Haematospermia
EBM Klinik protokolları
04.05.2018 • Sonuncu dəyişiklik 18.03.2015
Editors
Əsas müddəalar
- Hematospermiya adətən spesifik səbəbi təyin edilməmiş təsirsiz simptomdur.
Etiologiyası
- Uroloji müdaxilələr ən geniş yayılmış səbəbdir: prostat biopsiyası (xəstələrin 80%-ə qədərində), vazektomiya
- Sidik kanalı travması, məsələn, cinsi fəaliyyətlə bağlı
- Prostatit və ya prostavezikulit
- Cinsi yolla keçən xəstəliklər: xlamidiya , qonoreya , herpes
- Qan laxtalanma xəstəlikləri , antikoaqulyant terapiya
- Nadir hallarda prostatın və ya sidik yolunun ( 50 yaşından kiçik kişilərdə praktiki olaraq heç vaxt olmur) hər hansı bir yerində şiş, xoşxassəli sidik kanalı hemangioması (həmçinin nadir)
Müayinələr
- Mümkün hematuriya ilə nəticələnə bilən müayinələri üçün baxın:
- Şişi təyin etmək üçün prostat vəzinin palpasiyası (düz bağırsaqdan)
- Cinsi yolla keçən xəstəlikləri təyin etmək üçün nümunələr xəstənin anamnezinə və ya uretrit əlamətlərinin olmasına əsasən götürülür
- Səyahət anamnezi: uzunmüddətli hematospermiya şistosomiazın simptomu ola bilər
- Sperma analizi xəstənin həqiqi hematospermiyasının olmasına dair qeyri-dəqiqlik hallarında və ya şistosomiaz şübhəsi olduqda yerinə yetirilməlidir.
- Təkrarlanan hematospermiya xüsusilə 50 yaşından yuxarı kişilərdə sonrakı müayinələr (plazma prostat spesifik antigen, prostatın USM-i, sistoskopiya) üçün göstərişdir.
Müalicə
- Qeyri-spesifik hematospermiyada xəstənin yenidən qiymətləndirilməsindən başqa heç bir digər müalicəyə ehtiyac olmur. Hematospermiya prostatın biopsiyası və ya vazektomiyadan 2 ay sonra baş verə bilər.
Əlaqəli mənbələr
- Digər internet mənbələri
- Ədəbiyyat
Ədəbiyyat
- Ahmad I, Krishna NS. Hemospermia. J Urol 2007 May;177(5):1613-8.
- Manoharan M, Ayyathurai R, Nieder AM, Soloway MS. Hemospermia following transrectal ultrasound-guided prostate biopsy: a prospective study. Prostate Cancer Prostatic Dis 2007;10(3):283-7.
- Schwartz E, Pick N, Shazberg G, Potasman I. Hematospermia due to schistosome infection in travelers: diagnostic and treatment challenges. Clin Infect Dis 2002 Dec 1;35(11):1420-4.