Electrical injuries
EBM Klinik protokolları
09.05.2017 • Sonuncu dəyişiklik 09.05.2017
Editors
Əsas müddəalar
- Xəstəyə lazımı qaydada kömək göstərilməsindən əvvəl, onu elektrik cərayanı dövrəsindən ayırmaq lazımdır. Yüksək gərginlikli cərəyanın söndürülməsi elektrik təchizatı şirkəti tərəfindən təsdiqlənməlidir. Yüksək gərginlikli elektrik cərayaının qövsü bir neçə metrə çata bilər.
- Təcili yardım simptomatikdir və həyati funksiyaları (tənəffüs və qan dövranını təmin etmək; ehtiyac olduqda reanimasiya tədbirlərini həyata keçirmək) təmin etmək məqsədini daşıyır.
- Hündürlükdən yıxılma ilə əlaqədar, zədələnmə/yaralanma ehtimalları nəzərə alınmalıdır: huşunu itirmiş xəstələrdə boyun fəqərələrinin zədələnməsi, digər sınıqlar, əzələlərin və ya daxili orqanların xəsarət alması.
- Dəri yanıqları adi qaydada müalicə olunurlar. Yanıq sahəsi böyük olduqda və ya daxili orqanların zədələnməsi zamanı, maye terapiyası tətbiq edilir və sidik ifazı hər saatdan bir yoxlanılır.
- Pasiyent huşunu itirmişdirsə, aritmiya və ya EKQ dəyişiklikləri aşkar edilmişdirsə və ya onda əvvəlcədən ürək xəstəlikləri olmuşdursa, onun xəstəxanada kardio-monitor müşahidəsi təşkil edilir.
- Zədələnmə evdə və aşağı gərginlikli elektrik cərəyanın təsiri nəticəsində baş veribsə, EKQ normaldırsa və xəstədə hər hansı digər bir simptomatika yoxdursa müşahidə lazım deyil.
- Kontakt xəsarətləri cərrahi yolla müalicə olunur. Elektrikli cəryanının vurduğu xəsarət, xəstənin geyimi yanmamyıbsa, konservativ olaraq müalicə edilir; belə hallarda alınan zədə adi yanıq zədəsi kimi təsnif edilir. Əgər xəsarət alınmasından sonra ürək dayanamsı və / və ya təcili yardım şöbəsinə çatdırıldıqda aritmiya varsa (aritmiya, infarkt) xəstə kardiomonitor vasitəsi ilə monitorinq edilməlidir. Rehidratasiya yanmış ərazinin sahəsinin böyüklüyünə uyğun olaraq aparılmalıdır. Elektrikli yanıqları zamanı, mayeyə tələb adi yanıq xəsarətlərindən daha çox olur. Rabdomiolizlə əlaqəli olaraq yaranmış böyrək çatışmazlığının gücləndirilmiş diurez və sidiyin qələviliyi (aşağıda bax) ilə qarşısı alınmalıdır. Profilaktika: erkən profilaktik fassiotomiya əzələ yataqlarında yaranacaq təzyiqi azaldır. Təxliyə zamanı və ya təcili yardım şöbəsində ürək dyanması, aritmiya və ya digər EKQ anormallığı təyin edilmişdirsə, ürək funksiyası monitor vasitəsi ilə müşahidə edilməlidir. "?>
Elektik cərayanı təsirinə məruz qalma
- Elektrik cərayanının gücü Om qanunu ilə müəyyən edilir.
- elektrik cərəyanı I (amperlərlə- A) = gərginlik V (V voltlarla,) / müqavimət R (omlarla)
- İnsan bədəni toxumalarının müqaviməti
- Quru dəri 100 000 om
- Nəm dəri 2 500 om
- Daxili orqanlar 500 om
- Ən təhlükəli vəziyyət, ürək (əl-əl və ya əl-ayaq tipli) və ya kəllə nahiyəsindən keçən cərəyanlardan qaynaqlanır.
- 2000 mA-dan çox olan cərəyan asistolaya səbəb olur. Ürək öz-özünə normal ritmə qayıda bilər, ancaq tənəffüs reanimasiyasız bərpa olunmayır.
- Yüksək gərginlik (1000 V-dən çox olan gərginlik, məs. dəmir yollarının elektrik xətləri, elektrik dayaqları) elektrik qövsü yarada bilər. Belə hallar isə adətən ağır, yəni üçüncü dərəcəli yanıqlara səbəb olur.
- 100-2000 mA gücündə olan gərginlik ventriküler fibrilasiyaya səbəb olur və ya belə gərginliyin gecikmiş təsiri (1-3 saat müddətində gecikmə) nəticəsində miokard infarktı ola bilər.
- Cərəyanın təsir müddəti, bir tam ürək siklinin müddətindən çox davam edərsə, ventriküler fibrilyasiya ehtimalı daha yüksəkdir. Elektrik cəryanının təsiri anının ürək sikli fazasının hansı mərhələsində baş verməsi çox vacibdir.
- Cərəyan təsiri nəticəsində dəridə zədələnmələr görünə bilər. Dəri yanıqlarının ağırlığı cərəyanın təsir müddətindən və təmas zamanı yaranan vəziyyətdən asılıdır.
- Məişətdə (evdə) olan cərəyan (230 V) aritmiya, yanığa və s. səbəb ola bilər (məs.barmaqlarda nekrozlaşmış toxuma ola bilər).
