Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qadın məsləhətxanaları:yardım və müayinələr

Mündəricat

Qadın məsləhətxanaları:yardım və müayinələr

EBM Klinik protokolları
14.08.2017 • Sonuncu dəyişiklik 14.08.2017
JukkaUotila

Qadın məsləhətxanasının vəzifələri 

Vaxtaşırı  13–18-ci həftələr arasında  tibbi müayinə  (geniş müayinə) 

Ginekoloji müayinə

Hamiləlik zamanı uşaqlığın ölçüsü
Gestasiya həftələri  Uşaqlığın ölçüsü 
6 Nəzərəçarpan böyümə yoxdur 
8 9 sm
12 12 sm
16 simfiz və göbək arası məsafənin yarısı
20 Göbəyə qədər

35–36-cı həftələr ərzində hamiləliyin gec dövrlərinin vaxtaşırı tibbi müayinəsi 

  • Məqsədlər doğumun prenatal klinikanın xəstəxanasında planlaşdırılması tələb olunan  anaların  müəyyən olunması və (qeyri-düzgün gəliş, döl-çanaq dispraporsiyasına şübhə,  doğumla bağlı digər risk faktorları),  və hamiləlik sonrakı dövrün əhəmiyyəti, müşahidəsi  və hamiləlik zamanı aşkar olunmuş tibbi problemlərin aradan qaldırılmasının qiymətləndirilməsidir.  
  • Anadan soruşun:
    • dölün hərəkətləri
    • mümkün ola bilən  yığılmalar, təzyiq hissiyyatı
    • ödem
    • qaşınma– əgər hamiləliyin hepatik xolestazına şübhə varsa ,acqarına  ALT  və öd turşuları üçün qan götürülür. 
  •  Fiziki müayinə 
    • Bədən çəkisi, qan təzyiqi, ürək vurğularının sayı; ödemlərin qiymətləndirilməsi 
    • Uşaqlığın və dölün ölçüsü 
    • Dölün gəlişləri və çanaq gəlişləri .
    • Uşaqlıq yolunun vəziyyəti ehtiyac olarsa müayinə edilir. 
    • Xarici cinsiyyət orqanları ehtiyac olduqda müayinə edilir.   (məsələn herpesə şübhə, bu fəsildə, haha sonra baxın).
  • Hamiləliyin gec dövrlərində ,35–37-ci həftələrdə  Streptococcus B (GBS)  müayinəsi üçün nümunə  də həmçinin  vaginal dəlik və anusdan götürülür. (əgər mövcud qaydalar xəstəxanada doğuş başlayan zaman B qrup streptokokka görə PZR analizini dəstəkləmirsə) .Əgər nəticələr müsbət olarsa,anaya doğuşla əlaqədar olaraq yenidoğulmuşda septisemiyanın profikalaktikası üçün mikrobəleyhinə preparatlar verilir.

