Dəniz xəstəliyi (hərəki ürəkbulanma)
EBM Klinik protokolları
27.04.2018 • Sonuncu dəyişiklik 28.06.2017
Editors
Əsaslar
- Zəif simptomlu xəstələr üçün müəyyən məsləhətlərdən başqa heç bir müalicəyə ehtiyac duyulmur.
- Vaxtaşırı müşahidə edilən və 12 yaşdan aşağı uşaqlarda rast gəlinən simptomlar, antihistaminlərlə (siklozin* və yaxud meklozin*) müalicə edilə bilər.
- Kəskin simptomlar və 10 yaşdan yuxarı insanlarda müşahidə edilən simptomlar, skopolamin* plastrları ilə müalicə edilə bilər.
- Finlandiyada 10 yaşdan aşağı uşaqlar, yalnız proxlorperazinlə müalicə edilə bilərlər. Qaydalar ölkədən ölkəyə dəyişə bilər.
- Dərman preparatı səyahətdən əvvəl qəbul edilərsə daha effektli təsirə malik olur.
Patogenez və epidemiologiya
- Dəniz xəstəliyi (hərəki ürəkbulanma) hərəkət nəticəsində yaranır. Bu, ya bədənin ya da sadəcə görmə sahəsinin hərəkəti nəticəsində baş verir. Yarımdairəvi kanalların qıcıqlanması xəstəliyin patogenetik mexanizmi sayılır.
- Əhalinin demək olar ki, üçdə bir hissəsi dəniz xətəliyi (hərəki ürəkbulanma) - dan əziyyət çəkir. Bu xəstəlik, 2 yaşdan aşağı uşaqlarda nadirən rast gəlinir, amma 2-12 yaş arası uşaqlar dəniz xəstəliyi (hərəki ürəkbulanma) - dən daha sıx əziyyət çəkirlər. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir, əsasən də mensturasiya və hamiləlik müddətində.
Simptomlar
- Solğun, soyuq və tərli dəri
- Əsnəmə, ağız suyunun artması və inildəmək
- Vaxtaşırı qusma ilə müşahidə edilən ürəkbulanma
- Tənəffüs tezliyinin artması, gəyirmə, köp, qəbizlik və ya ishal
- Digər dəyişkən simptomlara aiddir: başağrısı, təlaş, üzdə və ətraflarda soyuqluq hissi, həyəcan, iştahanın itməsi, zəiflik hissi, döş qəfəsində sıxılma hissi, istilik hissi.
Qarşısının alınması (profilaktika)
- Səyahət zamanı və səyahətdən əvvəl spirtli içki qəbul edilməməlidir. Spirtli içki dəniz xəstəliyi (hərəki ürəkbulanma) üçün əlac deyildir.
- Səyahət zamanı yüngül yeməklər və kafi miqdarda maye qəbul edilməlidir. Qısa səyahətlərdə yemək qəbulundan qaçınılmalıdır.
- Qayıq, gəmi, təyyarə kimi nəqliyyat vasitələrinin mərkəzi hissəsində durulmalıdır. Avtomobildə ən yaxşı yer, ön görüntülü qabaq oturacaqdır. Qayıqda ən yaxşı yer isə üfüqdə uzağı görən yan göyərtə sayılır.
- Boyunu önə əymək ən pis pozisiyadır. Məsələn, dəniz xəstəliyindən (hərəki ürəkbulanma) əziyyət çəkən uşaq avtomobildə səyahət edərkən mütaliə etməməlidir. Başı dik saxlamaq məsləhət görülür.
- Gözübağlı şəkildə uzanmaq ən yaxşı pozisiya hesab edilir.
- Kəskin qoxular dəniz xəstəliyini (hərəki ürəkbulanma) təşfiq edə bilər. Təmiz hava və yaxşı hava cərəyanı təmin edilməlidir.
- İsti geyimlər dəniz xəstəliyinin (hərəki ürəkbulanma) qarşısını ala bilər.
- Psixoloji faktorlar təsir edə bilər. Şəxsləri dəniz xəstəliyi (hərəki ürəkbulanma) riski ilə qorxutmayın. Sərnişinlər, xəstəliyin baş qaldırmasını gözləməkdənsə başlarını nəyləsə qatmalıdırlar.
