Hipertoniya: müayinələr və müalicənin başlanması
EBM Klinik protokolları
27.04.2018 • Sonuncu dəyişiklik 07.03.2017
MattiNikkilä
SƏT təlimatlar
27.4.2018 • Son dəyişikliklər 7.3.2017
Əsas məqamlar
- Risk faktorları və yanaşı xəstəlikləri müəyyən edin və ümumi kardiovaskulyar riski hesablayın. Məqsəd ümumi kardiovaskulyar riski azaltmaqdır.
- Pasientləri qan təzyiqini azaldan və digər risk faktorlarının aradan qaldırılmasına töhvə verən həyat tərzinin modifikasiyasının aparılmasına təhrik edin.
- İkincili hipertoniyanı istisna edin.
- Həyat tərzinin modifikasiyana baxmayaraq, həkim kabinetində ölçülən sistolik QT ≥ 140 mm c.s. və ya diastolik QT ≥ 90 mm c.s., evdə və ya gün ərzində ambulator şəraitdə ölçülən QT ≥ 135/85 mm c.s. olan xəstələrdə farmakoterapiya başlanmalıdır.
- Müalicənin məqsədi sistolik QT-ni 140 mm c.s.-dan və diastolik QT-ni 90 mm c.s.-dan (evdə aparılan ölçülmələrdə <135/85 mm c.s.) aşağı salmaqdır. Yaşı 80-dən yuxarı olan xəstələrdə QT-nin hədəf göstəricisi 150/90 mm c.s.-dan (evdə aparılmış ölçülmələrdə < 140/85 mm c.s.) aşağıdır. Diabeti və ya böyrək xəstəliyi olanlarda hədəf QT-nin səviyyəsi daha aşağı olmalıdır.
Ümumi
- QT daha yüksək olduqda ürək-damar xəstəlikləri və ölüm faizi da artmış olur.
- Hipertoniya diaqnozunun təsdiqlənməsi üçün QT-nin 140/90 mm c.s. və daha çox olması gərəkdir. Evdə aparılan ölçülmələrdə isə göstərici 135/85 mm c.s. kimi götürülür.
- Optimal QT 120/80 mm c.s.-dan aşağıdır (evdə < 120/75 mm c.s.).
- Normal QT 130/85 mm c.s.-dan aşağıdır (evdə < 125/80 mm c.s.).
- Kafi (yüksək normal hədd) sayılan QT 130–139/85–89 mm c.s. arasıdır (evdə 125–134/80–84 mm c.s.).
- Təcrid olunmuş sistolik hipertoniya sistolik QT-nin ≥ 140 mm c.s., lakin diastolik QT-nin < 90 mm c.s. olması ilə xarakterizə edilir.
Qan təzyiqinin təyini evd
- QT civəli sfiqmomanometr və ya etibarlı avtomatlaşdırılmış cihazlarla ölçülə bilər. QT pasient oturaq vəziyyətdə olduqda sağ və ya sol qolda ölçülür.
- ilk dəfə diaqnostika olunan hipertoniya hallarında, QT hər iki qolda ölçülməli və hər hansı fərq müəyyən edilməlidir. Əgər qollar arasında fərq əhəmiyyətlidirsə (>10 mm c.s.-dan çox), qan təzyiqinin ən yüksək olduğu qol gələcəkdə QT-nin monitorinqi üçün istifadə edilməlidir.
- Evdə və ambulator şəraitdə 24-saatlıq QT-nin monitorinqi dominant olmayan qolda aparılır.
- Manjetin ölçüsünün düzgün seçilməsi: cədvələ bax 1
- Ortostatik hipotenziyanın təyini üçün, xüsusilə də, yaşlılarda və diabetli pasientlərdə, QT aşağıdakı kimi ölçülür: ilkin olaraq QT pasient uzanıq vəziyyətdə olarkən ölçülür, daha sonra pasient ayağa qaldıqda dərhal ölçülür və nəhayət ayaq üstə 2 dəqiqə ərzində qaldıqdan sonra bir daha ölçülür. Daha ətraflı məlumat üçün bax 1.
