Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Körpücük və kürək sümüklərinin sınıqları

Mündəricat

Körpücük və kürək sümüklərinin sınıqları

EBM Klinik protokolları
03.05.2017 • Sonuncu dəyişiklik 03.05.2017
JarkkoPajarinen

Əsas müddəalar 

  • Körpücük sümüyünün az enerjili güc tətbiqi nəticəsində yaranmış, sadə və yaxşı vəziyyətdə olan sınıqlarının əksəriyyəti konservativ olaraq müalicə edilə bilər.
  • Kürək sınıqlarında isə ümumiyyətlə  travmanın yüksək enerjisi torakal bölgəyə doğru yönəlmiş olur. Buna görə döş qəfəsinin digər yerlərində ağır travmanın olması ehtimalı nəzərə alınmalıdır.

Körpücük sümüyünün sınığı

Mexanizmi 

  • Adətən, qollar uzadılmış vəziyyətdə olarkən və ya  çiyinin üstünə yıxılma.

Əlamət və simptomları

  • Yerli ağrı var. Əksər halllarda, dərialtı toxuma təbəqəsini nazik olduğu üçün gürünən sümük yerdəyişməsi mövcuddur. 

Müayinələr 

  • Diaqnozun dəqiqləşdirilməsi və yerdəyişmənin dərəcəsini müəyyən etmək üçün rentgen (şəkil____) müayinəsi lazımdır
  • Həmçinin, əgər döş qəfəsinin zədələnməsin dair şübhəyə əsaslar varsa döş qəfəsinin rentgenoqrafiyası (şəkil____) lazımdır
  • Ətrafda qan dövranının olmasını və sinir tamlığının pozulmadığını (nəbz, dəri hissiyatı, yuxarı hissənin funksiyası) müəyyən etmək lazımdır.

Müalicəsi

  • Yerdəyişməsi olmayan körpücük sümüyü sınıqlarının əksəriyyəti konservativ olaraq müalicə edilə bilər. Adətən, yaşlı pasiyentlərdə sümük bitişməsi təqribən 6 - 8 həftə ərzində baş verir və pasiyentlərin hər hansı bir xüsusi təlimata riayət etmələri tələb olunmur. Funksional nəticə yaxşı olur, baxmayaraq ki, yüngül kosmetik çatışmazlıqlar bir çox hallarda qalır.
  • Sınıq 2 - 3 həftə ərzində asma sarğı ilə immobilizasiya edilir. Dirsək və bilək oynaqları dərhal gündəlik fiziki məşqlər ilə səfərbər olunurlar. Yuyunarkən isə asma sarğı çıxarıla bilər.
  • Cərrahi əməliyyat göstərişdir:
  •  Cərrahi əməliyyat, həmçinin, nəzərdə tutulmalıdır:
    • diafiz sınıqlarında, əgər sümük yerdəyişməsi sümüyün diametrindən kənara çıxarsa, yəni sümük fraqmentləri arasında kontakt yoxdursa və yaxud 15 - 20 mm-dən çox qısalma vardırsa
    • lateral üçdə bir hissənin korako-klavikulyar bağın qırılması ilə müşayət olunan qırıqları (korakoid çıxıntısı ilə körpücük arasındakı boşluq digər ətraf ilə müqayisədə genişlənib/artıb və körpücük sümüyünün diafiz hissəsi yüksəlir)
    • oynaq səthinə çatan yerini dəyişmiş lateral sınıqlar
    • 6 ay müddətdən çox birləşməyən və simptomları dəyişməz qalan sınıqlar  

Reabilitasiya və müayinə

Kürək sümüyünün sınığı

  • Kürək sümüyü sınıqları ümumiyyətlə torakal bölgəyə yönəldilmiş yüksək enerjili bir travmanın olduğunu göstərir və buna görə də döş qəfəsinin əhəmiyyətli dərəcədə zədələnməsi ehtimalı nəzərə alınmalıdır.
  • Diaqnostika rentgen müayinəsinə əsaslanır və şübhə qaldıqda əlavə viziual tədqiqatların aparılması lazım gəlir.
  • Kürək sümüyü cisiminin sınıqları konservativ olaraq müalicə edilir. Asma sarğıdan 2 - 3 həftə istifadə edilir və bundan sonra bazu oynağının hərəkətlərinə başlanır. 
  • Kürək sümüyünün boynunun sınıqları və oynaq səthinə çatan sınıqlar olduqda KT müayinəsi  edilməlidir və əgər sınıqların hər hansı bir yerdəyişməsi varsa, adətən cərrahi əməliyyat tələb olunur.
  • "Üzən çiyin" (İng.”Floating shoulder”), yəni ipsilateral körpücük sümüyü və kürək sümüyü boynunun sınığının cərrahi müalicəyə ehtiyacı var.

 

Müvafiq resurslar

 

  • Koxran icmalları
  • Ədəbiyyat

Virtanen KJ, Remes V, Pajarinen J et al. Sling compared with plate osteosynthesis for treatment of displaced midshaft clavicular fractures: a randomized clinical trial. J Bone Joint Surg Am 2012;94(17):1546-53.