Yaşlılarda qeyri-iradi sidik ifrazı
EBM Klinik protokolları
03.08.2017 • Sonuncu dəyişiklik 03.08.2017
MariaNuotio
Əsaslar
- Yaşlı insanlarda qeyri-iradi sidik ifrazı ( sidikqaçırma ) problemi onların və ailə üzvlərinin həyat keyfiyyətinə eləcə də səhiyyə xərclərinin artmasına təsir edir. Bu vəziyyət davamlı institusional qayğı tələb edir.
- Xəstə çox vaxt lazımi yardımı əldə etməyə utanır.
- Yaşlı insanlarda qeyri-iradi sidik ifrazının müalicəsi və ya vəziyyətin ən azından qismən də olsa yüngülləşdirilməsi üçün bir sıra müalicəvi vasitələr mövcuddur.
Yayılma və növləri
- Qadınlarda və institusional qayğı altında yaşayanlarda qeyri-iradi sidik ifrazı daha çox təsadüf edilir.
- 70 yaşdan yuxarı şəxslər arasında qadınların yarısından çoxu, kişilərin isə dörtdə biri qeyri-iradi sidik ifrazından əziyyət çəkir.
- İmperativ Sidik Saxlanmazlığı
- Təcili, qəflətən sidiyə çıxma istəyi ilə xarakterizə olunur.
- Sidik kisəsinin hiperaktivliyi hallarının bir hissəsi, qeyri-iradi sidik ifrazı müşahidə olunmayan imperativ çağırışlarla özündə birləşdirən başqa simptomlar, tez-tez sidik saxlamamaq və nokturiya.
- Daha çox kişilərdə rast gəlinən tip.Əsas səbəb kimi, xoşxassəli prostat hiperplaziyasının səbəb olduğu xarici sidik kanalında sidik axınına yüksəlmiş müqavimət göstərilir.
- Gərginlik ( Stress ) Sidik Saxlanmazlığı
- Fiziki gərginlik zamanı sidiyin qeyri-iradi ifrazı
- Qadınlar üçün daha xarakterikdir
- Kişilərdə nadir hallarda müşahidə edilir, əsasən prostat cərrahiyyəsindən sonra rast gəlinən ağırlaşmalar zamanı qeydə alınır
- Qarışıq Sidik Saxlanmazlığı
- Gərginlik və imperativ sidik saxlanmazlığının kombinasiyası
- Daha çox qadınlarda rast gəlinən tip
- gərgin dolmuş sidik kisəsi nəticəsində qeyri-iradi sidik ifrazı
- Sidik kisəsinin kəskin və ya xroniki olaraq tam boşaldıla bilinməməsinin səbəb olduğu qeyri-iradi sidik ifrazı
Yaşlanma ilə bağlı dəyişikliklər
- Qadınlar
- Sidik-cinsiyyət orqanlarının selikli qişasının atrofiyası
- Uşaqlığın sallanması
- Uretranın qısaldılması
- Kişilər
- Prostat vəzisinin xoşxassəli hiperplaziyası
- Kişilər və Qadınlar
- Yıgılma funksiyasının pozulması ilə müşahidə olunan detrusor hiperaktivlik.
- Sidik kisəsinin funksional həcminin kiçilməsi qalıq sidiyin miqdarının artmasına gətirib çıxardır.
- Böyrəklərin sidiyin azalmasına nəzarət qabiliyyəti.
- Gecə ifraz olunan sidiyin miqdarı (nokturnal poliuriya), gündüz ifraz olunan sidiyin miqdarından artıq olması.
Yaşlılarda qeyri-iradi sidik ifrazı ilə bağlı faktorlar
- nevroloji xəstəliklər
- Yaddaş pozğunluqları
- Serebrovaskulyar xəstəliklər və beyinin dərin qişalarındakı ağ maddədə baş verən MRT zamanı aşkarlanan dəyişikliklər
- Parkinson xəstəliyi
- Normal təzyiqli hidrosefaliyada (NPH) müşahidə olunan simptomların üçdə biri
- Digər xroniki xəstəliklər
- 2-ci tip şəkərli diabet
- Ürək-damar xəstəlikləri
- Ağciyər xəstəlikləri
- Sümük-oynaq xəstəlikləri (spinal stenoz)
- Depressiya və depressiv simptomlar
- Bağirsaq simptomları
- Mobilliyin və funksional imkanların azalması
- Sayıqlama
- Sidik yollarının kəskin infeksiyası
- Əlavə olaraq, asimptomatik bakteriuriya yaşlı adamlar üçün daha çox xarakterikdir və bu halda heç bir müalicəyə ehtiyac duyulmur
- Dərman preparatları
- Diuretiklər
- Antixolinergik xüsusiyyətlərə malik antipsixotik dərman vasitələri
- Mərkəzi sinir sisteminə təsir edən analgetiklər
- Hipotoniklər və Sedativlər
- Altsheymer xəstəliyində istifadə olunan Asetilxolinesteraza inhibitorları
Müalicə
- Müayinə və müalicənin növü qeyri-iradi sidik ifrazının tipinə və səbəblərinə görə müəyyən olunur.
