Alkoqol abstinensiyasının müalicəsi
EBM Klinik protokolları
08.09.2017 • Sonuncu dəyişiklik 08.09.2017
KaarloSimojoki
Əsas məqamlar.
- Pasiyentin alkoqolsuz fəaliyyəti üçün fiziki uyğunlaşmasına yardım edilir və alkoqol abstinensiyası ilə əlaqəli olan qıcolmaların, ürək aritmiyası və ağ isitmənin qarşısı alınır.
- .Pasiyentin həddən çox alkoqol istifadə probleminin həllində davam etməsi üçün motivasiyası məqsədilə sakit mühakiməsiz mühitlə təmin olunur.
- Tiamin çatışmazlığı ilə əlaqədar beynin geridönməz zədələnməsinin (Vernike ensefalopatiyası) qarşısı alınır.
- Farmakoloji müalicə nəzərdə tutularsa, CIWA-Ar (alkoqol abstinensiyasının qiymətləndirilməsi üçün) qiymətləndirmə şkalası istifadə edilməlidir.
- 250 mq tiamin əzələdaxili (125 mq hər sağrıya ) 3 gün ərzində ardıcıl olaraq bütün pasiyentlərə . Vitaminin oral təyinindən sonra absorbsiyası naməlumdur.
- Yüngül abstinensiya simptomları (CIWA-Ar şkalasına görə bal 20-dən aşağı "?> ) adətən sedativ preparatın istifadəsinə zərurət doğurmur. Bal 10–19, olarsa,müalicə klinik mülahizədən sonra başlanıla bilər. Məsələn müalicəyə əməl olunmanı təmin etmək üçün
- Diazepam ağır abstinensiya hallarında effektlidir. CIWA-Ar balı ≥ 20 olarsa ( tremor, tərləmə və həyəcanla bağlı 3 halda ≥ 12 ), diazepam yükləməsi göstərişdir.
- Yaşlı və qaraciyər xəstəlikləri olan pasiyentlərdə müalicəyə cavab reaksiyasına müvafiq adətən, gündə 3 dəfə 60 mq-dan çox olmayaraq, qısa təsir müddətli oksazepam nəzərdə tutulmalıdır.
- Karbamazepin anamnezində alkoqol abstinensiyası ilə əlaqədar qıcolmalar olan pasiyentlərdə istifadə edilə bilər. Digər qruplarda təsirinin təzahürü zəifdir.
- Dehidratasiya və duz çatışmazlığı yüngül abstinensiya simptomları zamanı, peroral olaraq idman içkiləri və az yağlılığa malik süd ilə aradan qaldırıla bilər. Ağır hallarda kalium və maqnezium tərkibli infuziya mütləqdir. : Qeyd:Erkən mərhələlərdə qlükoza məhlulu istifadə etməyin.
- 250 mq tiamin əzələdaxili (125 mq hər sağrıya ) 3 gün ərzində ardıcıl olaraq bütün pasiyentlərə . Vitaminin oral təyinindən sonra absorbsiyası naməlumdur."?> Yüngül abstinensiya simptomları ( CIWA-Ar şkalasına görə bal 20-dən aşağı olduqda ) adətən sedativ preparat istifadəsinə ehtiyac olmur. Əgər bal 10–19 olarsa müalicəyə klinik müayinələrdən sonra başlanıla bilər."?>
- Abstinensiya simptomları üçün dərmanlar reseptlə nəzarət olmadan evdə istifadə üçün təyin olunmur, belə ki, narkotik maddələr və onlardan həddən artıq istifadənin qarışıq tipli sxemlərinə çox rast gəlinir.
- Yüngül abstinensiya simptomları zamanı dehidratasiya və duz çatışmazlığı idman içkiləri və az yağlılıqa malik südlə korreksiya olunur. Ağır hallarda maqnezium və kalium tərkibli infuziya təyini mütləqdir. Qeyd: Erkən mərhələlərdə qlükoza məhlulu təyin etməyin."?>
- Dərman yalnız pasiyentin şəxsiyyəti məlum olduqda və terapiya şöbəsi ilə müalicə baxımından əlaqəsi pasiyentlərə təyin edilə bilər. Şəxsiyyəti naməlum pasiyentlərə və yaxud ərazidə nadir hallarda görünən şəxsə dərman təyin etməyin. Pasiyentə bir günlük müalicə üçün tələb olunan dozada dərman vermək olar, məsələn, xlordiazepoksid 25–50(–75) mq.
- Diazepam ağır abstinensiya simptomlarında effektlidir. CIWA-Ar balı ≥ 20 olduqda (≥ tremor, tərləmə və həyəcana aid 3 halda 12 ), diazepam yükləməsi göstərişdir."?>
müvafiq mənbələr.
Nimmerrichter AA, Walter H, Gutierrez-Lobos KE, Lesch OM. Double-blind controlled trial of gamma-hydroxybutyrate and clomethiazole in the treatment of alcohol withdrawal. Alcohol Alcohol 2002 Jan-Feb;37(1):67-73.