- 20-100 mA-lik cərayanla təmas uzun müddət ərzində (> 1 dəq) olubsa, beyin və miokard hipoksiyası nəticəsində əmələ qələn bir sıra hallar- aritmiya, huşun itirilməsi və ya konvulsiyalar meydana çıxan bilər.
Simptomları
Dərhal baş verən/ kəskin xəsarətlər:
- Dəri yanıqları travması;
- Dərin zədələnmələr əzələ yatağının ödemini yaradır, bu isə rabdomiolizə və əzələ nekrozuna səbəb ola bilər.
- Asistolyalar, aritmiyalar, infarktlar, sinus taxikardiyaları;
- Apnoe (hipoksiya), koma (neyron zədələnməsi);
- Ümumi vazokonstriksiya;
- İldırım travması, hər iki timpanik membranların yırtılmasına səbəb ola bilər;
- Daxili orqan perforasiyası, nekroz;
- Parvertebral əzələlərin gərginləşməsi səbəbindən vertebral kompressiya sınıqları ola bilər.
Gecikmiş zədələnmələr (1 gün - 2 il)
- Sinir sistemi
- Xüsusilə servikal və torakal nahiyələrdə demielinizasiya nəticəsində yaranan nevroloji simptomlar.
- Polinevopatiyalar
- Onurğa beyninin gecikən zədəsi (çox vaxt geri dönür və yalnız motor fəaliyyətinə təsir edir, sensor funksiya normal olaraq qalır)
- Böyrəklər
- rabdomiolizin səbəb olduğu böyrək çatışmazlığı
- Qan damarları
- Gözlər
- Baş və ya boyuna təsir edən elektrik cəryanaı xəsarətlərindən 0–3 il sonra yaranmış kataraktalar.
Müalicəsi
- Elektrik açarından istifadə edərək və ya cərayan xəttini bağlayaraq (izolyasiya edilmiş əlcəklər və ya digər izolyasiya edilmiş geyimləri xatırlayın!), xəstəni elektrik cərəyanı dövrəsindən ayırın (məsələn enerji təchizatı xəttini söndürməklə). Yüksək gərginlikli cərəyan xətti elektrik şirkəti tərəfindən söndürülür.
- Dəyişən elektrik cərəyanı əzələ gərginləşməsi yaradaraq, insanın asanlıqla enerji mənbəyinə “yapışmasına” səbəb olur.
- Təcili yardım simptomatikdir və həyati funksiyaları (tənəffüs və qan dövranını təmin etmək) qorumaq məqsədini daşıyır.
- Lazım olduqda reanimasiya:
- Elektrik enerjisinin mərkəzi sinir sisteminə təsiri nəticəsində bəbəklərin reaksiyasının itməsi baş verə bilər, lakin bu proqnozun pis olmasından xəbər vermir.
- Elektrik travması olan bir xəstədə 30 dəqiqə uğursuzluqla nəticələnən ürək masajından sonra beyin funksiyaları ilə bağlı proqnoz olduqca əlverişsizdir və buna görə də reanimasiyanın adi qaydada olduğundan daha çox davam etdirlməsi üçün heç bir əsas yoxdur.
- Apnoe: intubasiya, ventilyasiya. Spontan tənəffüs 30 dəqiqədən sonra da geri qayıda bilər.
- Şüurun itməsi, ürək fəaliyyətinin dayanması, aritmiya və ya digər EKQ anormallığı və ya xəstənin anamnezində ürək xəstəliyi qeyd edilibsə, ürək funksiyasını monitorinq etmək lazımdır.
- Aritmiyalar müalicə olunur. Taxikardiya və qan təzyiqinin yüksək olduğu hallarda beta blokatorlar verilir.
- Xəsarət alma aşağı gərginlikli elektrik enerjisindən (evdəki elektrik enerjisindən) qaynaqlanırsa, EKQ normaldır və xəstə asimptomatikdirsə, müşahidə edilmə lazım deyil.
- Böyrək çatışmazlığının profilaktikası, əgər göstərilibsə (bax, rabdomioliz).
- Təcili damardaxili rehidratasiya;
- Diurez saatda 100-400 ml və 24 saatda 6-7 litr olmalıdır. Zəruri hallarda oligouriyanı aradan götürmək üçün mannitol verilə bilər.
- Sidiyin qələviliyi təmin edilir (sidik pH 7-dən çox olana qədər vena daxili sistem vasitəsilə natrium hidrokarbonat (NaHCO3) əlavə edilir).
- Laboratoriya müayinələri: plazmada kreatin kinaza, kreatinin, natrium və kaliumun səviyyəsi təyin edilir.
- Dərinin yanıqları adi yanıqda olan qaydalara uyğun müalicə edilir.
- yanıq xəsarətlərinin maye terapiyasına olan ehtiyacını yaddan çıxartmayın. Elektrikli yanığı olan xəsarətlərində, normal yanıqlarda olandan daha çox maye verilməsinə ehtiyac olur.
- Kontakt xəsarətləri cərrahi yolla müalicə olunur. Elektrik qövsünün vurduğu xəsarət, paltarlar alovlanmadıqda, konservativ şəkildə müalicə olunur (belə vəziyyətlər sadə yanıq zədəsi kimi qəbul edilir).
- Taxikardiya, yüksək təzyiq: beta-blokatorlar "?>