Xronik autoimmun tiroidit
EBM Klinik protokolları
08.08.2017 • Sonuncu dəyişiklik 08.08.2017
CamillaSchalin-Jäntti
Əsas məqamlar
- Tiroid vəzinin adətən gizli və simptomsuz gedən iltihabı
- Birincili hipotiroidizmin ən çox təsadüf edilən səbəbləri
- Tiroid peroksidaza (TPO) anticismlərinin artmış konsentrasiyası diaqnostik göstərici hesab edilir.
- Ümumi vəziyyət: TPO-nun artmış konsentrasiyası ümumi populyasiyanın 5-20%-də müşahidə edilir. Bu şəxslərin müəyyən bir hissəsində klinik xəstəlik inkişaf edir.
- Bu pozğunluq hamiləlik (müalicə tələb edir) və postpartum tiroidit (doğuş sonrası) zamanı hipotiroidizm də daxil olmaqla bir sıra tiroid xəstəliklərinin yaranmasına meyllik yaradır.
- Bu hal, həmçinin hipotiroidizm müşahidə edilmədiyi hallarda tiroid vəzinin böyüməsinə (ur) səbəb ola bilər.
Diaqnostika
- Tiroid vəzi ya atrofik ya da ur ilə əlaqəli ola bilər, yəni vəz böyümüş olur. Tiroid vəzi palpasiya zamanı adətən bərk olur. Bəzən palpasiya zamanı iltihabdan qaynaqlanan tək düyünlər hiss edilə bilər.
- Serum TSH, sərbəst T4 və TPO anticismlərinin konsentrasiyası müəyyən edilə bilər. TPO anticismlərinin yüksəlmiş konsentrasiyası diaqnostik tapıntı hesab edilir və hipotiroidizm riskinin artmasına işarə edir.
- Hipotiroidizm ehtimalı laborator testlər vasitəsilə ortaya çıxır. Bu bütün xəstələrdə aid edilmir.
- TPO anticismlərinin konsentrasiyasının təkrar yoxlanmasına ehtiyac duyulmur.
Terapiya
- Xroniki tiroiditin xüsusi bir terapiyası yoxdur. Ehtiyac duyulduqda tiroksin istifadə edilə bilər.
- yarımkəskin və kəskin hipotiroidizmin müalicəsi üçün
- urun ölçüsünü azaltmaq; TSH-ın hədəflənmiş serum konsentrasiyası, istinad (referativ) göstəricilərin aşağı həddinə yaxın olur.
- Kortikosteroidlərlə müalicənin heç bir köməyi olmur.
- Tiroid düyününün ölçüsünün müalicəyə baxmayaraq kiçilmədiyi və ya izləmə dövründə tiroid vəzinin ölçüsünün böyüdüyü hallarda, ultrasəs müayinəsi və incə iynə biopsiyası istifadə edilir və əgər ehtiyac duyularsa, detallı qiymətləndirilmənin aparılması üçün xəstə mütəxəssisə yönləndirilir.
- Hüceyrə zədələnməsi səbəbiylə autoimmun tiroidit bəzən keçid (tranzitor) tirotoksikozuna səbəb ola bilər. Beta blokatorlar uyğun müalicə vasitəsi hesab edilir. Hipotiroidizmin yaranma ehtimalını müəyyənləşdirmək üçün xəstə izlənilməlidir.
- Müalicə tələb edən keçid (tranzitor) hipotiroidizmi adətən doğuşdan sonra ortaya çıxır (4-8 ayın içində). Tranzitor hipotiroidizmdən 1-3 ay əvvəl hipertiroidizm mərhələsi müşahidə edilir. Hər iki hal çox zaman spontan olaraq aradan qalxır, lakin bəzən də xəstədə, tiroksin müalicəsini tələb edən qalıcı hipotiroidizmin yaranmasına da səbəb ola bilir. Tiroid vəzinin funksional testləri növbəti ehtimal olunan hamiləlikdən öncə təyin edilməlidir.