Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sifilis

Mündəricat

Sifilis

EBM Klinik protokolları
24.05.2017 • Sonuncu dəyişiklik 24.05.2017
EijaHiltunen-Back

Əsasları

  • Şübhəli sifilis halı seroloji testlər vasitəsilə təsdiqlənməli və xəstə ən effektiv antibiotiklərlə müalicə olunmalıdır.
  • Sifilis aidiyyatı orqanlar tərəfindən qeydə alınmalı bir infeksion xəstəlik sayılır. Sifilisin müalicəsi və xəstə ilə təmasda olmuş şəxslərin izlənilməsi ixtisaslaşmış STD mərkəzləri və ya digər mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Etiologiyası və transmissiyası (yoluxma yolları)

  • Sifilisin etioloji törədicisi Treponema pallidum spiroxetləridir.
  • Asanlıqla cinsi yolla və anadan dölə ötürülə bilir.
  • Müalicə edilməmiş sifilis təxminən 2 il müddət ərzində yoluxucu xarakterli olur.
  • Hamilə qadınlarda müalicə edilməmiş sifilisin xəstəliyin istənilən dövründə dölə keçmə ehtimalı mövcuddur.

Klinik tablo

  • Asimptomatik inkubasiya dövrü 3 - 5 həftə davam edir və bu dövürdən sonra xəstələrin üçdə ikisi gözlə görünən simptomlara malik olur.
  1. Birincili simptomlar (yerli infeksiya)
    • Genital bölgədə, bəzən isə anus və ya ağız bölgəsində sərt, ağrısız xora (şəkil) 
    • Böyümüş qeyri - həssas lokal limfa düyünləri
  2. İkinci mərhələ məruz qalmadan 6 - 8 həftə sonra başlayır (ümumi infeksiya)
    • Ümumi simptomlara diskomfort, qızdırma və limfadenopatiya aid edilir.
    • Rozeola (məxmərək) ekzeması geniş yayılmış viral ekzemaya və ya dərmanların təsirindən meydana gələn dəri reaksiyasına bənzəyir.
    • Sifilidlərə, yəni papulaların formalaşmasına əllərdə (şəkil) və ayaqlarda (şəkil) və ya bütün bədən boyu rast gəlinir. Böyük, anusun ətrafında gül kələminə bənzər formada (condylomata latum) və ya zəif immun sistemə malik xəstələrdə nekrotik formada ola bilər.
    • Alopecia Syphilitica, bəzi xəstələrdə tipik ''gənə-yemiş'' keçəlləşmiş ləkələr formasında rast gəlinir
  3. Gecikmiş simptomlara 10 - 30 il ərzində müalicə olunmamış xəstələrin təqribən üçdə birində təsadüf edilir. Ən əhəmiyyətli simptomlara nevroloji (atipik psixoz, paralitik demensiya) və damar (aorta anevrizması, qapaq requrqitasiyası) simptomları aid edilir. 

Diferensial diaqnostika

  • Birincili sifilis
    • Genital herpes. Birincili infeksiya zamanı inkubasiya müddəti qısa olur, yaralara qrup şəklində təsadüf edilir və onlar ağrısız olur. Limfadenopatiya zəif müşahidə edilir, düyünlər həssas və yumşaq olur.
    • Yoluxmuş cinsiyyət üzvləri və ya digər travmalar.
    • Ulcus molle (yumşaq şankr)
  • İkincili sifilis
    • Rozeola (şəkil) pityriasis rosea, dərmanların təsirindən meydana gələn dəri reaksiyasına, qızılcaya (rubeola) bənzəyə bilər.
    • Sifilidlər (şəkil) papulalı qırmızı yastı dəmrova (lichen ruber planus), psoriaza (pullu dəmrov), ayağın qoturluq (scabies) və ya infeksion ekzemasına (məs. tinea) bənzəyə bilər. Latum (enli) kondiloma kondiloma akuminataya bənzəyə bilər.

