Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Reaktiv artrit

Mündəricat

Reaktiv artrit

EBM Klinik protokolları
29.07.2017 • Sonuncu dəyişiklik 29.07.2017
DanNordström

Vacib olanlar

  • Reaktiv artrit adətən, bağırsaq və ya cinsi yolla keçən infeksiyalara cavab reaksiyası kimi inkişaf edir. 
  • Xəstələrin böyük qismində HLA-B27 müsbətdir.
  • Reaktiv artritə zəmin yaradan cinsi yolla keçən infeksiyalar həmişə mikrobəleyhinə dərmanlarla müalicə olunmalıdır.
  • Əgər xəstələr digər qıcıqlandırıcı mikroblara qarşı münasibətdə simptomsuzdursa bu mikroblar adətən, müalicə olunmurlar.

Epidemiologiya

  • İllik rast gəlinmə tezliyi təqribi olaraq hər 10.000 böyük yaşlı şəxs arasında 3 hadisədir. 
  • Xəstəlik adətən 20-30 yaşlarda başlayır.
  • Xəstəliyin inkişafı ilə bağlı cinslər arasında fərq yoxdur, lakin simptomlar çox vaxt kişilərdə daha kəskin olur.
  • Reaktiv artriti qıcıqlandıran bəlli diqqətə alınan patogenlərə Yersineya (şəkil ), Salmonella, Şigella və Kampilobakter aiddir. Uroartrit xlamidiya və qonokokk infeksiyaları hallarında . Eyni zamanda  Borelia, E. koli, Xlamidiya pnevmoniya, Stafilokok və Streptokok kimi digər mikroblar da reaktiv artritlə əlaqəlidir.  Xlamidiya pnevmoniya istisna olmaqla HLA-B27 toxuma tipi ilə aydın bərabər şəkildə əlaqəli olan mikrob yoxdur və bunun nəticəsi olaraq da kliniki görünüş tez-tez fərqli ola bilər. Enteroartritlər və uroartritlərin rast gəlinmə faizi arasında fərq yoxdur.
    • Reaktiv artritdə sinovial maye sterildir, lakin, Stafilokok, Streptokok, Salmonella, qonokoklar və Borrelia həmçinin irinli artritə səbəb ola bilir. 
  • Hal-hazırda, Salmonella, Kampilobakter və ya Xlamidiya infeksiyalarına cavab olaraq inkişaf edən reaktiv artritlər ən çox yayılmışdır. Yersineya infeksiyası ilə əlaqəli reaktiv artrit hal-hazırda nadirdir. 
  • Enteroartritli xəstələrin 80%-də və uroartritli xəstələrin 60%-də HLA-B27 müsbətdir.  

Klinik təzahür

  • Reaktiv artrit adətən yuxarıda göstərilən infeksiyalardan 1-4 həftə sonra qəfildən  başlayır. Anidən və sürətli şəkildə yaranan xəstəliklər qızdırma, EÇS və CRZ səviyyələrinin əhəmiyyətli şəkildə artmaları ilə xarakterizə olunur.  Bir çox oynaqların prosesə cəlb olunmağı, xəstənin yaşı və altda yatan xəstəliklərin olmaması bu vəziyyəti septiki artritdən fərqləndirən ən yaxşı əlamətlərdir. 
  • Yuxarıda qeyd edilən infeksiyalar bir çox hallarda simptomatikdir (ishal və ya qarın ağrısı), lakin enteroartritin bütün kliniki hallarında belə olmur. Qeyd olunan sidik-cinsiyyət infeksiyaları bir çox hallarda kişilərdə simptomatikdir (uretritlər), lakin qadınlarda infeksiya yüngül dərəcəli simptomlarla və ya tamamilə simptomsuz keçir. Qonokok infeksiyası tez-tez iltihabi oynaq sindromlarına səbəb ola bilər. Lakin çox vaxt qonokokk-sonrası artritlər çox güman ki, yanaşı gedən Xlamidiya infeksiyası ilə əlaqəli ortaya çıxır. 
  • İltihab bir çox hallarda həmişə aşağı ətrafların böyük oynaqlarını əhatə edir 
  • Yuxarı ətraf oynaqlarının iltihabı xəstələrin 50%-də rast gəlinir
  • Xəstəliyin oynaqla bağlı olmayan klinik təzahürü tez-tez rast gəlinir:
    • 30-50%-də entezopatiya, peritendinitlər 
    • 20-30%-də simptomatik sakroiliitlər
    • uretritlər (bağırsaq infeksiyasının yenidən aktivləşməsi ilə bağlı ola bilər, məs.steril) 
    • 10-25%-də balanitlər (penisin başında halqaşəkilli yaralar ilə dairəvi balanitlər;şəkil
    • 10-35%-də konyuktivitlər 
    • 2-4%-də iriditlər
    • 5-15%-də EKQ-də dəyişikliklər
    • düyünlü eritema  .

