Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Epizodik qızarma və istilik həmlələri

Mündəricat

Epizodik qızarma və istilik həmlələri

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 10.05.2016
AlexanderSalava

Əsaslar

  • Qızartı çox vaxt ictimai yerlərdə qızarma, çəhrayı sızanaqlar və ya menopauza səbəbindən yaranır.
  • Tipik hallarda əlavə araşdırmaya ehtiyac duyulmur
  • Müalicə bu halları artıran faktorların qarşısını almağa əsaslanır
  • Çox nadir hallarda bunun arxasında ciddi səbəb olur

Etiologiya

  • Müxtəlif qıcıqlandırıcıların təsirindən qəfil kapilyar dilatasiyası.
  • Qızartı avtonom sinir sistemi ilə tənzimlənən fizioloji prosesdir; irsi amillər də rol oynayır.

Simptomlar

  • Üzdə, əsasən yanaqlar, boyun və bədənin yuxarı hissəsində qəfil ləkə şəklində qızartılar.
  • Daha sonrakı simptomlara tərləmə ilə gələn istilik və sıxılma hissi aid edilir

Diaqnostika

  • Əksər hallarda diaqnoz hərtərəfli fiziki müayinədən sonra qoyula bilər.
  • Bədənin başqa yerlərində qızartı və sistemik simptomlar (qızdırma, ishal, tənəffüs yolları problemləri) digər səbəb olmasını göstərə bilər.
  • Narahatlıq, qorxu və panik atak psixoatrik etiologiyanın olmasını göstərə bilər.
  • İkinci dərəcəli səbəblərə ciddi şübhə varsa və ya simptomlar getdikcə ağırlaşırsa hədəf yönümlü araşdırma həyata keçirilə bilər.

Ən çox rast gəlinən təhlükəsiz səbəblər

  • İctimaiyyət qarşısında qızarmaq (eritema)
  • Fizioloji: emosional reaksiya, isti hava şəraiti, ədviyyatlı qida, alkoqol və.s
  • Qızdırma: bədən temperaturunun artması, infeksiya
  • Çəhrayı sızanaqlar
    • Çəhrayı sızanaqlar fizioloji qızartılardan daha çox müddəti əhatə edir
    • Tipik təşviqedici faktorlar
    • Ailənin tarixçəsi
    • Üzdə qabarcıqlar, sızanaq və telangiektaziya
    • Sadəcə üzdə qızarıqlıq
  • Menopauza "istiliyi", tez-tez qısa dövrlük qızartılar, həddən artıq tərləmə, baş, boyun və sinədən başqa yerlərdə qızartı

Nadir rast gəlinən səbəblər

  • Psixiatrik səbəblər: panika pozğunluğu, sosial fobiya və digər fobiyalar, digər psixiatrik xəstəliklərin bir hissəsi kimi narahatlıq.
  • Dərman vasitələri: ACE inhibitorları, kalsium blokerləri, PDE5 inhibitorları, kortikosteroidlər və s-in alkoqol və ya digər dərman preparatları ilə birgə istifadəsi.
  • Anaflaksiya: övrə, angiodema, yüksək təzyiq, bronxit obstruksiya, abdominal simptomlar, yalnız reaksiya dövründə yüksəlmiş serum triptazı. Dəridə nümunə testləri və ya serum allergen yönümlü IgE testi
  • Nevroloji səbəblər: Parkinson xəstəliyi, migren, skleroz, üz sinirinin zədələnməsi
  • Sistemli mastositoz: abdominalsimptomları, halsızlıq, çəki itkisi, yüksək təzyiq, dəridə mastositoma və ya övrə pigmentoza, davamlı yüksələn serum triptaz səviyyəsi.
  • Nadir hallarda endokrin şişlər

Müalicə

  • Müalicənin əsas istiqaməti xəstənin müşahidələrinə əsasən vəziyyəti pisləşdirən amillərin qarşısını almaqdır.
  • Örtücü kosmetika istifadə edilə bilər.
  • Çəhrayı sızanaqlar əleyhinə müalicələr çox zəif reaksiya göstərir.
  • Bəzi pasiyentlər gündə 2-3 dəfə 10-40 mg propranolol  və ya  gündə 1 dəfə 12.5-25 mg atenolol kimi aşağı dozalı beta blokerindən faydalanırlar
  • Qızartılara səbəb olan situasiyadan 1-2 saat əvvəl 10-40 mg propranolol istifadəsi kimi profilaktik beta bloker müalicəsi istifadə edilə bilər.
  • Hormon müalicəsi menopauza istiliyi üçün istifadə edilə bilər
  • Narahatlıq, panika kimi simptomplar yaşayan pasientlər antidepresiya müalicəsindən və serotonin artıran inhibitor preparatlardan istifadə edə bilər (SSRIs)

Xüsusi məsləhət

  • Əsas səbəbin müalicə edilməsi məqsədilə müvafiq mütəxəssis məsləhətinə ehtiyac duyula bilər.

Craige H, Cohen JB. Symptomatic treatment of idiopathic and rosacea-associated cutaneous flushing with propranolol. J Am Acad Dermatol 2005;53(5):881-4.