Dental traumas
EBM Klinik protokolları
16.04.2018 • Sonuncu dəyişiklik 24.03.2017
KyöstiOikarinen
Əsas müddəalar
- Yerindən çıxmış daimi diş, əgər tamlığı pozulmayıbsa və əgər alveolyar yuva xəsarət almamışsa yerinə qaytarılıb yenidən replantasiya edilməlidir. Belə edidikdə diş yerində bitməsə də belə, bu sonrakı replantasiyanın nəticəsini yaxşılaşdırır və dişin protezlə əvəzlənməsinə olan ehtiyacı təxirə salır.
- Süd dişləri isə onların altındakı inkişaf edən daimi dişlərə zərər verməmək üçün heç vaxt replantasiya edilməməlidirlər.
- Çıxan dişin replantasiyası travmadan sonrakı 3 saat ərzində baş verməlidir. Təcili yardım göstərilməsi xəstədə kəskin ağrıların, ağır qanaxmaların və ya digər təcili müdaxilə tələb edən halların olmasından asılıdır.
Dişin düşməsi zamanı ilk yardım
- Diş səthində çirk varsa, o, ehtiyatla təmizlənir, ancaq diş kökünü örtən membranı sürtmək və ya ora səbəb olmadan toxunmaq lazım deyildir.
- Kök səthi yüngül florid məhlulu ilə yuyula bilər və ya toxumaları bitişdirməyi sürətləndirən farmakoloji preparat vasitəsi ilə işlənə bilər (Emdogain®). Bu prosedurların hər ikisi stomatoloq tərəfindən yerinə yetirilsə daha yaxşı olar.
- Çıxmış diş replantasiya edilənə qədər içərisində süd olan bir qabda və ya ağız boşluğunda dilin altında və ya digər bir nəmliyi qoruyan mühitdə saxlana bilər.
- Replantasiya bəzən ümumi bir praktika həkimi tərəfindən lokal anesteziya olmadan həyata keçirilə bilər. Diş yerinə alveolar yuvada ehtiyatla oturulmazdan əvvəl, fizioloji məhlul ilə çirkdən və qan laxatalarından ehtiyatla təmizlənir.
- Qonşu dişlərin tutduğu mövqe dişin düzgün bir şəkildə yerinə oturdulmasına kömək edir. Dişin replantasiyası tamamlandıqdan sonra, o, qonşu dişlərə stomatoloq tərəfindən bərkidilir. Mövcud anlayışlara görə, bir həftəlik fiksasiya kifayət edə bilər.
- Replantasiyadan dərhal sonra tətbiq olunan mikrob əleyhinə terapiya kursu sonrakı iltihabi ağırlaşmalar riskini azaldır. Tetanusa qarşı immunitet olması statusu hər bir halda yoxlanılmalıdır və aydın olmayan hallarda tetanusa qarşı gücləndirici peyvənd vurulur (booster).
Diş tacının sınıqları və süd dişlərinin zədələri
- Tac sınıqları olan dentin səthləri ilk yardım olaraq təcridedici bir lak ilə örtülə bilər. Bu yardım stomatoloji klinikadan xaricdə də edilə bilər.
- Bütün tac sınıqları adi plomb və ya süni tac qoyma yolu ilə müalicə edilə bilər, lakin belə müalicə stomatoloqun təcrübəsindən və lazımı avadanlıqların olmasından asılıdr.
- Sınıq olan süd dişlərinin taclarının kəskin kənarları hamarlaşdırıla bilər; lakin, altda yerləşən və böyüməkdə olan daimi dişə zərər verməmək üçün laxlamış süd dişləri çıxarılmalıdırlar.
- Xarici təsirə məruz qalaraq laxlamış daimi dişlər bəzən öz-özünə düşürlər, lakin süd dişləri üçün cərrahi müdaxilə tələb oluna bilər.
Diş kökünün sınıqları
- Sınıq diaqnozu diş kökünün rentgenoqrafiyası ilə qoyulur.
- Diş kökünün sınıqları sınıq xəttinin yerindən asılı olaraq, ya heç hiss edilmədən öz-özünə sağalır, ya uzun müddətli (3 aya qədər) fiksasiya tələb edir və yaxud dişin itirilməsi ilə nəticələnir.
- Əgər sınıq xətti diş kökünün oxunun ortaya düşən üçdə birində və ya daha aşağıda yerləşirsə, fiksatorun qoyulma müddəti yalnız 4 həftə ilə məhdudlaşa bilər.
- Əgər sınıq xətti diş tacına yaxındırsa və həm də diş yuvasının sümük hissəsinin içərisinə keçirsə, fiksasiya müddəti 3 aydır.
Diş laxlamaları
- Laxlamış dişlərin ümumi praktika həkimi tərəfindən diş yuvasına geri oturdulması yolverilməzdir; çünki burada yerli anesteziya və dərhal fiksasiya tələb olunur.
- Pasiyent, stomatoloqun yanına gələnə qədər tənzif tamponu dişlərin arasında möhkəm sıxaraq, laxlamış dişi sabitləşdirməyinə və qanaxmanı azaltmağına nail ola bilər.
- Dişin yüngül laxlama formaları arasında diş silkələnməsi və ya yarım çıxıq olur, belə hallarda diş laxlayır, lakin yerindən çıxmayır. Çıxma isə damağa yaxud yanağa doğru, yuvadan xaricə və yuva daxilinə istiqamətlənmiş ola bilər və ya diş tamamilə yuvadan çıxmış ola bilər.
- Yalnız bir dişdə zədələnmənin klinik əlamətləri görünsə belə, adətən birdən çox diş zədələnir. Gecikmiş ağırlaşmalar qonşu dişlərə mənfi təsir edir.
- Laxlamış dişi tərpətdikdə digər dişlərin hərəkət etməsi müşahidə edildikdə, alveol sınıqların olması diaqnozu qoyulur.
Əlaqədar mənbələr
Dental Trauma Guide 2010