsiyasının aparılmasına qədər qeyri - dəqiq olaraq qalır.
  • Beyin absesinin diaqnostikasında MRT, KT-dən daha həssas funksional diaqnostika metodu sayılır. Kontrast - artırıcı görüntülər diaqnozun dəqiqləşdirilməsində yardımcı ola bilər. 
  • Neyrocərrah tərəfindən iynə aspirasiyası ilə götürülmüş nümunə, dəqiq bakterioloji tədqiqatın aparılmasını və müalicənin planlaşdırılmasını mümkün edir.
  • Xəstədə absesin formalaşmasına təşviq edən hər bir infeksiya faktoruna və ocağına diqqət yetirilməlidir.

Müalicə

  • Müalicə seçimi təsirlənmiş orqanizmin növünə görə müəyyən edilir; adətən penisilin G və ya üçüncü nəsil sefalosporinin (seftriakson və ya sefotaksim) metronidazolla kombinasiyası istifadə edilir
  • Postoperativ və ya post - travmatik hallarda meropenem və vankomisin kombinasiyası istifadə edilə bilər.
  • Mümkün cərrahi müalicəni (məs, stereotaktik aspirasiya) nəzərə alaraq  neyrocərrahla konsultasiyanın aparılması. 

  • 'Cochrane' nəzəriyyələri
  • Ədəbiyyat