Cədvəl 1. Düzgün manjet ölçüsünün seçilməsi
| Manjet |
Manjetin eni |
Qolun bazu nahiyəsində dairəvi diametri |
| Böyüklər üçün kiçik manjet |
12 sm |
26–32 sm |
| Böyüklər üçün standart manjet |
14–15 sm |
33–41 sm |
| Böyüklər üçün böyük ölçülü manjet |
18 sm |
> 41 sm |
Pasientdə qan təzyiqi səviyyəsinin müəyyən edilməsi
- Hipertoniya diaqnozu həkim kabinetində (müxtəlif günlərdə aparılmış 4 ikidəfəlik ölçülmənin orta göstəricisi) və evdə (4-7 gün ərzində səhərlər və axşamlar aparılmış ikili ölçülmələrin orta göstəricisi) əsasında təyin edilmiş QT əsasında və ya ambulator 24-saatlıq QT monitorinqi zamanı QT-nin səviyyəsi əsasında müəyyənləşdirilir. Evdə aparılan ölçülmələr QT-nin təqibi üçün ən tövsiyə olunandır.
- Müxtəlif metodlarla QT-nin ölçülməsi zamanı əldə olunan QT-nin nəticələri ilə cədvəl 2 tanış olun.
- Yeni pasient üçün təkrar müayinələrin qrafiki müəyyən edilmiş QT səviyyəsindən asılı olaraq qurulur. Cədvəl 4 ilkin göstəricilərdən asılı olaraq təkrar yoxlamalar üçün tövsiyə olunan protokolu təsvir edir.
- Evdə QT-nin ölçülməsi oturaq vəziyyətdə qolun yuxarı hissəsinə taxılan avtomatik QT aparatı ilə aparılır; hər dəfə 2 dəfə ölçməklə həm səhər, həm də axşam 4-7 gün ərzində aparılır.
- Evdə QT-nin təyini səhərlər və axşamlar əldə olunmuş göstəricilərin orta səviyyəsinin hesablanması əsasında aparılır. İlk 4 gün ərzində aparılmış ölçülmələr terapiyaya ehtiyacın müəyyən edilməsi üçün kifayətdir.
- 24-saatlıq ambulator QT monitorinqi dərman terapiyasına (ən azı 3 dərmanla farmakoterapiyaya) rezistent olan hipertoniya, dərmanla müalicə zamanı hipotenziya epizodları, QT-nin paroksizmal qalxması və ya enməsi, gecə baş verən yüksək QT hallarında və ya evdə və xəstəxanada aparılan ölçülmələrdə ciddi fərq müəyyən olunduqda istifadə edilə bilər.
- Ağ xalatla bağlı hipertoniya həkim və ya orta tibb personalı tərəfindən QT-nin ölçülməsi zamanı pasientdə QT-nin yüksək olması ilə təzahür edir. Həmin pasientlərdə evdə QT və ya gün ərzində ambulator QT göstəriciləri norma daxilində olur.
- "Ağ xalat" hipertoniyası, dayanıqlı hipertoniya inkişafının proqnostik amilidir və dərman müalicəsinə ehtiyacı dəyərləndirmək üçün müntəzəm kontrol-müayinələrin aparılmasını zəruri edir.
- Müalicə qərarları adətən evdə QT və ya ambulator QT ölçülmələrinə əsaslanır.
- Latent hipertoniyada, evdə ölçülən QT səviyyəsi və ambulator QT monitorinqi zamanı onun sutkalıq səviyyəsi yüksəlmişdir, lakin həkim kabinetində ölçüldüyü zaman QT normadadır.
- Müalicə qərarları evdə ölçülmüş QT və ya ambulator QT ölçülmələrinə və pasientin risk faktorlarına əsaslanır.
- Psevdohipertenziyada, qan təzyiqi yüksəlmiş və medikamentoz müalicəyə reaksiyası zəifdir, lakin hədəf orqanların zədələnməsi baş vermir.
- Pasientlər adətən yaşlıdır. Psevdohipertenziyanın səbəbi bazu arteriyasının kalsifikasiyasıdır; QT-nin xarici manjet vasitəsilə ölçülmələri, real arteriya-daxili təzyiqdən yanlış olaraq yüksək göstəricilərin əldə edilməsinə gətirir.
