Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda başın böyüməsi

Mündəricat

Uşaqlarda başın böyüməsi

EBM Klinik protokolları
14.06.2018 • Sonuncu dəyişiklik 25.01.2017
TuulaLönnqvist

    • Baş çevrəsi daha çox həyatın ilk iki ili ərzində böyüyür. 
    • Anadangəlmə və neonatal problemlər əsasən həyatın birinci ilində baş çevrəsinin artımında əks olunur, ona görə də bu dövrdə bu artımı izləmək xüsusi əhəmiyyət kəsb edir. 
    • Uşağın başının ölçüsü onun boyu ilə paralel olaraq artmalıdır.
    • Aşağıdakı situasiyalarda qeyri-normal baş ölçüsünə malik uşaq əlavə müayinələrə yönəldilməlidir:
    • baş ölçüsündə böyümə boy artımına nəzərən > 2SD (makrosefaliya > +3 SD ) və ya < 2 SD (mikrosefaliya < -3 SD ) olarsa;
    • başın böyüməsinin akselerasiyası (sürətlənməsi) boy artımı ilə müqayisədə   > 1 SD olarsa;
    • başın böyüməsinin ləngiməsi boy artımına nəzərən < 1 SD olarsa.
    • ( SD - “ Standart Deviation ” – Standart variasiya, kənaraçıxma )       

       

Başın böyüməsinin akselerasiyası (sürətlənməsi)

  • Başın böyüməsinin akselerasiyası serebrospinal maye sirkulyasiyasının obstruksiyası (şiş, Silvi su kəmərinin tıxanması / stenozu) və ya reabsorbsiyasının dayanması (subdural sızma/ effuziya; travma və zədə diqqətə alınmalıdır) nəticəsində yaranır. Neyrometabolik xəstəliklər də başın böyüməsinin akselerasiyasına səbəb ola bilər.
  •  Əgər başın böyüməsinin akselerasiyası ilə yanaşı uşağın böyük əmgəyi qabarıq və şişkindirsə, çəpgözlük, yuxarıya baxışın pozulması-parezi (“batan günəş” fenomeni)  ilə birlikdə göz qapağı retraksiyası mövcuddursa, uşağı gecikmədən əlavə müayinələrə yönləndirmək lazımdır. 
  • Yuxarıdakı simptomlarla yanaşı əgər uşaq letargikdirsə (yuxulu), qidalanmada çətinlik çəkir və ya qusursa, dərhal müayinə və müalicə üçün ən yaxın təcili yardım məntəqəsinə göndərilməlidir.

Başın böyüməsinin ləngiməsi

  • Başın böyüməsinin ləngiməsi kəllə tikişlərinin erkən ossifikasiyası, bəzi neyrometabolik xəstəlik və ya sindromlardan qaynaqlana bilər.

Baş formasının deformasiyası

  • Kəllə baş beyinin artımından asılı olaraq böyüyür.
  • Körpələrdə başın anomaliyalarının formaca müxtəlif tiplərinə rast gəlinir. Əksər hallarda bunlar yüngül formada olur və müalicə tələb etmir. 
  • Bu tip öz- özünə düzələn deformasiyalara misal olaraq, dölün ana bətnindəki pozisiyasının və ya doğumun növünün (məsələn, vakuum esktraksiyası yolu ilə doğuşlar) səbəb olduğu kəllə çökəkliklərini aid etmək olar. 
  • Kəllə sümüklərinin erkən bitişməsi, yəni kraniosinostoz anomal kəllə formalarına səbəb olur. 
  • Müxtəlif tipdə çıxıntılar (məsələn, metopik frontal sinostoz (iki alın sümüyü arasındakı vertikal tikişin erkən bitişməsi) nəticəsində formalaşan çıxıntı) və ya kranial sümüklərdəki qabarıqlar cərrahi müalicə tələb etmir.
  • Tac tikiş, sagital tikiş və ya lyambdayabənzər tikişlərin kraniosinostozu ilə əlaqəli yaranan baş formasının proqressiv deformasiyası hallarında plastik cərrahın konsultasiyası məsləhət görülür.