- Xəstənin hər hansı bir yaddaş xəstəliyinə, yanaşı xəstəliklərə və yaxud da müxtəlif dərman maddələrinə həssaslığa malik olması halında hərtərəfli müayinə və bərpaedici müalicə aparılmalıdır.
İmperativ sidik saxlanmazlığı ilə müşahidə olunan sidik kisəsinin yüksək həssaslığı
Dərman terapiyası
- Antimuskarin dərman vasitələri
- Oksibutin, tolterodin, trospium xlorid, solifenasin, darifenasin və fesoterodin
- Yan təsirlər: quru ağız, qəbizlik, sidik tutulmaları, ortostatik aşağı arterial təzyiq, yaddaş pozğunluqları, çaşqınlıq
- Asetilxolinesteraza inhibitorları ilə birlikdə istifadə yüksək həssaslıqla nəzərdən keçirilməlidir.
- Ən aşağı başlanma və davametmə dozaları seçilməlidir.
- Müalicəyə cavab verilmə və əks təsirlər diqqətlə nəzərdən keçirilməlidir.
- Mirabegron
- Antimuskarinlərə əks təsir göstərməyən Beta-3 adrenergik reseptorların aqonisti. Ürək-damar xəstəliklərinə və yüksək arterial təzyiqə malik şəxslər xüsusilə diqqətli olmalıdırlar. Xəstəliyin uzanması riski olan şəxslərdə kardiak QTc zamanı da izlənilməlidir.
- Qeyri-iradi sidik ifrazının müalicəsi zamanı ağızdan qəbul olunan hər hansı bir dərman preparatının uyğunluğu və ona qarşı bədənin həssaslığı, GFR dəyəri ilə müəyyən olunmuş ümumi böyrək çatışmazlığına əsasən nəzərə alınmalıdır.
- Xoşxassəli prostat hiperplaziyası zamanı dərman terapiyası
- Alfa-1-reseptorunun antoqonistləri (tamsulosin, alfuzosin)
- Xəstə ortostatik hipotenziyaya görə nəzərdən keçirilməlidir.
- 5-alfa-reduktaz inhibitorları ( finasterid, dutasterid )
- Kəskin Təcili qeyri-iradi sidik ifrazında botulin toksin A-nın sidik kisəsi əzələsinə inyeksiyası düşünülə bilər.
- A beta-3 adrenergik aqonist (mirabegron), yüksək aktivlikli sidik kisəsinin və təcili qeyri-iradi sidik ifrazının müalicəsində tətbiq olunan ən yeni dərmanlardandır ( Bu dərman preparatlarının yaşlı insanlar üzərində tətbiq olunmasına dair təcrübələr kifayət qədər deyil ) " ?
- Estrogenlərlə aktual terapiya
- Qadınlarda təcili tipli qeyri-iradi sidik ifrazı simptomlarını aradan qaldıra bilər.
Digər terapiyalar
- Xüsusi qrafiklə tualetə getmək (zamanlı ifrazat)
- Proqramlaşdırılmış şifahi tualet xatırlatmaları proqramı internat evlərində də tətbiq edilə bilər
Nokturiya və gecə enurezi
- Günün günorta vaxtında diuretiklərin qəbulunun dəyişdirilməsi
- İnternat evlərində yuxudan əvvəl vaxtaşırı kateterizasiya ( daxili və xarici kateterizasiya)
- Xəstədə aşağı ətrafların ödemi zamanı kompressor corabların istifadəsi
- Gecə vaxtı antimuskarin dərman preparatlarının və yaxud da mirabegronun istifadəsi
- Hiponatremiya riski səbəbiylə desmopressin əks göstərişdir.
Qadınlarda gərginlik və qarışıq tipli qeyri-iradi sidik ifrazı
Fiziki məşğələ terapiyası
- Yaşlılar da daxil olmaqla xəstələrdə ilk tərceh edilən terapiya növüdür.
- Çanaq dibi əzələlərinin ayrıca və yaxud da aşağı ətraf əzələləri ilə birlikdə fiziki məşğələsi. Əgər döstərişdirsə məşğələlər fizioterapistin nəzarəti altında aparılmalıdır.
- Ümumi bədən tərbiyyəsinə təşviq ( yaşlı şəxslərdə qeyri-iradi sidik ifrazının qarşısını alır )
Cərrahiyyə
- Mini-invaziv suburetral kəmər prosedurları (TVT və TOT ) xəstələr tərəfindən olduqca yaxşı tolerə edilir və bu səbəbdən də yüksək gərginlikli sidik saxlanmazlığı müşahidə olunan bir çox yaşlı qadınlarda da istifadəsi uyğundur.