- Çox zaman diaqnozun təsdiqi üçün mütəxəssisə göndərişin verilməsi zəruri olur.
Cədvəl 2. Müxtəlif ölçülmə metodlarına uyğun qan təzyiqi göstəriciləri
| Ölçülmə metodu |
Qan Təzyiqi (QT) |
| Tibb işçisi tərəfindən həkim kabineti və ya klinikada QT-nin ölçülməsi |
140/90 mm c.s. |
| Evdə QT ölçülməsi |
135/85 mm c.s. |
| Ambulator QT – 24-saatlıq orta QT |
130/80 mm c.s. |
| Ambulator QT – gün ərzində orta QT |
135/85 mm c.s. |
| Ambulator QT – gecə orta QT |
120/70 mm c.s. |
İlkin səhiyyə səviyyəsində ilkin müayinələr
- Yüksək QT ilə olan pasientdə təməl müayinələr keçirilməli, həmçinin kardiovaskulyar risk amilləri, ümumi kardiovaskulyar risk və hədəf orqanların zədələnməsi dəyərləndirilməlidir. Dəyərləndirmə nəticələri, QT səviyyəsi ilə bərabər müalicə planlamasında istifadə edilir.
- Tibbi anamnez: bax cədvəl 3
- Fiziki müayinə
- Ürək və ağciyərlərin auskultasiyası, küylər (yuxu arteriyası, qarın arteriyası, böyrək arteriyası, bud arteriyası)
- Arteriyalar (mil, qarın, bud, ayaqarxası və arxa qamış arteriyaları) və qarın (qaraciyər və böyrəklər), ayaqlarda ödemin palpasiyası
- Çəki, boy, BKİ, belin çevrəsi 1
- Diastolik QT 120 mm c.s-dan yuxarı olduğu halda göz dibinin müayinəsi (göz dibi fotoşəklinin alınması ən etibarlıdır)
- Laborator müayinələr və görüntüləmə tədqiqatları
- Plazmada kreatinin (hYFS kalkulyatoru:
2), kalium (hipokaliemiya – birincili hiperaldosteronizm 2) və natrium
- Qanın kliniki analizi trombositlərin sayı ilə, acqarına qanda qlükoza səviyyəsi, plazmada ümumi xolesterin, YSL(ing. HDL)-xolesterin, ASL(ing. LDL)-xolesterin (kalkulyator
3) və triqliseridlər
- Sidiyin kimyəvi analizi (zülal, hemoqlobin) və sidikdə albumin/kreatinin nisbəti
- Mikroalbuminuriya hədəf orqan zədələnməsinin erkən əlamətidir.
- Mikroalbuminuriya: sidikdə albumin/kreatinin nisbəti 3–30 mq/mmol, və ya 24-saat ərzində toplanmış sidikdə albumin 30–300 mq/24 saat
- Proteinuriya (makroalbuminuriya): sidikdə albumin/kreatinin nisbəti > 30 mq/mmol, və ya 24-saatda sidikdə albumin > 300 mq/24 saat
- Sidiyin ekspress-zolaq testləri mikroalbuminuriyanı aşkarlamır; onlar albumin konsentrasiyası 200-300 mq/l olduqda müsbət nəticə (+) göstərir.
- Plazmada NT-proBNP (ürək çatışmazlığına şübhə zamanı)
- EKQ
- Sol mədəciyin hipertrofiyası (SolMH): bax 3
- Döş qəfəsinin rentgen müayinəsi (ürək çatışmazlığına şübhə zamanı)
- Göstərişdirsə exokardioqrafiya (EKQ-nin interpretasiyası çətindir [His dəstəsi sol ayaqcığının blokadası (LBBB)] və SolMH dəyərləndirilməsinə imkan vermir, və ya naməlum mənşəli ürək çatışmazlığı, naməlum etiologiyalı qapaq çatışmazlığı, əvvəllər müayinəsi aparılmamış qulaqcıq fibrilyasiyası və ya digər önəmli aritmiya).
