Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qlaukoma

Mündəricat

Qlaukoma

EBM Klinik protokolları
05.06.2018 • Sonuncu dəyişiklik 04.09.2017
AnjaTuulonen

Giriş

  • Terapevt, ailə həkimi ilk növbədə kəskin qlaukoma simptomlarına agah olmalıdır. Bununla yanaşı o, həmçinin diaqnostika və təcili yardım prinsiplərinin bilməsi vacibdir.
  • Açıq-bucaqlı qlaukomanın diaqnostikası və nəzarətinin aparılması uyğun avadanlıq və oftalmoloqun xüsusi bacarığını tələb edir.

Kəskin bağlı-bucaqlı qlaukoma

  • Kəskin qlaukomanın diaqnozunu və müalicəsini təxirə salmamaq həyati bir önəm daşıyır.
  • Nəticə olaraq, müvafiq müalicə və göstərişlərin gecikmədən təmin edilməsi məqsədiylə tərəddüt etmədən ən yaxın xəstəxananın oftolmologiya şöbəsinin oftalmoloqu ilə telefonla əlaqə saxlamaq məsləhət görülür.

Simptomlar

  • Baş ağrısı və göz ağrısı
  • Əksər hallarda ürəkbulanma və qusma
  • Gözdə qırartı
  • Bəzən işıq mənbəsinin ətrafında göyqurşağı halqasının görməsi (səbəb: buynuz qişanın ödemi)
  • Görmə pozğunluqları

Klinik əlamətlər

  • Gözdaxili təzyiqin ölçülməsi həyata keçirilən ilkin prosedur hesab olunur: adətən 50–80 mmHg - dan yuxarı.
  • Görmə itiliyinin pozulması (azalması)
  • Konyuktival eritema
  • Orta-ölçülü, qeyri-həssas göz bəbəyi
  • Buynuz qişanın boza çalan rəngi
  • Göz qapağı üzərində aparılan palpasiya zamanı göz alması bərk hiss edilir

İlkin müalicə

  1. Gözdaxili təzyiqi 500 mg-lıq asetazolamidlə (v/d, ə/d və ya daxilə) aşağı salmaq.
    • İntravenoz müdaxilə daha tez və daha effektivdir.
    • Ürəkbulanması olan xəstə həb şəklində olan dərman preparatlarını qəbul edə bilməz.
    • Əzələdaxili inyeksiya ağrılı ola bilər.
    • Sulfonamidə qaşı allergiya əks göstəriş hesab olunur.
  2. Asetazolamiddən sonra pilokarpin 10-15 dəqiqə intervalı ilə gözə damızdırıla bilər.
  3. Pilokarpin olmadıqda timolol damcısından istifadə edilə bilər. Timolol əks göstərişdir:
    • astma
    • bradikardiya və ya 
    • AV (atrioventrikulyar) blokadanın II–III-dərəcələri
  4. Xəstəni dərhal dərman vasitəsilə gözdaxili təzyiqin aşağı salınması prosedurunun həyata keçirildiyi və lazer periferik iridotomiyanın tətbiq edildiyi oftalmoloji şöbəyə (xəstəxanaya) yönləndirmək.

Açıq-bucaqlı qlaukoma

  • Əksər xəstələrdə birincili açıq-bucaqlı qlaukoma illər ərzində proqressivləşir və dəyişikliklərin üzə çıxması bir neçə il təşkil edir.
  • Açıq-bucaqlı qlaukoma kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb olan optik sinirin proqressiv neyropatiyasıdır.
  • Qlaukoma ömür boyu nəzarət tələb edir.

Klinik əlamətlər

  • Görmə itiliyi və gözdaxili təzyiq
    • Normal mərkəzi görmə itiliyi və statistik normal gözdaxili təzyiq (10-21 mmHg) açıq-bucaqlı qlaukomanı istisna etmir.
    • Spesifik defektlərin yaranma riski gözdaxili təzyiqin yüksəlməsiylə (xüsusilə 30 mmHg-dan çox olduqda) artır.
    • Gözdaxili təzyiq tez-tez 21-30 mmHg-na qədər arta bilir, lakin buna baxmayaraq kor ləkə normal olaraq qalır və görmə defektinə təsadüf edilmir (okulyar hipertenziya).
  • Xarakterik fundoskopik əlamətlər
    • Optik disk (kor ləkə) sağ və sol gözlər arasında asimmetrikdir (şəkil).
    • Mərkəzi çuxur genişlənmiş və ya quruluşuna görə damcı şəkilli (şəkil) və yaxud digər gözə nisbətən daha solğun ola bilər.
  • Barmaq sayı perimetri
    • Barmaq sayı perimetri yalnız inkişaf etmiş qlaukoma səbəbindən yaranmış görmə sahəsinin qüsurlarını müəyyən edir.

