Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yeniyetmələrin zərərli vərdişləri

Mündəricat

Yeniyetmələrin zərərli vərdişləri

EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
PekkaAarninsalo

Əsas məqamlar

  • Yeniyetmələrin zərərli maddələrdən istifadəsi və müdaxilənin müəyyənləşdirilməsi, hətta ara-sıra istifadəsi belə sağlamlıq üçün ciddi təhlükələrlə nəticələnə bilər.
  • Mümkün intihar meyllərinin müəyyənləşdirilməsi və psixotik xəstənin psixiatrik təcili yardıma yönləndirilməsi.
  • Zərərli maddələrdən ara-sıra istifadə edildiyi zənn edildikdə belə, 18 yaşdan aşağı yeniyetmələrin valideynləri ilə əlaqə saxlanılması.
  • Lazım gəldiyi halda uşaq müdafiə orqanlarına müraciət edilməsi.

Epidemiologiyası

  • 2010-cu illər ərzində Finlandiyada alkoqol və narkotikdən istifadə azalmışdır. Bu epidemiologiya müxtəlif ölkələr üzrə fərqli olaraq dəyişir (bax  ).
  • Evdə yetişdirilən marixuana istehsalı və eyni zamanda bitkilərin tərkibindəki THK (tetrahidrokannabinol) da əhəmiyyətli dərəcədə artmışdır. Əvvəllər ölkəyə idxal edilən həşişin THK tərkibi bitkinin qurudulmuş çiçəkləri və yarpaqlarından ibarət olan marixuanaya nisbətən daha yüksək idi. Son illərdə polis tərəfindən müsadirə edilən evdə yetişdirilmiş marixuanada THK həşişə nisbətən daha artıqdır.
  • Yalnız bəzi təcrübəçilər maddələrdən asılılıqlarını artırır və ya alkoqol və ya narkotiklərdən həddən çox istifadə etməyə başlayırlar.
  • Finlandiyada 2014-cü ildən alkoqol və narkotik istifadəsi ilə bağlı əhalinin sorğulanmasına əsasən sorğulanan 15-24 yaşlıların 23%-nin ara-sıra anaşadan istifadə etdiyi məlum olmuşdur. Amfetamin və opioid istifadəçiləri 20 000-30 000 (100 000 sakindən təxminən 360-550 nəfəri) nəfər təşkil etmişdir ki, onların da çoxu 18 yaşdan yuxarı olanlardır; 3500-5000 nəfəri isə 15-24 yaş həddindədirlər. 
  • 2011-ci ildə Avropa məktəblərində aparılan araşdırmalara əsasən 15&#x2013 11%; 16 yaşlılar bəzən anaşadan istifadə edirlər (keçən ay ərzində 3%). Sorğulananlardan 4% bəzi vaxtlarda başqa narkotik vasitələrdən istifadə etmişlər. 15&#x2013 nisbəti; 24 yaşlı amfetamin və ya opioid istifadəçiləri 0.6–1% in 2005."?> kimi müəyyənləşdirilmişdir."?>
  • Anaşa, amfetamin və opioidlərdən (çox hallarda buprenorfindən aşırı istifadə) başqa, ən çox istifadə edilən maddələrə ekstazi, QHB (qammahidroksibutirat) və QBL (qammabutirolakton) və eyni zamanda halüsianator göbələklər daxildir. Fərqli dizaynda olan narkotiklərdən ən çox istifadə ediləni amfetaminə bənzəyən MDPV-dir.
  • 2011-ci ildə Avropa məktəblərində aparılan araşdırmaya əsasən təxminən 15-16 yaşlıların yarısının bəzən həddindən artıq içkili olduqları müəyyənləşdirilmişdir. Keçən ay qızların 36%, oğlanların isə 32%-nin ağır içkili vəziyyətdə olduqları aşkara çıxarılmışdır. Bu yaş həddində olan yeniyetmələrin 10%-nin həftə ərzində sərxoş olduğu faktı müəyyən edilmişdir.

