Uşaqların aşındırıcı maddə udması
EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 26.03.2013
MattiNuutinen
Uşaqların aşındıcı maddə udması
Əsasları
- Aşındırıcı maddələrə turşular (60 - 80%-li sirkə, turş yuyucu vasitələr, batareya turşusu, şüşəlifli sərtləşdirici) və pH ≥ 12 olan qələvilər (kaustik soda, qabyuyan maşın üçün yuyucu vasitə, ammonium, natrium hidroksid) aiddir.
- pH > 12.5 olan qələvilər və pH < 2 olan turşular xüsusən aşındırıcıdır.
- Ağzın yuyulması və su qəbul edilməsi adekvat ilkin yardımdır.
- Ümumilikdə asimptomatik uşaqlar evdə təqib edilə bilər, lakin simptomları olanlar xəstəxanaya göndərilməlidir.
Evdə ilkin yardım
- Mümkün olduqca tez müddətdə ağız və udlağı su ilə yu.
- Korroziv maddəni durulaşdırmaq üçün maye (su, süd) ver.
- Qusmanı induksiya etmə.
Təcili yardımda ilkin yardım
- Asimptomatik uşaqlar təqib üçün evə göndərilə bilər. Valideynlərə sipmtomlar yaranarsa həkimlə əlaqə saxlamaqları tövsiyə edilir (aşağı bax).
- Disfagiya (uşaq maye və qida qəbul etmək istəmir), tüpürcək ifrazı, qusma və ya tənəffüs çatışmazlığı kimi simptomlar təcili xəstəxanaya təxliyyə üçün göstərişdir.
- Həmçinin kaustik soda, naməlum mənşəli korroziv maddə, sənayedə istifadə edilən yuyucu maşınlar üçün vasitə (pH >12.5) və ya qatı turşu (pH < 2) qəbul etmiş uşaqlar da xəstəxanaya göndərilməlidir.
- Laborator analizlər, radioqrafik müayinələr, kortikosteroidlər və ya antibiotiklər üçün göstəriş yoxdur.
Xəstəxanada müalicə
Müvafiq resurslar
Pelclová D, Navrátil T. Pelclová D, Navrátil T. Do corticosteroids prevent oesophageal stricture after corrosive ingestion? Toxicol Rev 2005;24(2):125-9 Lamireau T, Rebouissoux L, Denis D et al. Accidental caustic ingestion in children: is endoscopy always mandatory? J Pediatr Gastroenterol Nutr 2001;33(1):81-4.