Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Pilonidal sinus

Mündəricat

Pilonidal sinus

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 05.11.2015
AlexanderSalava

Əsas müddəalar

  • Gənc yaşlı kişilərdə sağrı yarığının residiv verən abseslərinin çox yayılmış səbəbidir. 
  • Bu vəziyyət qazanılmış olur, lakin risk faktorlarının azaldılması mümkündür.
  • Kəskin fazada abses yarılır və drenaj edilir.
  • Xronk hallarda isə, əsasən cərrahi müdaxilə lazımdır.

Etologiya

  • Pilonidal sinus sağrı yarığının (sağrılar arasında olan çökək) nahiyəsinin qazanılmış (patoloji) vəziyyətidir burada tüklər dəri altı toxumada toplanaraq boşluq əmələ gətirir.
  • Belə dərialtı boşluq asanılqla infeksiyalaşa bilir və ağrılı abses inkişaf edə bilir.
  • Sarğı yarığında anadangəlmə dermoid sistlərin olması da mümkündür, lakin bu nadir hallarda olur.
  • Risk faktorlarına piylənmə, tükü çox olan sağrı yarığı, uzunmüddətli oturaq həyatı tələb edən sənətlər aiddir.
  • Pilonidal sinus ən çox yaşı 15-30 arasında olan gənc kişilərdə müşahidə edilir.

Müalicə

  • Kəskin mərhələdə abses lateraldan sağrı yarığına istiqamətlənərək yerli anesteziya ilə yarılır (məsələn, 11 nömrəli skalpellə). Boşulğun  üzərindəki dəri yerli anesteziya ilə infiltrasiya edilir.
  • İltihablaşmış qranuloma toxuması, nekrotik toxuma və tapılmış hər hansı bir tük uyğun bir alətdən istifadə edilərək xaric edilir və daha sonra boşluq, məsələn, normal fizioloji məhlul ilə təmizlənir. Kəsik adətən tikilmir/açıq qalır və yaranı bağlayan toxumanın inkişafı boşluğun dibindən başlayır.
  • Bakterial kütləni udmaq üçün boşluğa tənzif sarğı (məsələn, Sorbact®) qoyula bilər. Yara səhər və axşam bir neçə gün ərzində yuyulur və ya irriqasiya edilir.
  •  Ümumiyyətlə, mikrob əleyhinə sistem preparatları ətraf toxumalarının selülitinin olmasından şübhələndikdə göstərişdir.
  • Mikrob əleyhinə preapratların təyini və müalicə müddəti adi abseslərin müalicəsində olduğu kimidir; məs., sefaleksin (cephalexin) 500–750 mq, gündə 3 dəfə;  7–10 gün.
  • Pilonidal sinusun müalicəsi yalnız  mikrob əleyhinə sistem paraparatların təyinindən ibarət olmamalıdır.
  • Prosedurdan sonra tüklərin və digər çirkləndiricil maddələrin yaraya daxil olmamasını təmin etmək üçün gigiyena qaydalarına ciddi diqqət yetirmək vacibdir.

Residivlərin qarşısının alınması

  • Abses residivləri geniş yayılmışdır.
  • Residivə qarşı ən yaxşı profilaktik metodlara yerli nahiyənin yaxşı gigiyenası, oturaq vaxtın qısaldılması və bədən çəkisinin azldılması aiddirlər.
  • Sağrı yarığına edilən hər hansı bir  xarici təzyiq, iş yerində erqonomik planlaşdırma prosedurları ilə minimuma endirilməlidir.
  • Yuyunarkən tüklərin və çirkin yarıqdan (nahiyədən) kənar edilməsinə nail olmaq lazımdır.
  • Tüklərin aradan götürülməsi (qırxaraq, kimyəvi və ya lazer epilyasiyası yolu ilə) residivlərin qarşısının aldığını göstərir"?>

Mütəxəssis məsləhəti

  • Ağırlaşmış və residivləşən hallarda cərrahdan məsləhət alınmasına ehtiyac var.
  • (Müalicə üçün) Bir neçə cərrahi texnkalardan istifadə edilir.
  • Asimptomatik sinusların cərrahi yolla xaric edilməsinə lüzum yoxdur.

Əlaqədar mənbələr

Kandamany N, Mahaffey PJ. The importance of hair control and personal hygiene in preventing recurrent pilonidal sinus disease. J Plast Reconstr Aesthet Surg 2008;61(8):986-7.

tərcümə etdi -Xanlar Haciyev

tel-507948239

email: hanlar2003@yahoo.com