- Göstəriş olduqda böyrək ultrasonoqrafiyası (YFS < 30 ml/dəq olarsa və ya pasientdə proteinuriya varsa [sidikdə albumin > 300 mq/24 saat])
- İkincili hipertenziya 4 şübhəsi mövcud olduqda, müayinələr güman edilən etiologiya və yerli klinik protokollara müvafiq həyata keçirilir; ehtiyac varsa, həmçinin mütəxəssisdən konsultasiya alına bilər.
- TSH və sərbəst T4 (qalxanabənzər vəzi xəstəliyi)
- Hipokaliemiyada plazmada renin və aldosteron (səhər yataqdan qalxdıqdan 30 dəq sonra)
- 1,5 mq deksametazon ilə kiçik sınaq (Kuşinq sindromu) 5
- 24-saat ərzində sidikdə metanefrin və normetanefrin (feoxromasitoma)6
- Plazmada ionlaşmış kalsium (hiperparatireoidizm) 7.
Cədvəl 3. Hipertoniyalı pasientin anamnezi
| Nəzərdən keçirilməli altbölümlər |
Ətraflı |
| Ailə üzvlərinin tibbi anamnezi
|
- Hipertoniya
- Tip 2 diabet
- Dislipidemiya
- Erkən koronar və serebrovaskulyar hadisələr
- Kişilərdə 55 yaşdan əvvəl
- Qadınlarda 65 yaşdan əvvəl
|
| Digər ürək xəstəlikləri və angiopatiyalar |
- Ürəyin koronar xəstəliyi, anamnezdə miokard infarktları (Mİ)
- Serebrovaskulyar xəstəlik
- Periferik vaskulyar xəstəlik
- Sol mədəciyin disfunksiyası
- Post-Mİ
- Kardiomiopatiyalar
- Ürək çatışmazlığı
- Önəmli qapaq çatışmazlıqları
- Aritmiyalar
|
| Müalicəyə təsir göstərən digər vəziyyətlər |
- Şəkərli diabet
- Böyrək xəstəliyi və ya zədələnməsi
- Bronxial astma
- Podaqra
|
| Hipertoniyanın kliniki gedişi |
Başlanğıcı, proqressivləşməsi, ağırlıq dərəcəsi |
| Cari dövrdə qəbul edilən dərman preparatları |
- Estrogen tərkibli kontraseptivlər, estrogen və ya testosteron tərkibli əvəzedici vasitələr
- Qlükokortikoidlər, mineralokortikoidlər, anabolik steroidlər
- Tərkibində simpatomimetik saxlayan soyuqdəymə, öskürək və allergiya preparatları
- İltihab əleyhinə preparatlar, o cümlədən siklooksigenaza-2 (COX-2) selektiv inhibitorları (QT-ni yüksəldir A və anti-hipertenziv vasitələrin effektini zəiflədir)
- Kalsinevrin inhibitorları (siklosporin (ciclosporin) və takrolimus (tacrolimus))
- Eritropoetin
- Bəzi antidepressantlar (məs., venlafaksin (venlafaxine), duloksetin (duloxetine); həmçinin MAO inhibitorları, trisiklik antidepressantlar və SSGUİ)
- İkinci-nəsil antipsixotik dərman preparatları (klozapin (clozapine), risperidon (risperidone), kvetiapin (quetiapine))
- Xərçəng əleyhinə dərman preparatlarının bəziləri
|
| Həyat tərzi |
- Pəhriz
- Xörək duzu istifadəsi
- Yağların növü
- Meyvə və tərəvəzlərin qəbulu
- Çəki və onun dəyişiklikləri
- Fiziki yük və digər fiziki aktivlik
- Tərkibində biyan ekstraktı olan məhsullar
- Alkoqol
- Tütün çəkmə
- Qadağan olunmuş vasitələr (xüsusilə, amfetamin (amphetamine), kokain və digər stimulyatorlar)
|
| Stres |
Stres yaradan emosional və sosial amillər |
İxtisaslaşmış tibbi yardıma göndəriş verilməsi üçün göstərişlər
- Kritik (həyati-təhlükəli) hipertonik vəziyyət – həyati-təhlükəli tibbi durum olaraq müalicə edilmiş
- İkincili hipertoniya şübhəsi 4
- Cavan pasient (30 yaşdan aşağı)
- Sistolik QT 220 mm c.s. və ya diastolik QT 120 mm c.s. səviyyəsindən yuxarı
- Qəflətən başlayan və ya sürətlə proqressivləşən hipertoniya
- Müalicə hədəflərinə hətta üçlü və ya dördlü dərman müalicəsi vasitəsilə nail olunmaması
- İkincili hipertoniyaya işarə edən əlamətlər və ya simptomlar
- Hədəf orqanların əhəmiyyətli dərəcəli zədələnməsi (SolMH, albuminuriya, göz dibi müayinəsinin nəticələri)
- Böyrək xəstəliyi
- Sidikqovucuların qəbulu olmadan hipokaliemiya
- Psevdohipertenziya mövcudluğu ilə bağlı ciddi təxminlər
- Uyğun dərman preparatları seçimində çətinlik
- Hamiləlik zamanı hipertoniya 8 9
Qeyri-farmakoloji müalicə evd
Yüksəlmiş QT aşağıdakı üsullarla azaldıla bilər
- Xörək duzu qəbulunun məhdudlaşdırılması A
- Qida ilə qəbul edilən xörək duzunun 5 q/gün (Na < 2 000 mq/gün) miqdarınadək azaldılması tövsiyə olunur.