 

Risk qrupları

  • Qlaukoma ehtimalı xüsusilə risk qrupuna daxil olan xəstələrdə diqqət mərkəzində saxlanılmalıdır (cədvəl) və onlar imkan daxilində hərtərəfli müayinə məqsədilə oftalmoloqa göndərilməlidir.
Qlaukoma üçün risk faktorları "?>. Mənbə: Finlandiya Cari Qulluq Təlimatları 2014.
Risk faktorları1) Riskin ölçüsü
1) Əlavə olaraq neqroid irqinə mənsubluq da risk faktoru olaraq qəbul edilir.
Yaş Hər 10 ildən bir iki dəfə artır
Gözdaxili təzyiq  
  • 22-29 mmHg.
  • > 30-35 mmHg
  • 10-13 dəfə
  • 40 dəfə
Artmış gözdaxili təzyiqlə kombinasiyalı eksfoliasiya 5-10 dəfə
Optik sinirin başında hemorragiya 12 dəfə
Diabet 2-3 dəfə
Myopiya (yaxıngörmə) 2-6 dəfə
Ailə anamnezi 3 dəfə
Yaş artdıqca perfüzyon təzyiqin azalması 3 dəfə

Qlaukoma xəstəliyi zamanı istifadə olunan dərman preparatlarının əks təsirləri

  • Qlaukomanın müalicəsində yerli olaraq tətbiq olunan dərman preparatları da sistemşəkilli əks təsirlərə səbəb ola bilər (Aşağıdakı siyahıda nadir hallarda təsadüf edilən təsirlərin hamısı qeyd edilməmişdir).
    • Alfa antoqonistlər (apraklonidin, brimonidin).
      • Ağız və burnun selikli qişalarının quruması, dad pozğunluğu, ürək göstəricilərinin aşağı düşməsi və hipotenziya, yorğunluq
    • Qeyri-selektiv beta-blokatorlar (timolol)
      • Bradikardiya, hipotenziya, asmanın ağırlaşması, başgicəllənmə, ürəkbulanma, depressiya, yuxu pozğunluğu.
      • Qeyri-selektiv blokatorlar, astma, aşağı ürək göstəricilərinə, aşağı qan təzyiqinə, müalicə olunmamış ürək çatışmazlığına və ya ıı-ııı dərəcəli atrioventrikulyar (AV) blokadaya malik xəstələrə təyin edilməməlidir.
    • Selektiv beta-blokatorlar (betoksolol)
      • Sistemşəkilli əks təsirlər, qeyri-selektiv agentlərdə olduğu kimidir, lakin onlara nadir hallarda rast gəlinir.
    • Sistemşəkilli karbon anhidraza inhibitorları (asetazolamid).
      • Yorğunluq, başgicəllənmə, mədə-bağırsaq traktı pozğunluqları, metabolik asidoz, depressiya, ətraflarda ''qarışqa gəzməsi'' hissiyatı, hiperhəssaslıq reaksiyası, hipokalemiya, böyrək daşları
    • Yerli karbon anhidraza (dorzolamid, brinzolamid)
      • Dad hissiyatının pozulması, ağzın quruması. Sulfonamid və karbon anhidrazanın həmçinin digər əks təsirləri mümkündür.
    • Prostoqlandinin törəmələri (latanoprost, travoprost, bimatoprost, tafluprost)
      • Ümumi sistemşəkilli əks təsirlərə rast gəlinməmişdir
    • Parasimpatomimetiklər (pilokarpin)
      • Müalicənin əvvəlində baş ağrısı müşahidə edilir, lakin digər sistemşəkilli əks təsirlərə nadir hallarda təsadüf edilir.
  • Xəstədən qəbul etdiyi dərman preparatları haqqında məlumat almaqla yanaşı istifadə etdiyi göz damcıları ilə bağlı da məlumat almaq faydalı olacaqdır, çünki bəzi xəstələr onlar haqqında məlumat verməyi unudurlar.
  • Digər xəstəliklərin müalicə edilməsi məqsədilə istifadə edilən dərman preparatları gözdaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər (məs. qlükokortikoidlər, parasimpatolitiklər).

 

Adiyyatı mənbələr

 

  • "Cochrane" nəzəriyyəsi

Tuulonen A, Airaksinen PJ, Erola E et al. The Finnish evidence-based guideline for open-angle glaucoma. Acta Ophthalmol Scand 2003 Feb;81(1):3-18. "?>