İxtiyari əlavə tibbi müayinələr 

  • İxtiyari  gəlişlər təyin olunur əgər: 
    •  hamilə ananın həkim tərəfindən qiymətləndirilməsi tələb olunan xronik xəstəliyi olarsa.
    • periodik ziyarətlər həkim tərəfindən qiymətləndirmə və müalicə tələb olunan tibbi problemləri aşkar edir. 
    • ananın hamiləlik problemlərini göstərən simptomları var .
    •  Ananın özünün narahat olduğu simptomlar vardır, yaxud da, o həkimə müraciət etməlidir.
  • Məqsədlərə  məsələn, vaxtından əvvəl doğuş ,   uşaqlığın böyüməsində pozuntular, gestasional diabet və , erkən pre-eklampsiya  riskinin təyini daxildir.
  • Qarşıdan gələn doğuş ananın fikrini məşğul edə bilər və o hamiləliyin qalan hissəsi və doğuşla bağlı məlumat əldə etmək arzusunda ola bilər. Mümkün ola biləcək doğuş qorxusu qiymətləndirilməli və aradan qaldırılmallıdır.
  • Ananın işdə işin öhdəsindən gələ bilməsini soruşun. Xəstəlik vərəqələri ehtiyac olduqda hətta qısa müddətə belə verilməlidir.
  • Vəziyyəti 
    • Uşaqlığın ölçüsü (etalon əyrisindən və yaxud pasientin öz əyrisindən  2 sm-dən çox  deviasiya)
    •  Uşaqlıq boynu:Gəliş hissənin çanağın dibində olması, uşaqlıq boynunun qısalması, açılması və həmçinin də, uşaqlıq boynunun yoluna nəzərən düzlənməsi  yaxınlaşan doğuşun əlamətləridir. Cədvələ də baxın.
    • Əgər anada   risk az olduqda  və yığılmalar  kimi simptomlar olmazsa, uşaqlıq boynu müayinə olunmamış qala bilər. Dölün ölçüsü ya çəkiyə görə, ya da açağıdakı meyarlara görə qiymətləndirilə bilər. : s =  gestasional yaşa görə kiçik, n = gestasional yaşa görə  normal,  l = gestasional yaşa görə iri."?>
    • Amniotik mayenin miqdarı qiymətləndirilir, yəni, normal, çox yaxud az miqdarda olur. Uşaqlığın ölçülərinin böyük  və gərgin olması amniotik mayenin miqdarının çox olmasını güman etməyə əsas verir, halbuki,  xüsusilə də dölün bədən hissələrinin asanlıqla əllənməsi meyenin az olmasına bağlıdır.
    • Bədən çəkisinin qeyri-normal  artması( Pasientdə pre-eklampsiya, dölün anormal inkişafı,amniotik mayenin miqdarının çox olması, gestasional diabeti varmı?) 
Cervical assessment  modifikasiya olunmuş  Bişop balına görə uşaqlıq boynunun qiymətləndirilməsi . Yetişmiş serviks  doğuşu qabaqcadan bildirir.  (bal > 4) 
Parametrlər  Ballar 
0 1 2
1 Gələcək hissənin qalça tinləri səviyyəsinə münasibətdə vəziyyəti   (sm); neqativ yuxarı  pozitiv aşağı , 0 = tinlər səviyyəsində 
Servikal dilatasiya (sm) bağlı 1–2 3–4
Servikal  uzunluq (sm) > 4 2–4 1–2
Dölün duruşu1 –3 –2 –1 or 0
Konsistensiyası sərt orta yumşaq
Servikal mövqe arxa  aralıq  Ön 

 Doğuşdan 5–12 həftə sonra postnatal müayinə

Antenatal  müayinə proqramları 

 Qan qrupunun anticisimləri 

Sifilis,İİV və hepatit B-yə görə müayinə  

Dölün anomaliyaları üçün müayinə 

 Qan təzyiqinə nəzarət 

 Şəkərli diabetin  müayinəsi 

Qlükozaya qarşı tolerantlıq testində patoloji hədd konsentrasiyaları(mmol/l)
Nümunə  0 s 1 s 2 s
kapillyar bütöv qan yaxud venoz plazma  5.3 10.0 8.6
       

