Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qıcıqlandırıcı təmas dermatiti

Mündəricat

Qıcıqlandırıcı təmas dermatiti

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 18.09.2013
AlexanderSalava

  • Həmçinin Əl dermatiti məqaləsinə baxın

Əsas məqamlar

  • Diaqnoz klinik şəklə və qıcıqlandrıcının təyin edilməsinə əsaslanır. 
  • Atopik dəri strukturu şəxsi, qıcıqlandırıcı təmas dermatitinə meyilli edir. 
  • Vəziyyətin xronikləşməsinin qarşısını almaq üçün erkən mərhələdə effektiv müalicə olunmalıdır. 

Etiologiya

  • Əgər təsirə məruz qalma kifayət qədər güclü və lazımınca uzunmüddətli olarsa dərini zədələyə və iltihabi reaksiyaya səbəb ola bilər. Kimyəvi qıcıqlandırıcı (nadir hallarda fizika)
  • Ən tez - tez rast gəlinən agentlər: yuyucu vasitələr və həlledicilər, nəm iş şəraiti (su, qoruyucu əlcəklərin daxilində əllər həddindən artıq qızır)
  • Yüksək riskli peşələr: mətbəx işi, təmizləyicilər, səhiyyə xidməti işçiləri, bərbərlər və s. 

Simptomlar

  • Əl dermatiti (şəkil) tez - tez barmaqların arası (şəkil ) və əlin arxasından başlayan, sonradan isə əlin içinə yayılan simptomla özünü büruzə verir.

Müayinələr

  • Qıcıqlandırıcı təmas dermatitinin diaqnozu klinik şəklə və qıcıqlandırıcı maddənin təyininə əsaslanır. 
  • Xəstənin anamnezi qıcıqlandırıcının təsirinə məruz qalmanı və bu təsirdən qaçarkən (məsələn, tətil zamanı) xəstənin vəziyyətinə təsirini təyin etmək üçün istifadə olunur. 
  • İgE əlaqəli həssaslaşmanın qıcıqlandırıcı bağırsaq sindromu ilə birbaşa səbəb əlaqəsi yoxdur. Atopik dərinin strukturu (anamnezində atopik dermatitin olması) şəxsi, qıcıqlandırıcı təmas dermatitinə meyilli edir. 
  • Əlavə müayinələr uzunmüddətli əl dermatitinin diferensial diaqnostikasında vacibdir: plastr analizi, dəri cızma testləri (zülal kontakt dermatiti, məsələn, qida məhsulları, lateks), göbələk nümunələri (mikroskopiya və kultura üçün), dəri biopsiyası. 

Müalicə

  • Qıcıqlandırıcı faktorun azaldılması və ondan yayınma
  • Müvafiq əl qorunması (qoruyucu əlcəklərin altından pambıqlı əlcəklərin istifadəsi) 
  • Əsas topikal məlhəmlərin müntəzəm istifadəsi 
  • Xəstə sabun istifadəsindən çəkinməlidir; əlləri yuyarkən sabun əvəzində yumşaldıcı vasitələrdən (sabun əvəzediciləri) istifadə edilə bilər. 
  • Vəziyyətin şiddətinə uyğun olaraq orta dərəcəlidən güclü qlükokortikoid kremlərə qədər gündə bir və ya iki dəfə səpgi aradan qalxana qədər 2 - 6 həftə istifadə olunmalıdır. 
  • Qlükokortikoid krem saxlayıcı müalicəyə residivin qarşısını almaqdan ötrü tez - tez (həftədə 2 dəfə olmaqla 1 - 3 ay) ehtiyac (yalnız dermatit müalicə olunduqdan sonra) vardır.
  • Xüsusilə atopik dəridə takrolimus kremi də (məsələn, gündə 2 dəfə 1 - 3 ay) faydalıdır. 
  • Əgər xəstənin işi əllərin qıcıqlanması ilə əlaqəlidirsə iş şəraiti dəyişilə bilinmirsə (yüngül iş şəraiti) hətta yalnız müvəqqəti olaraq dermatit aradan qaldırılana qədər xəstəlik üçün məzuniyyət verilməlidir. 
  • Əgər peşə əl dermatitindən şübhələnilirsə məzuniyyətin sonuna yaxın müşahidə görüşməsi həmişə təyin edilməlidir.

Mütəxəssis konsultasiyası

  • 3 ay ərzində müvafiq və müntəzəm topikal müalicəyə baxmayaraq qıcıqlandırıcı dermatitin aradan qalxmadığı hallarda allergik təmas dermatitini istisna etmək məqsədilə konsultasiya və plastr analizi üçün dermatoloqa yönəldilmə məsləhətdir. 

Müvafiq resurslar

  • Digər internet resursları
  • Ədəbiyyat