Prolemin müəyyənləşdirilməsi

  • Toksikasiya, özünü idarə edə bilməmə və ya sərxoşluğun qəzaya səbəb olduğu hallarda yeniyetmə birbaşa müalicəyə göndərilir.
  • Yeniyetmə depressiya, nevroz və ya yuxu pozğunluğu yaşadığı hallarda kömək axtarır.
    • Maddədən istifadə və simptomlar arasında mümkün ola biləcək əlaqə tədqiq edilir. Gənclər, məsələn, anaşadan mütəmadi istifadə və depressiya arasında hər hansı bir əlaqənin ola biləcəyini düşünməyə bilərlər.
    • Sorğular birbaşa və neytral aparılmalıdır. Simptomlar barədə suallar düşünülərək, ehtiyatla verilməlidir, çünki yeniyetmələr, adətən, maddə istifadəsi haqqında verilən sualları ittiham kimi qəbul edə bilirlər.
  • Valideynlər narkotiklərdən istifadə və ya narkotiklə bağlı problemlərdən şübhələndikləri zaman sağlamlıq xidmətləri ilə əlaqə saxlayırlar, lakin yeniyetmələr bunu müzakirə etməkdən imtina edirlər.
    • Şübhələnməyə əsas olduğu halda, valideynlər bu barədə birbaşa yeniyetmənin özündən soruşmalıdırlar. Əgər gənc narkotik və ya spirtli içkidən aşırı istifadə edərək bunun mütəxəssislərlə müzakirəsinə etirazını bildirirsə, valideynlər yeniyetmələr üçün olan narkotikdən müalicə mərkəzinə kömək üçün müraciət etməlidirlər.
    • Hətta ailənin bütün üzvlərinin iştirak etmədiyi halda belə, ailə müalicəsi vasitəsilə dəyişiklik mümkündür.
  • Məktəbdə narkotikdən istifadə şübhələri mövcuddur.
    • Məktəbdə narkotikdən istifadənin mümkün olduğu halda buna müdaxilə planı olmalıdır.
    • Narkotikdən istifadənin narahatçılığa səbəb olması ilk növbədə bunu doğuran məsələlərə aydınlıq gətirilməsi üçün təşkil edilmiş gizli söhbət zamanı açıqca ortaya qoyulmalıdır.
    • Valideynlərə narkotik istifadənin aşkara çıxarılması haqqında məlumat verilməlidir.
  • Yeniyetmələr maddədən istifadəyə son vermək üçün  kömək axtarırlar.

Müalicəsi

  • Vəziyyətə somatik və eyni zamanda psixiatrik nöqteyi-nəzərdən baxılır.
  • Müalicə dərmanlardan daha çox terapiyaya yönəldilir.
  • Müalicənin təşkili region və ölkələr üzrə müxtəlif cür aparılır. Daha böyük şəhər mərkəzlərində gənclər üçün stansiyalar (ümumilikdə 13-23 yaş həddi) və ya narkotik istifadəsi üzrə ixtisaslaşmış  digər müalicə mərkəzləri təşkil olunur.
  • Başqa yerlərdə yeniyetmələrin narkotik problemləri digər səhiyyə və sosial xidmətlərin bir hissəsi kimi həll olunur. Stasionar müalicə ümumilikdə uşaq sosial xidmətləri vasitəsilə həll olunur.
  • Maddə istifadəsi, adətən, gənclər üçün olan psixiatrik klinikalarda olan xəstələrin çoxsaylı  problemlərinin yalnız bir hissəsini təşkil edir.
  • Gəncin ailəsi müalicəyə cəlb edilməlidir. Yeniyetmənin narkotikdən istifadə etməsini problem olaraq görmədiyi hallarda ailəvi terapiya seansları vəziyyətin dəyişməsində müsbət rol oynaya bilər. Tədqiqatlara əsasən ailə terapiyasının fərdi terapiyaya nisbətən daha effektiv olduğu müəyyən edilmişdir .
  • Gənclər üçün olan narkotikdən müalicə mərkəzlərinin çoxunda dərmansız müalicə vasitələrindən istifadə edilir, burada dərman, məsələn, tərgitmə akupunkturu ilə əvəz olunur.

Müşayiətedici patologiyalar

Dərmanlar

Uşaqları müdafiə xidmətləri ilə əməkdaşlıq

 

ESPAD Report 2015: Results from the European School Survey Project on Alcohol and Other Drugs.European Monitoring Centre on Drugs and Drug Addiction / European School Survey Project on Alcohol and Other Drugs (ESPAD), 2016