Uşaqlarda panik pozuntu
EBM Klinik protokolları
18.06.2018 • Sonuncu dəyişiklik 12.05.2014
SaijaRoine
Əsas məqamlar
- Əgər uşaqda panik (təşviş) pozuntusuna uyğun olan konkret somatik simptomlar varsa uşaq psixiatrının konsultasiyası mütləqdir.
- Uşağın ailə daxilində və ya daha geniş sosial mühitdə xəstəlik rolunu almaması üçün mümkün qədər erkən diaqnostikanın aparılması vacibdir. Erkən diaqnostika uşağın şəxsiyyətinin inkişafını dəstəkləyir.
Epidemiologiya
- Uşaqların 10%-ə qədərində panik pozuntuları və ya subklinik fobiyanın meyarlarına uyğun olan simptomlar olur.
- Bir neçə tədqiqata əsasən məktəb yaşlı uşaqların 1.7-7.6%-i məktəb fobiyasından əziyyət çəkir.
- Panik pozuntusunun simptomlarının rastgəlmə tezliyinin yaş artdıqda daha da artması müşahidə olunur.
- Ümumi əhali arasında panik pozuntusu 3-4% hallarda rast gəlinir; həmçinin baxın .
Ümumi məlumat
- Panik pozuntusunun autosomal dominant gen vasitəsilə irsi olaraq ötürüldüyü düşünülməkdədir.
- Panik pozuntunun inkişafında amiqdalanın xəstəliklərinin rol oynadığl düşünülür.
- Panik pozuntusunun ortaya çıxması bundan əvvəl yaxın insanın ölümü, xəstəlik və ya yeniyetmə dövründə qız və ya oğlan dostundan ayrılması halları ilə təşviq oluna (triqqerlənə) bilər.
- Uşaqlıqda ayrılma ilə əlaqəli təşviş pozuntusu erkən-başlanğıclı panik pozuntusunun risk faktorlarından biri kimi düşünülür.
Simptomlar
- Başlanğıc adətən 5 və 10 yaşlara təsadüf edir.
- Ürəkdöyünmə (ürək çırpıntıları)
- Zəiflik
- Titrəmə
- Ölüm hissi və ya psixi xəstəliyin olması hissi
- Nəfəsalmanın darlığı
- Başgicəllənmə
- Döş qfəsində darlıq və ağrı
- Üz və barmaqlarda iynəbatma hissi
- Boğulma hissi
- Tərləmə
- İsti və soyuq axımlar
- Görmənin bulanıqlanması
- Birinci olaraq somatik müayinələrin aparılması düşünülür
- Diaqnostika edilməmiş və müalicə olunmamış panik pozuntusunun nəticəsində uşaqda yayınan davranışın ağır formaları inkişaf edə və bir çox hallarda məktəbdən qalma halları ilə nəticələnə bilər.
Differensial diaqnostika
- Astma
- Hipertiroidizm
- Nevroloji xəstəliklər
- Ürək xəstəlikləri
- Dərmanların yan təsirləri (salbutamol)
- Kofeinin təsiri
Müalicə
- Panik pozuntunun diaqnostikası mütəxəssis qiymətləndirilməsini tələb edir və hətta daha vacibi odur ki, dərman terpaiyası ixtisaslaşmış tibb işçisi tərəfindən başlanmalıdır.
- Müalicə əsasən psixolojidir. Əgər lazımdırsa, əlavə olaraq dərman müalicəsi istifadə oluna bilər.
- Psixoloji müalicədə psixoterapiyanın müxtəlif formaları istifadə olunur. Koqnitiv-davranış terapiyası panik pozuntunun ikincili simptomlarının müalicəsində məsləhət görülür. Xüsusilə valideynlərə və uşağın qayğısına qalan şəxslərə verilmiş məlumatın müalicənin uğurunda vacib rol oynadığı sübut olunmuşdur.
- Əgər dərman müalicəsi lazımdırsa əsasən serotoninin geriyə udulmasının selektiv inqibitorları (SSRİ) düşünülür. Daha öncəki klomipramin istifadəsinin də təcrübəsi mövcuddur.