Anemiyanın müayinəsi və müalicəsi 

  •  Ananda Qırmızı qan hüceyrələri kütləsində müvafiq artım olmadan plazmanın həcminin 50 %-ə dək artması fizioloji anemiyaya səbəb olur.
  •  Ananın yüngül dərəcəli anemiyası  adətən, dölə problem yaratmır. Hemoqlobinin konsentrasiyalarının 80 q/l -dən az olması həm ana, həm də döl üçün zərərəlidir. 
  • ÜST meyarlarına görə anada  anemiya  Hb konsentrasiyasının < 110 q/l olmasıdır .
  • Dəmir defisiti hamiləlikdə anemiyanın ən çox rast gəlinən səbəbidir. Bu qırmızı qan hüceyrələrinin aşaəı korpuskulyar həcmi  (MCV)  və plazmada ferritinin kiçik konsentrasiyalarına (< 30 µg/l) görə ehtimal edilir.
  • Səbəb həmçinin digər nutrientlərin də defisiti ola bilər. 
    • Ən çox rast gəlinən  fol turşusu və vitamin B12-dir.
    • Vitamin B12 çatışmazlığı mədənin autoimmun xəstəliyi, yəni, atrofik qastritlə əlaqləli ola bilər.  
    • Dəmir yaxud digər nutrientlərin çatışmazlığının arxasında  mədə- bağırsağın müalicə edilə bilən  sorulma xəstəlikləri, xüsusilə də, seliakiya xəstəliyi  aşkarlana bilər.  
  •   Dəmir yaxud digər nutrientlərin çatışmazlığı fonunda  mədə-bağırsaq sisteminin  müalicə oluna bilən  sorulma xəstəlikləri, xüsusilə də, seliakiya xəstəliyi aşkarlana bilər. "?>
  • Bəzən anemiya, digər xronik xəstəliklər və ya infeksiyalarla (məsələn, malyariya), daha nadir hallarda isə,  sümük iliyinin xəstəlikləri, hemoliz yaxud irsi xəstəliklər, məsələn talassemiya ilə əlaqəli ola bilər,
  •  Qidalanma düzgün balanslaşdırılmış olmalıdır. Adi   vegetarian qidalanma dəmirin kifayət dərəcədə qəbulunu təmin etmir.Qidalanma vəziyyəti və tələbatları fərdi olaraq qiymətləndirilməlidir.
  • Dəmirin bütün hamilə qadınlara rutin olarq tövsiyyəsi məsləhət görülmür. 
  •  Yüngül dərəcəli anemiya qadın məsləhətxanasında müalicə edilə və qarşısı alına bilər.
    • Əgər  Hb-nin konsentrasiyası  110 q/l,-dən aşağıdırsa,  gündəlik olaraq 100 mq ikivalentli dəmirlə  sınaq müalicəsinə başlanılır, çünki, dəmir defisiti, anemiyanın ən çox rast gəlinən səbəbidir.  
    •  Anemiya diaqnozu daha sonra,  plazmada ferritin yaxud transferrin reseptorlarının konsentrasiyasının təyinin ilə dəqiqləşdirilir. 
  •   Əgər  dəmir qəbuluna baxmayaraq  Hb-nin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı qalmaqda davam edərsə,  (100 q/l-dən aşağı)  yaxud pasient anemiyaya müvafiq simptomlardan əziyyət çəkirsə, daha sonrakı müayinələr ixtisaslaşmış yardım  çərçivəsində aparılır.
    • Bu halda əksərən, venadaxili dəmir təyin olunur.

B qrup  streptokokklar  (BQS), Streptococcus agalactiae

  • Hamiləlik zamanı infeksiyalara aşağıda baxın. 

Uşaqlığın böyüməsi 

  • Uşaqlığın normal böyüməsi dölün  normal ölçülərini və amniotik  mayenin normal miqdarını əks etdirir. simfiz –fundal uzunluğun ölçülməsi pasientin ginekoloji vəziyyətində aparılır.  (SFH). Sidik kisəsi boş olmalıdır.
  •  Etalon əyrisindən  yaxud pasientin öz ,ardıcıl  SFH ölçülmələrindən 2 smdən çox deviasiya olduqda, və  yalnız texniki qüsurlar istisna olunduqdan sonr növbəti ölçülmələrin aparılmasına ehtiyac olur.
  • Dölün ölçüsü və amniotik mayenin mayenin miqdarı abdominal palpasiya ilə müəyyən olunur. Nəticələr  ananın boyu və çəkisi üçün tənzimlənməlidir.

Dölün hərəkətlərinin izlənməsi

Dölün  ürəyinin auskultasiyası 

Hamiləlik zamanı infeksiyalar 

Uşaqlıq boynu və yolunun infeksiyaları 

Sidik yollarının infeksiyaları

Listeriya

 B  qrup streptokokklar, Streptococcus agalactiae

Digər infeksiyalar

Hamiləlik zamanı çox rast gəlinən xəstəliklərin müalicəsi üçün  təlimatlar.

Ürəkbulanma 

Qıcqırma(yanğı)

Qəbizlik 

        Hamiləlik saya zələlərin boşalmasına səbəb olur  və beləliklə də, qəbizliyə meylliliyi artıra bilər .

Spazmlar

Baş ağrısı və miqren.

