Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ziyillər (verruca vulgaris/vulqar ziyillər)

Mündəricat

Ziyillər (verruca vulgaris/vulqar ziyillər)

EBM Klinik protokolları
07.09.2018 • Sonuncu dəyişiklik 07.09.2018
AlexanderSalava

Əsas məqamlar

  • Ziyillər üçün bütün müalicələr papilloma viruslarının əleyhinə immun cavabın stimulyasiyasına və görünən ziyil toxumasının dağıdılmasına əsaslanır.  
  • Konservativ müalicə və ya spontan sağalmanı gözləmək ən yaxşı kosmetik nəticələr verir.
  • Ziyillər xoşxassəli törəmələrdir və çox zaman heç bir müalicə olmadan aradan qalxır. Buna görə də cərrahiyyə kimi çapıq formalaşdıran prosedurlardan qaçınılmalıdır. 

Epidemiologiya və proqnoz

  • Ziyillər dəri və selikli qişaların insanın papilloma virusu (İPV və ya eng. HPV, human papillomavirus) tərəfindən törənən xoşxassəli törəmələri olub bütün yaş qruplarında çox rast gəlinir.  
  • Ayaqaltı ziyillər ətrafında çox zaman döyənək yaranır. Lakin döyənəklər ziyil (insan papilloma virusu) infeksiyası olmadan mexaniki təsirlərin nəticəsi kimi də yarana bilər. 
  • İnfeksiyanın ötürülmə yolu və inkubasiya dövrü dəqiq məlum deyil, lakin güman ki, böyük dəyişkənliyə malikdir. 
  • Ziyil infeksiyalarının qarşısının alınmasının mümkünlüyünə dair heç bir sübut yoxdur və digər adamlarla qarşılıqlı əlaqələr məhdudlaşdırılmamalıdır. 
  • Dəri ziyillərinin bədxassəli prosesə transformasiyası məlum deyil (HPV infeksiyası ilə müqayisə edin). 
  • Sağlam fərdlərdə adətən ziyillər 60% hallarda 2 il ərzində spontan olaraq sağalır. 

Diaqnostika

Müalicə

  • Pasiyentə əhatəli və ətraflı təlimatlar verilməli və müalicənin əsası izah olunmalıdır.
  • Müalicə ziyillərin bütün tiplərinə (vulqar ziyillər, yastı ziyillər və s) tətbiq edilə bilər.  
  • Küretaj 
  • Tretinoin kremi məhlullara bir alternativ kimi  istifadə oluna bilər.
  • Dərman azca quruduqdan sonra ziyil yapışqanlı lent parçası, hidrokolloid sarğısı (məsələn, Duoderm®) və ya Compeed® plastrı ilə okkluziya olunur. Effekt ziyilin irritasiya, maserasiya və yumşalmasına əsaslanır. 
  • Uğurlu nəticə üçün müntəzəm (gündə bir dəfə, məsələn, yuxudan öncə) və uzun müddətli (2-3 ay) müalicə vacibdir. 
  • Həmçinin, imikvimod (imiquimod) preparatı adətən rast gəlinən ziyillər əleyhinə potensial olaraq effektivdir. Ziyillər aydın iltihablaşana (immun cavab stimulyasiya olunur) kimi krem  küretajdan sonra həftədə 3 gün 4-12 həftə ərzində tətbiq edilir. Krem azca quruduqdan sonra ziyil yapışqanlı lent parçası, hidrokolloid sarğısı (məsələn, Duoderm®) və ya Compeed® plastrı ilə okkluziya oluna bilər. Effekt ziyilin irritasiya, maserasiya və yumşalmasına əsaslanır. Uğurlu nəticə üçün müntəzəm (gündə bir dəfə, məsələn, yuxudan öncə) və uzun müddətli (2–3 ay) müalicə vacibdir."?>
  • Krioterapiya (maye azotla) yerli müalicəyə bir alternativdir. 
    • Ziyil ətrafında sağlam dəridən təxminən 2 mm daxil olmaqla ziyillər kənardan mərkəzə doğru dondurulur; dondurulma zamanı 3-5 saniyədir.
    • Adətən müalicənin bir neçə proseduru, məsələn hər həftə-hər iki həftədən bir 3-6 prosedur tələb olunur.   
    • Reseptsiz təyin edilən kriogen sistemlər (Wartner®) möcuddur. Onlar nazik dəri sahələrində yerləşən ziyillərə qarşı effektiv ola bilər, lakin məsələn, ayaqaltı ziyillərə qarşı effekt kifayət dərəcədə deyil.  
  • Ablativ lazer müalicəsi (məsələn, karbon dioksid lazer)  və ya digər lazer terapiyaları (məsələn, rəngli impuls lazeri) rezistent ziyillər üçün alternativ ola bilər. 

Mütəxəssis konsultasiyası üçün göstərişlər

  • İmmuniteti enmiş pasiyentlərdə müvafiq özünə yardımla cavabın əldə olunmadığı böyük ölçülü, müalicəyə rezistent və narahatedici ziyillər.
  • Müalicəyə rezistent olan, həmçinin funksional problemlərə və ağrıya səbəb olan ziyillər. Məsələn, yerişə maneçilik törədən və kifayət qədər uzun müddətli konservativ müalicəyə cavab verməyən ayaqaltı ziyillər.

Tyring S, Conant M, Marini M, Van Der Meijden W, Washenik K. Imiquimod; an international update on therapeutic uses in dermatology. Int J Dermatol 2002 Nov;41(11):810-6. Focht DR 3rd, Spicer C, Fairchok MP. The efficacy of duct tape vs cryotherapy in the treatment of verruca vulgaris (the common wart). Arch Pediatr Adolesc Med 2002 Oct;156(10):971-4. Ahn CS, Huang WW. Imiquimod in the treatment of cutaneous warts: an evidence-based review. Am J Clin Dermatol 2014;15(5):387-99. Loo SK, Tang WY. Warts (non-genital). BMJ Clin Evid 2014;2014():. Craw L, Wingert A, Lara-Corrales I. Are salicylic formulations, liquid nitrogen or duct tape more effective than placebo for the treatment of warts in paediatric patients who present to ambulatory clinics? Paediatr Child Health 2014;19(3):126-7.