Beyindaxili qansızma
EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
RistoO.Roine
Əsas məqamlar
- Kəllədaxili qansızma insultların təxminən 15%-nin səbəbidir.
- Hipertenziya kiçik serebral qan damarlarının divarlarında dəyişikliklərə apardığından kəllədaxili qansızmanın ən çox rast gəlinən səbəbidir.
- Kəllədaxili qansızma (xüsusilə, erkən mərhələlərdə) heç də həmişə baş ağrısı ilə əlaqəli deyil."?>
- Hipertenziyanın yaxşı idarə olunması həm birincili, həm də ikincili profilaktikanın əsas tərkib hissəsidir.
Epidemiologiya
- Hipertenziyanın idarə edilməsində yaxşılaşmanın nəticəsi olaraq beyindaxili qansızmaların rastgəlmə tezliyi aşağı düşmüşdür.
- Kəllədaxili qansızmada kəskin mərhələdə ölüm göstəricisi baş beyin infarktına nisbətən daha yüksəkdir. .
Etiologiya
- Hipertenziya ilə əlaqəli qansızma ən çox rast gəlinən formadır.
- Qnasızma tipik olaraq qabıqaltı nüvələr və talamus, beyincik və ya baş beyin kötüyündə yerləşir.
- Adətən dərin hemiparez və huşun pozulmasına aparır.
- Qanaxma həmçinin, serebrospinal maye sahəsində də baş verə bilər.
- Kəllədaxili qansızmanın əsasında duran digər səbəblərə alkoqolun ifrat istifadəsi, arteriovenoz malformasiya, serebral amiloid angiopatiya, kavernoz hemangioma və bədxassəli baş beyin şişləri daxildir.
- Şiş ehtimalını artıran faktorlara qansızmanın qeyri-adi lokalizasiyası və hipertenziyanın olmaması aiddir.
- Qanın böyük miqdarda olması səbəbindən kəskin mərhələdə çəkilən KT görüntüləməsində şişi müəyyən etmək həmişə mümkün deyil. Adətən ən geci bir neçə aydan sonra MRT və ya KT angioqrafiyası ilə diaqnoz qoyulur.
- Baş beynin hemorragik mikroangiopatiyası çox rast gəlinən bir fenomendir. Bu halın xüsusilə antikoaqulyant terapiyası zamanı, həmçinin, ola bilsin ki, antitrombosit dərman müalicəsi zamanı kəllədaxili qansızmanın riskini artırması görünür və əksər hallarda trombolitik terapiyaya əks-göstərişdir."?>
- Gicgah payında qanzıma çox zaman orta beyin arteriyasının anevrizmindən qaynaqlanır. Bu halda qansızmanın subaraxnoidal təbiətli olması hesab edilə bilər.
- Differensial diaqnozda venoz sinus trombozu nəzərdən keçirilməlidir. Serebrospinal mayedən qanın digər səbəbləri üçün baxın:
Steiner T, Al-Shahi Salman R, Beer R et al. European Stroke Organisation (ESO) guidelines for the management of spontaneous intracerebral hemorrhage. Int J Stroke 2014;9(7):840-55.