Diaqnostika 

  • Rəsmi diaqnostik meyartları olmadığı üçün spondiloartritlərə aid meyarlara əsaslanmaq olar.
  • Sinovial maye analizləri 
  • Rutin nəcis əkməsi,  Xlamidiya (ing. PCR; zəncirvari polimeraza reaksiyası və ya ZPR) üçün sidik ifrazının əvvəlindəki sidik nümunəsi, EÇS, C-RZ və EKQ - bütün bunlar reaktiv artrit güman edilən zaman ilkin müayinənin tərkib hissəsi olmalıdır 
  • Əgər xəstədə oynaq iltihabı və sidik-cinsiyyət simptomları varsa, ilkin müayinədə qonokokk infeksiyası üçün nümunə əldə edilməlidir.
  • 50 yaşdan yuxarı xəstələrdə mikrokristal artritləri differensial diaqnostikada alternativ diaqnoz kimi nəzərdə tutulmalıdır.
  • Əgər kliniki mənzərə və xəstənin anamnezi  reaktiv artritlə uyğun gələrsə ilkin müayinə zamanı və ya 1-3 həftə arasında aşağıdakı müayinələr göstərişdir:
    • Yersiniya əleyhinə anticimlərin təyini
    • Salmonella əleyhinə anticismlər
    • Kampilobakter əleyhinə anticismlər 
    • Xlamidiya ZPR aparılması üçün səhər erkən ilkin sidik nümunəsinin əldə edilməsi 
    • Revmatik qızdırma şübhəsi varsa anti-streptolizin (praktikada xəstəliklə uzun müddətdir ki, qarşılaşılmır və streptokokk infeksiyası ilə yanaşı digər infeksiyalar zamanı test yalançı müsbət anti-streptolizin titrləri göstərə bilər)
    • anti-stafilolizin (ASTA), anti-Borrelia anticimləri.
  • Mümkün ola biləcək sarkoidozu aydınlaşdırmaq üçün döş qəfəsi rentgenoqrafiyası çəkilməlidir. Xəstəliyin erkən mərhələrində oynaqların radioloji müayinəsinin nəticələri normal ola bilər.
  • Karditlərin mövcud olması mümkün olduğundan (adətən, simptomsuzdur) çox tərəddüd etmədən EKQ çəkilməlidir. 
  • HLA-B27 müayinəsinin məqsədi qeyri-müəyyən hallarda diaqnoz qoymaq üçündür, lakin kliniki mənzərə açıq-aydın uyğundursa və səbəbkar infeksiyaların olmasına şübhə yoxdursa, bu müayinənin aparılması mütləq deyil.

Müalicə

  • İnfeksiyanın müalicəsi 
    • Cinsi yolla yoluxan infeksiyalar həmişə mikrob əleyhinə dərmanlarla müalicə edilməlidir.
      • Xlamidiya: tək dozada 1.000 mq  azithromycin. Alternativ olaraq doksisiklin gündə iki dəfə 100 mq dozada istifadə edilir və birincili infeksiyalarda müalicə müddəti 14 gündür. 
    • Əgər ishal hələ də davam edirsə və nəcisin mikrobilioloji əkilməsi müsbətdirsə, enteroartritlər mikrob əleyhinə dərmanlarla (7-14 gün) müalicə edilə bilər. 
      • Yersineya, Salmonella, Şigella: gündə iki dəfə ciprofloxacin 500 mq 
      • Kampilobakter: makrolid
  • Artritin müddəti uzanarsa və ya o xronikləşərsə mikrobəleyhinə müalicənin bir neçə ay davam etməsinin faydalı olması barədə bir qədər mübahisəli məlumatlar mövcuddur. Bu xlamidiya infeksiyasından qaynaqlanan artritlərdə faydalı ola bilər"?>, lakin uzun müddətli mikrobəleyhinə kurs müalicə praktikada adətən istifadə olunmur. 
  • Artritin kəskin fazasında müalicə 
    • Qeyri-steroid iltihabəleyhinə dərmanlar (QSİƏD-lar)
    • Anidən başlayan və kəskin davam edən xəstəlikdə per os prednizolon
    • Tək oynaqlar prosesə cəlb olunan hallarda yerli qlükokortikoid inyeksiyaları həmişə tövsiyyə edilir.
    • İstirahət; fizioterapiya və xəstələrə, əzələ gücünü  və oynağın hərəkətliliyini qorumaları üçün məsləhətlər
    • Simptomların davam etməsi revmatizməleyhinə müalicənin aparılmasına göstərişdir. Bu məqsədlə, adətən sulfasalazin və ya metotreksat və əgər tələb olunarsa bioloji dərman vasitələri istifadə oluna bilər.

Proqnoz

  • Bir çox hallarda reaktiv artritlər 6 ay müddətində sakitləşir.
  • Xəstələrin təqribən 15%-də xroniki artrit inkişaf edir. Enteroartritlərlə müqayisədə, xronikləşmə daha çox uroartritlərdə müşahidə edilir. 
  • İmmun cavabı aktivləşdirən təkrarlanan infeksiyalar, habelə HLA-B27 ümumi proqnozu pisləşdirir.

Profilaktika

  • Rekativ artrit anamnezi olan xəstələrə bağırsaq bakteriyası və ya Xlamidiya infeksiyalarından qaçınmağın vacibliyi vurğulanmalıdır.
    • Xaricə səyahətlər zamanı mədə-bağırsaq infeksiyaları ortaya çıxarsa mikrob əleyinə dərmanların istifadəsi məsləhətdir. Lakin mədə-bağırsaq infeksiyalarından qorunmaq üçün mikrobəleyhinə profilaktik müalicə tövsiyyə olunmur. 

Müvafiq resurslar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Carter JD, Espinoza LR, Inman RD ym. Combination antibiotics as a treatment for chronic Chlamydia-induced reactive arthritis: a double-blind, placebo-controlled, prospective trial. Arthritis Rheum 2010;62(5):1298-307.