Vaxtından əvvəl doğuş təhlükəsi
EBM Klinik protokolları
18.08.2017 • Sonuncu dəyişiklik 18.08.2017
UllaEkblad
Doğuş başlanmaq üzrədir?
- Aşağıdakı əlamətlərdən nə qədər çoxu müəyyənləşdirilərsə vaxtından əvvəl doğuşun ehtimalı bir o qədər artır (1-3-cü əlamətləri müəyyənləşdirmək ən asandır və onlar birgə qeyd edildikdə çox zaman faktiki vaxtından əvvəl doğuşun başlanmasını göstərir):
- arasında 10 dəqiqədən az müddət olmaqla uşaqlığın müntəzəm, ağrılı yığılmaları
- uşaqlıq yığılmaları bir saatdan çox davam etməsi
- qan və selik qarışıq axıntı
- uşaqlıq boynu qısalmış və ya hamarlaşmış, dölün gələn hissəsi onurğaya dirənən mərhələyə kimi və ya daha aşağı enməsi "?>
- döl gişalarının qabarması müşahidə olunur.
- uşaqlıq boynu yoxa çıxıb
- uşaqlığın xarici dəliyi bir barmaq açıqdır.
- qan və selik qarışığının axıntısı qeyd edilir. "?>
- Uşaqlıq boynunun yetişməsi modifikasiya edilmiş Bişop balını istifadə etməklə qiymətləndirilə bilər; baxın.
- Normal hamiləlik ərzində qeyri-müntəzəm və zəif uşaqlıq yığılmaları çox qeyd edilir.
- Əgər doğuş inkişaf etmirsə uşaqlıq boynunun vəziyyəti hamiləliyin 34-cü həftəsinə kimi hər həftə-üç həftədən bir antenatal klinikada təqib edilir.
- Hamiləliyin müddəti ən azından 34 həftə olduqda vaxtından əvvəl doğuşun inhibə edilməsinə adətən ehtiyac yoxdur (tam müddətli hamiləlik üçün limit 37 həftədir).
Vaxtından əvvəl doğuşun təxirə salınması
Qeyri-yetkin döl ağciyərlərinin qlikokortikoidlərlə müalicəsi
- Döl ağciyərlərində surfaktantın sintezini artırmaq üçün hamiləliyin 24-34-cü həftələrində anaya kortikosteroidlər təyin edilməlidir. Lazım olduqda müalicə artıq 22-ci həftədə başlanıla bilər.
- 12 mq betametazon əzələdaxili inyeksiya edilir və bu doza 24 saatdan sonra təkrar edilir. Hətta hamiləlik davam etikdə belə bu müalicənin heç bir riski yoxdur. Mama-həkimlə bu müalicə ilə bağlı konsultasiya edilməlidir.
- Betametazon mövcud olmadıqda deksametazon 6 mq gündə dörd dəfə daxilə verilə bilər.
- Dölün ağciyərlərinə yetknləşdirici effekt 1-4 gün ərzində əldə edilir.
Xəstəxanaya daşınma
- Ana xəstəxanaya xüsusilə döl gişaları cırıldıqda və göbək ciyəsinin protruziyasının riski varsa lateral uzanma vəziyyətində daşınır.
Vaxtından əvvəl dölyanısuyun axması
- Uşaqlıq yığılmalarının başlanmasından ən azı 2 saat öncə cırılma baş verdikdə tam müddətli hamiləlikdə (> 37 həftə) gişaların cırılması və bunun ardınca suyun axması vaxtından əvvəl ola bilər.
- gişaların vaxtından əvvəl cırılması infeksiya səbəbindən ola və ya infeksiyaya gətirib çıxara bildiyi üçün həm ana üçün, həm də döl üçün bir risk faktorunu təmsil edir.
- Tam müddətli hamiləlikdə doğuş 80% hallarda döl gişalarının vaxtından əvvəl cırılmasından sonrakı 48 saatın ərzində başlanır. Əks təqdirdə doğuş induksiya edilməlidir.
- Əgər gişaların vaxtından əvvəl cırılması hamiləliyin 32-34-cü həftələrində baş verirsə, bu qorxuludur. Belə halda dölün ağciyərlərinin yetkinləşməsini sürətləndirmək üçün anaya mütləq qlikokortikoidlər verilir və infeksiyanın mümkün yaranması yaxından monitorinq edilir. "?>
- Əgər cırılma hamiləliyin 37-ci həftəsindən əvvəl baş veririsə geniş spektrli antimikrob dərman vasitəsi uşaq və anada infeksiyaları azalda bilər.
Müvafiq resurslar