Revmatik polimialgiya
EBM Klinik protokolları
29.07.2017 • Sonuncu dəyişiklik 29.07.2017
TomPettersson
Əsas məqamlar
- Ağrıdan əziyyət çəkən çox saylı pasiyentlər arasında aşağı dozalı qlükokortikoidlərin köməyi ilə ağrıları effektiv şəkildə aradan qaldırılan xəstələr seçilməlidir.
- Qlükokortikoidlərə yaxşı reaksiya verən tipik revmatik polimialgiayalı xəstə ilkin yardım zamanı müalicə edilə bilər. Gicgah arteriitinə şübhə olduqda, atipik klinik xüsusiyyətlər, müalicəyə qeyri- qənaətbəxş cavab reaksiyası alındıqda, xəstələr ixtisaslaşdırılmış tibb müəssisəsində konsultasiyaya göndərilməlidirlər.
Ümumi
- Revmatik polimialgiya naməlum etiologiyalı xronik iltihabi xəstəlikdir.
- Əzələ ağrısı və rigidlik, həmçinin də, sistem əlamətlər xəstəliyin klinik şəklinin xarakterizə edir.
- Revmatik polimialgiyalı xəstələrin 15–30%-də gicgah arteriiti təzahür edə bilər.
Epidemiologiyası
- Revmatik polimialgiyanın rast gəlmə tezliyi hər milyon əhaliyə 500 hal təşkil edir.
- Qadın cinsi üstünlük təşkil edir. Xəstəlik, demək olar ki, 50 yaşdan yuxarı pasiyentlərdə rast gəlinir. Xəstəliyin rast gəlmə tezliyinin pik dövrü 70 yaş arasındadır.
Simptomlar
- Boyun, çiyinlər, yuxarı ətraflar, bel nahiyəsi və budlarda 1 aydan çox davam edən simmetrik ağrı və buxovlanma hissi. Ağrı gecələr və səhərlər güclənir, və uzunmüddətli səhər buxovlanması ilə əlaqədardır.
- Ümumi simptomlar: yorğunluq, çəkinin azalması, qızdırma, depressiya.
- Revmatik polimialgiya gicgah arteriiti ilə əlaqəli olduğundan xəstəliyin klinik şəklinin tanınması mütləqdir ki, bura başağrıları, çənədə axsaqlıq, baş dərisinin ağrılı olması, görmə pozuntuları və ətraflarda axsaqlıq aiddir. Bu simptomlara gicgah arteriiti nəzərdə tutularaq diaqnostik araşdırma aparılmasına səbəb olmalıdır.
- Çiyin və bud-çanaq oynaqlarında hərəkətin ağrı ilə əlaqədar məhdudlaşması
- Fibromialgiyada olduğu kimi ağrılı ləkələr olmur, lakin, palpasiyada bud nahiyələrində və yuxarı ətraflarda ağrılar ola bilər.
- Bəzi hallarada bilək və barmaqların revmatoid artriti xatırladan artritlər mövcud ola bilər. Yaşlı şəxslərdə revmatoid artrit polimialgik başlanğıca malik ola bilər.
Müayinələr
- Diaqnostik mərhədə növbəti laborator müayinələr vacibdir; EÇS, CRZ, trombositlərin ümumi sayı ilə birgə qanın ümumi analizi
- Differensial diaqnostika üçün digər laborator müayinələr də mühüm ola bilər; Diaqnoz və differensial diaqnostika bölümünə bax.
Diaqnoz
- Klinik məlumatlara əsaslanan diaqnoz çox zaman yetərlidir: yaşın 50-dən çox olması, tipik klinik mənzərə, EÇS-in artması, (> 40 mm/t): və 3 gün ərzində prednizo(lo)na (10–20 mq/gündə ) sürətli subyektiv reaksiya.
- Dayaq-əzələ ağrısının səbəbi kimi revmatik polimialgiyaya şübhə olduqda (cf. fibromialgiya ) EÇS əhəmiyyətli skrininq analizidir.
- Laborator analizlərin nəticələri generalizə olunmuş iltihabın tipik klinik xüsusiyyətlərini əks etdirir: EÇS-in artmasına əlavə olaraq, müayinə nəticələrinə C- reaktiv Zülal konsentrasiyasının əhəmiyyətli dərəcədə artması, yüngüldən orta dərəcəyədək normositar anemiya və trombositoz aiddir. Plazmada qələvi fosfataza arta bilər. Revmatoid faktor və sitrullin- əleyhinə anticisimlər adətən mənfi olur. Kreatin-kinaza konsentrasiyası normaldır. (cf. polimiozit ).