- Sidik kanalı ətrafına poliakrilamid hidrogelin (Bulkamid®) inyeksiyası, təhlükəsizlik baxımından cərrahi müdaxilənin riskli olduğu yaşlı qadınlar üçün uyğundur.
- Mini-invaziv kəmər prosedurları, yaşlı kişilərdə yüngül və orta dərəcəli sidik saxlanmazlığı müşahidə olunduğu zaman tətbiq edilə bilər.
Dərman terapiyası
- Duloksetin, mərkəzə yönəlik təsir göstərir və serotonin və noradrenalinin reabsorbsiyasını inhibə edərək pudental sinirin aktivliyini artırır, bu isə öz növbəsində cizgili uretral sfinkterin tonusunu artırır.
- Onun təsiri olduqca aşağıdır və terapevtk dozası yaşlılar tərəfindən olduqca zəif tolerə edilir (mənfi təsirlərə ürək bulanmanı aid etmək olar)
Artmış qeyri-iradi sidik ifrazı
- Qalıq sidiyin həcmi ultrasonoqrafiya və ya sadəcə kateterizasiya vasitəsilə ölçülməlidir
- Sidik axınına göstərilən hər bir maneə istisna edilməlidir.
- Kişilərdə xoşxassəli prostat hiperplaziyası
- Qadınlarda orqanların nəzərə çarpan yerdəyişmələri
- Qəbizliyin müalicəsi, sidik kisəsinə rahatlayıcı təsir göstərən dərman preparatlarının tədricən tərgidilməsi (xüsusilə antixolinergiklərin)
- Sidik kisəsinin tamamilə boşaldılması mümkün ola biləcək ən tez intervallı periodik kateterizasiyanın tətbiq olunmasıyla aparılmalıdır.
- Xroniki sidik tutulmaları hallarında qalıcı kateterin istifadəsindən qaçınılmalıdır.
Reabilitasiya aspektləri
- Mobilliyin və funksiyonal potensialın saxlanılması və təşviq edilməsi sidik kisəsinin idarə edilə bilməsini yaxşılaşdırır.
- Xəstəliyin kəskin dövründən ya da cərrahi əməliyyatdan sonra sürətli və effektiv reabilitasiya, uyğun mobil yardımlarla təmin olunmalıdır.
- Qalıcı kateter, sidik kisəsinin kantrolunu saxlamaq, kateter mənşəlli infeksiyalardan və digər ağırlaşmalardan qaçınmaq üçün mümkün qədər tez kənarlaşdırılmalıdır.
- Xəstələr evdə və internat evlərində tualetə gedən maneəsiz və təhlükəsiz yollarla təmin olunmalıdır.
Qeyri-iradi sidik ifrazından qorunmaq
- Tez-tez dəyişilə bilən yüksək keyfiyyətli bezlər və alt paltarlarından istifadə edilməli
- Kişilər üçün mövcud olan müxtəlif çeşidli çantalardan istifadə edilməli
- Bezlərdən istifadəni qəbul etmək yaşlı kişilər üçün psixoloji cəhətdən daha çətin ola bilər və buna görə də onlara məsləhətlər və məlumatlar verilən zaman yüksək həssaslıq göstərilməlidir.
Digər vacib faktorlar
- Xəstənin və onun ailəsinin arzu və istəkləri nəzərə alınmalıdır.
- Qeyri-iradi sidik ifrazına malik xəstənin əhvalına diqqət yetirilməli və lazım gəldikdə xəstəyə antidepressant təyin edilməlidir.
- Qəbizlik müalicə edilməlidir.
- Bütün dərman preparatları nəzərdən keçirilməlidir.
- Yaddaş pozğunluğu müşahidə olunan xəstələrdə sidiyin qeyri-iradi ifrazının digər mümkün ola biləcək səbəbləri də nəzərə alınmalıdır.
Göndəriş meyarları
- Urinar tıxac şübhəsi ( qadınlarda orqanların yerdəyişməsi və kişilərdə prostat problemləri )
- Kəskin simptomlar
- Yalnız konservativ terapiya ilə heç bir nəticə əldə edilməmişdir
- Cərrahiyyə sonrası ağırlaşmalar
Uyğun mənbələr
DuBeau CE, Kuchel GA, Johnson T 2nd et al. Incontinence in the frail elderly: report from the 4th International Consultation on Incontinence. Neurourol Urodyn 2010;29(1):165-78. Schröder A, Abrams P, Andersson KE ym. Urinary incontinence in frail/older men and women. Guideline on urinary incontinence: European Association of Urology 2010