Dərmanla müalicə
- Plastr şəklində istifadə edilən skopolamin ən təsirli dərman preparatı hesab edilir.
- Səyahətdən 5-6 saat əvvəl plastrı qulağın arxa, quru, təmiz, tüksüz nahiyyəsinə yerləşdirin.
- Dərmanın təsir müddəti 72 saatdır. Əgər qısamüddətli təsir tələb olunursa plastr, daha tez kənarlaşdırıla bilər (hətta səyahət ərzində də) : dərmanın qandakı konsentrasiyası, dəri vasitəsilə sorulmuş dərman maddələrinin qan dövranına tədricən buraxılması sayəsində yavaş-yavaş aşağı düşür.
- Əgər uzunmüddətli təsir tələb olunarsa plastr, 3 gündən sonra kənarlaşdırılır və yenisi digər qulağın arxa nahiyyəsində yerləşdirilir.
- Plastra toxunduqdan sonra əlinizi mütləq təmiz bir şəkildə yuyun, çünki dərman maddəsi əlinizdən gözünüzə keçərək göz bəbəklərinizi qıcıqlandıra bilər. Plastrın yerləşdirildiyi nahiyyə də prosedurdan sonra təmiz bir şəkildə yuyulmalıdır.
- Antixolinergik yan təsirlər, dərman preparatlarının düzgün istifadəsi zamanı adətən zəif olur: ağızda quruluq hissi, yuxululuq və yaxından görmənin pozulması. Müalicə olunan xəstədə sidik tutmaya meyillilik varsa və ya yüksək gözdaxili təzyiq hekayəsinə malikdirsə əlavə müdaxilə tələb edilir.
- Skopolamin*, 10 yaşından aşağı uşaqlara və hamilələrə tövsiyyə edilmir. Müalicə müddətində spirtli içkidən istifadə edilməməlidir.
- Antihistaminlər ən çox istifadə edilən dərman vasitələridir.
- Siklozin, ən az yuxululuq yaratdığına görə ilk tərcih edilən dərman preparatı sayılır. Bu dərman preparatı, 12 yaşdan aşağı uşaqlarda istifadə edilə bilər.
- Meklozin, müalicə və profilaktika üçün əsaslı göstəriş olduqda, 12 yaşdan aşağı uşaqlarda və hamilələrdə istifadə edilə bilər.
- Metoklopramid* və proxlorperazin* də orta təsirli antihistaminlər qədər təsir effektinə malikdirlər və xəstədə o qədər də çox halsızlıq yaratmırlar.
- Metoklopramid, həblər, oral həlledicilər və rektal suppozitoriyalar (istifadəsi üçün xüsusi göstəriş olduqda) şəklində mövcud olur. Gündəlik dozası, 1-3 dəfə 10mg-dır. 18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır. Əks təsir olaraq ekstrapiramidal simptomlar ortaya çıxa bilər.
- Proxlorperazin, həblər və suppozitoriyalar (istifadəsi üçün xüsusi göstəriş olduqda) şəklində mövcud olur. 1- 5 yaşlı uşaqlarda gündəlik doza - 2,5mg iki dəfə; 6-11 yaşlı uşaqlarda gündəlik doza - 5mg 2-3 dəfə; 12-16 yaşlı uşaqlarda gündəlik doza - 5mg 3 dəfə və böyüklərdə isə - 5-10mg 3 dəfədir. 25mg suppozitoriya gündəlik olaraq 1-2 dəfə təyin edilir.
Dərman terapiyasının prinsipləri
- Bütün dərman preparatları səyahətdən öncə qəbul edildikdə daha effektiv təsirə malik olurlar.
- Hərəkətə uyğunlaşma, dənizdə 2-3 gün keçirildikdən sonra baş verir və bu halda dərman istifadəsinə ehtiyac azalır.
- Dərmana qarşı tolerantlıq sıx hallarda rast gəlinir; kəskin göstəriş olmadığı təqdirdə gündəlik dərman istifadəsindən qaçının.
- Qusan xəstələr üçün suppozitoriyalar daha çox əlverişlidir.
- Mərkəzi sinir sisteminə (MSS) təsir edən spirtli içkilər və narkotik maddələr, dəniz xəstəliyində (hərəki ürəkbulanma) istifadə edilən dərman preparatlarının yaratdığı yuxululuğu daha da artırır.