- Bazu yaxud bud-çanaq oynağının ilkin ultrasəs müayinəsi vacibdir. Çox zaman bursit, tenosinovit və ya sinovitlər aşkarlanır. Yumşaq toxumaların iltihabı, həmçinin, MRT və ya PET müayinəsi ilə görülə bilər. Sonuncu müayinə iri arteriyaların divarlarında subklinik dəyişiklikləi aşkar edə bilər.
- Gicgah arteriyasının biopsiyası (video ) yalnız simptomlar yaxud əlamətlərə əsasən gicgah arteriitinə şübhəli olduqda göstərişdir.
- Tipik revmatik polimialgiyalı pasiyentlərdə latent xərçəngi istisna etməyə cəhd etmək çox da vacib hesab edilmir.
Müalicə
- Revmatik polimialgiya aşağı dozalı qlükokortikoidlərlə müalicə olunur ki, tipik olaraq simptomları bir neçə gün içində aradan qaldırır, yaxud əhəmiyyətli dərəcədə yüngülləşdirir.
- Prednizo(lo)nun başlanğıc dozası 15–20 mq/gündür. Əgər simptomlar 3-5 günün ərzində azalmazsa, diaqnozun düzgünlüyünə şübhə edilməlidir. Qlükokortikoidlərin daha böyük dozalarına nadir hallarda ehtiyac olur.
- Başlanğıc dozada 2-4 həftəyə qədər qəbul etdirilir. Bundan sonra doza tədricən simptomlara və CRZ-a nəzarət etməklə azaldıla bilər. (CRZ EÇS-ə nəzərən daha həssas və tez reaksiya verən parametrdir.)
- Prednizo(lo)n-un dozasını əvvəlcə hər ay 2.5 mq olaraq, daha sonra isə yavaş-yavaş azaldılır. Saxlayıcı doza gündəlik 5 - 7.5 mq aralığında dəyişir.
- Müalicə müddəti (6–)12–24 aydır. Bəzi xəstələrdə qlükokortikoid terapiyasına bir neçə il tələb olunur və ya müalicənin dayandırılması qeyri-mümkün olur.
- Qlükokortikoid müalicəsi simptomları ləğv edir, lakin xəstəliyin müddətini azaltmır.
- Əgər müalicə çox erkən dayandırılarsa, və xəstəlik aktivləşdikdə qlükokortikoidlərin yüksək dozada yenidən təyini simptomları yenidən aradan qaldıracaqdır.
- Əgər prednizo(lo)na cavab reaksiyası yetərli olmazsa,yaxud preparat orqanizmə ziyanlı olarsa, (osteoporoz, diabet), metotreksat, yaxud azatiopirinlə kombinasiya edilə bilər.
- Osteoporoza qarşı müalicə qlükokortikoid müalicəsinə başlanma qərarı ilə yanaşı olaraq başlanır.
- Kifayət qədər kalsium və vitamin D qəbulu daim təmin olunmalıdır.
- Xəstələr yaşlı olduğuna görə və qlükokortikoid terapiyasına uzun müddətli bir dövr ərzində ehtiyac duyulduğundan praktikada hər zaman bifosfanatların, yaxud digər osteoporoz əleyhinə xüsusi preparatların qəbulu vacibdir.
- Qlükokortikoid müalicəsi başa çatdıqda osteoporoz əleyhinə preparatların dayandırılmasına baxıla bilər.
- Kifayət qədər kalsium və vitamin D qəbulu daima təmin olunmalıdır. Həmçinin, bifosfonatlarla yaxud digər osteoporoz -əleyhinə preparatlarla müalicənin başlanması bəzən çox mühümdür."?>
Müşahidə
- Məqsəd qlükokortikoidin ən kiçik effektiv dozasının tapılmasıldır. Doza individual olaraq hər pasiyentdə xəstəliyinin iltihabi aktivliyinə nəzarət etməklə müəyyən olunur.
- Qlükokortikoidlə müalicə dövründə müşahidə üçün gəlişlər başlanğıcda 4–8 həftəlik intervalla, və daha sonra 8–12 həftəlik intervalla tövsiyə olunur.
- Klinik qiymətləndirməyə əlavə olaraq, CRZ xəstəliyin iltihabi aktivliyinə münasibətdə yaxşı qiymətləndirməni təmin edir.
- Növbəti müayinəyə gəlişlərdə qlükokortikoid müalicəsinin mümkün əlavə təsirlərinə, həmçinin də mümkün yanaşı xəstəliklərə diqqət verilməlidir.(bax)
- Nəzarətdə saxlanılmalı laborator analizlərə aiddir: EÇS, CRZ, trombositlərin sayı ilə birgə qanın ümumi analizi və plazma kreatinini, qlükoza və elektrolitlər.
Proqnoz
- Xəstəlik residiv verməyə meyllidir. Pasiyent adətən simptomları müəyyənləşdirə bilir və tibbi yardım üçün asanlıqla müraciət edir.
Müvafiq mənbələr