Diaqnoz

  • Klinik tablo
  • Serologiya
    • Treponema pallidum antitellərinin müəyyən edilməsi əsas skrininq testi hesab edilir. Ferment immunoanalizi spesifik və həssas analiz sayılır. 
      • Testin nəticəsi infeksiyadan 3 - 4 həftə sonra müsbət çıxır.
      • Test həmçinin yaxın zamanlarda müalicə edilmiş və ya latent hallarda Treponema antitellərini müəyyən etmək qabiliyyətinə malikdir. Kardiolipin testi isə bu hallarda neqativ nəticə göstərir.
      • Daha əvvəl sifilisə görə müalicə edilib - edilməməsi barədə xəstədən məlumat alınmalıdır.
      • Pozitiv nəticə immunoblotinq vasitəsilə öz təstiqini tapır.
      • Kardiolipin testi infeksiyadan 3 - 4 həftə sonra pozitiv çıxır. Aşağı titr daha əvvəl müalicə edilmiş infeksiyanın və ya latent sifilisin seroloji izi kimi qəbul edilə bilər.
    • TPHA (Treponema pallidum hemaqlütinasiya testi) kardiolipin testini təsdiq etmək üçün istifadə edilir.
      • Bu test kardiolipin testindən bir qədər sonra pozitiv nəticə verir.
      • Spesifikdir (təxminən 100%)
    • Treponema pallidum testini həyata keçirtmək mümkün olmadığı hallarda həm kardiolipin, həm də TPHA (Treponema pallidum hemaqlütinasiya testi) testləri tətbiq edilir. Kardiolipin testi infeksiyadan 3 - 4 həftə sonra pozitiv çıxır. Aşağı titr əksər hallarda yalançı pozitiv nəticə (hamiləlik, birləşdirici toxuma xəstəlikləri, infeksiya) və ya daha əvvəl müalicə edilmiş infeksiyanın və yaxud latent sifilisin seroloji izi kimi qəbul edilir. TPHA-da (Treponema pallidum hemaqlütinasiya testi) kardiolipin testini təsdiq etmək üçün istifadə edilir. Kardiolipin testindən bir qədər sonra pozitiv nəticə verir. Spesifikdir (təxminən 100%)
    • FTA-abs (flüoressensiya testi) həmçinin İgM-i təyin etdiyi üçün xüsusi hallarda (neyrosifilis, neonatal sifilisdən şübhələnildikdə) tətbiq edilən spesifik sifilis testi sayılır.
  • Nuklein turşusunu təyin edən metodlar rutin analizlərdən sayılmır.

Müalicə

  • Benzatin penisillin 2.4 milyon İU ə.d tək doza olaraq (birincili və ikincili sifilis) və ya 3 həftə ərzində həftədə bir dəfə (latent sifilis).
  • Prokain penisillin 1.2 milyon İU gündə bir dəfə ə.d 10 gün ərzində (birincili və ikincili sifilis) və ya 21 gün ərzində (latent sifilis).
  • Benzatin penisillin 2.4 milyon İU ə.d tək doza olaraq (birincili və ikincili sifilis) və ya 3 həftə ərzində həftədə bir dəfə (latent sifilis).
  • Penisillinə qarşı allergiyası olan xəstələr üçün seftriakson iynələri (1 g/gün 10 - 21 gün ərzində) alternativ müalicə vasitəsi sayılır.

Təkrari müayinə və tərəfdaşların müəyyən edilməsi

  • Antibiotik terapiyasından sonra 1, 3 və 6-cı aylarda və ehtiyac duyulduqda 12-ci ayda kardiolipin testi həyata keçirilir. İnfeksiyanın birincili mərhələsində əksər hallarda kardiolipin testinin nəticəsi neqativ olur, yaxınlarda keçirilmiş infeksiyalar zamanı müalicə uğurlu olduqda titr ən azı iki dilüsyon aşağı düşür.
  • İnfeksiyaya məruz qalmış hər bir cinsi tərəfdaş Treponema pallidum antitel testi vasitəsilə yoxlamadan keçməlidir. Əgər nəticə neqativ olarsa, test 2 - 3 aydan sonra təkrar edilməlidir. 
  • Bu xəstəlik haqqında məlumat yerli qanunvericiliyə uyğun olaraq aidiyyatı orqanlara bildirilməlidir.

Müvafiq resurslar

  • Koxran icmalları
  • Digər elmi sübutların xülasələri
  • Ədəbiyyat

Janier M, Unemo M, Dupin N et al. 2014 European guideline on the management of syphilis: giving evidence priority. J Eur Acad Dermatol Venereol 2016;30(10):e78-e79.