  • Hamiləliyin əksər xəstəliklərində olduğu kimi ilk növbədə qeyri-farmakoloji  tədbirlərin tövsiyyə edilməlidir: istirahət, sağlam həyat tərzi, baş və boyunun masajı, qıcıqlandırıcılardan qaçmaq, və fizioterapiyanın təqdim etdiyi digər tədbirlər. 
  • Ağır hallarda preparatların istifadəsi nəzərdən keçirilməlidir. Parasetamol, ya təkcə ya da kodeinlə birgə istifadəsi ilkin seçim ağrıkəsicidir.
  • İbuprofen  və  ketoprofen  də həmçinin müvəqqəti istifadə edilə bilər. Lakin, hamiləliyin gec dövrlərində böyük dozaların istifadəsindən qaçmaq lazımdır.  
  • Kəskin miqren tutmalarının müalicəsində sumatriptanın  istifadə edilməsinin döl yaxud hamiləlik üçün problemlər yaratması aşkar olunmayıb.  
  • Erqotamin preparatları əks-göstərişdir.
  • Metoklopramid  və vitamin B6 kimi ürəkbulanmanın müalicəsində istifadə edilən preparatlar, həmçinin, miqreni yüngülləşdirə bilər. Miqrenin profilaktikasında metoprolol, nifedipin  yaxud maqneziumun istifadəsi  nəzərdən keçirilə bilər.

Depressiya.

Allergik rinit

Bel ağrısı.

Qidalanma, həyat tərzi, siqaretçəkmə və narkotik maddələr istifadəsi 

Qidalanma 

Fiziki məşqlər 

Cinsi həyat 

Siqaretçəkmə

Alkoqol

Digər  narkotik maddələrin istifadəsi  

       Həmçinin bax.

  • Maddə asılılığı  (alkoqol, qeyri-leqal narkotiklər, və qeyri-terapevtik  təsirlər  üçün tibbi preparatların istifadə edilməsi )  ciddi psixo-sosial problemdir və xüsusilə də hamiləlik dövründə aradan qaldırılmalıdır.
  •   Maddələrdən asılılıq çox zaman psixiatrik problemlər və və şəxsi münasibətlərlə bağlı olur. Daha sonrakı dövrlərdə uşaqların müdafiəsi ilə bağlı məsəslələr nəzərdən keçirilməlidir.
  • Doğum evinə göndərilmə. Müvafiq orqanlara  uşaqların müdafiəsi barədə hesabatın verilməsi  ilə bağlı  yerli təlimat və qaydalara riayət edin.  
  • Həşiş və marixuana 
    • Aktiv tərkib hissəsi tetrahidrakannabioldur, asanlıqla plasentadan keçir.
    • Malformasiya və düşük riskinin artması göstərilməyib. 
    • Plasentanın qan dövranı, və beləliklə də dölün qidalanması azalacaqdır və az çəkili dölün doğulma ehtimalını artıracaqdır.  
  • Amfetaminlər
    • Ürək problemləri,  başın və beynin  inkişaf qüsurları, həmçinin də  qurdağızlılıq  kimi qüsurlara səbəb ola bilər. 
    • Pis qidalanma və balanslaşdırılmamış qidalanma riski.
    • Plasentanın qan dövranının pozulması  döl inkişafının ləngiməsinə səbəb olacaq.
    • Qan təzyiqinin yüksəlmə riskinin artması, qişaların vaxtından qabaq ayrılması  vaxtından qabaq doğuş və infeksiya riskinin artması  
  • Kokain
    • Görmə sinirinin atrofiyası və gözlərin digər inkişaf qüsurlarına səbəb ola bilər. 
    • Plasentanın qan dövranının  pozulması dölün inkişafının ləngiməsinə gətirib çıxaracaqdır.
    • Vaxtından qabaq doğuş və plasentanın ayrılma riskinin artması 
  • Opioidlər
    •  Xüsusi  bir malformasiya riski təyin olunmamışdır. 
    • Ananın qan itirmə və plasentanın  ayrılması riskinin artması 
    • Döldə  oksigen aclığı riskinin artması olacaqdır.  f
    • Qişaların erkən ayrılması, vaxtından qabaq doğulma və infeksiya riski. 
    • Yenidoğulmuş ağır abstinensiya simptomlarından əziyyət çəkə bilər.  

Müvafiq mənbələr 

Benitz WE. Perinatal treatment to prevent early onset group B streptococcal sepsis. Semin Neonatol 2002 Aug;7(4):301-14. Verani JR, Schrag SJ. Group B streptococcal disease in infants: progress in prevention and continued challenges. Clin Perinatol 2010;37(2):375-92. Stocky A, Lynch J. Acute psychiatric disturbance in pregnancy and the puerperium. Baillieres Best Pract Res Clin Obstet Gynaecol 2000 Feb;14(1):73-87. Kaaja RJ, Greer IA. Manifestations of chronic disease during pregnancy. JAMA 2005 Dec 7;294(21):2751-7.