- AÇF inhibitorları, angiotenzin-reseptorları blokatorları, beta-blokatorları və sidikqovucuların effektini gücləndirir.
- Tərəvəzlər, meyvələr, giləmeyvələr və dənli bitkilərin yüksək miqdarda qəbulu
- Kaliumun müvafiq miqdarda qəbulu: qadınlar > 3 100 mq/gün və kişilər > 3 500 mq/gün
- Kalsiumun gün ərzində süd məhsulları tərkibində (yağsızlaşdırılmış və ya aşağı yağlılıqlı) müvafiq miqdarda qəbulu A
- Ehtiyac olduqda, kalsiumlu qida əlavələri
- Bitki lifləri və maqneziumun yüksək miqdarda qəbulu QT-ni azalda bilər.
- Çəkinin aşağı salınması B; bax 10
- Çəkinin başlanğıc səviyyəsindən 5–10% qədər azaldılması, çəki artıqlığı olanlar (BKİ 25–29,9 kq/m2) və piylənmiş insanlarda (BKİ ≥ 30 kq/m2) QT-ni aşağı salır.
- Alkoqol qəbulunun məhdudlaşdırılması A
- Həftəlik istifadəsi qadınlar üçün 100 q-dan az (9 standart vahiddən az) və kişilər üçün 160 q-dan az (14 standart vahiddən az) olmalı.
- Aşırı alkoqol qəbulu insult riskini artırır və antihipertenziv dərman preparatlarının effektivliyini zəiflədə bilər.
- Müntəzəm fiziki yük A
- Yüksək templə gəzmək və ya digər mötədil intensivlikli aerob hərəkətlər (ürək vurğularının tezliyi maksimal ürək döyüntüsünün 65–75%-i qədər) 30 dəqiqə ərzində, azı həftədə beş dəfə olmaqla.
- Tərkibində biyan olan məhsulların istifadəsindən qaçmaq
Aşağıdakılar, əsas etibarilə toplam ürək-damar riskinin azaldılması hesabına effektlidir
- İstifadə edilən yağların miqdarının və keyfiyyətinin tənzimlənməsindən əldə edilən müsbət effekt, hipertenziya deyil, ümumilikdə kardiovaskulyar risk amillərini əhatə edir.
- Yağsızlaşdırılmış qida məhsulları və ya tərkibində yalnız az miqdarda doymuş yağlar olan məhsullar seçilməlidir.
- Marqarin və bitki yağlarının sadəcə mötədil miqdarda istifadəsinə yol verilir.
- Balıq ən azından həftədə iki dəfə (faydalı balıq yağı)
- Raps yağı və ondan istehsal edilən marqarin; onların istifadəsi omeqa-3 polidoymamış yağ turşuları qəbulunu artırır.
- Tütün çəkmənin dayandırılması
- Toplam riski azaltmaq üçün ən vacib müalicə forması; bax 11
Hipertoniyanın ağırlıq dərəcəsinə müvafiq olaraq, dərman müalicəsinin başlanılması
- Müalicə qərarları hipertoniyanın ağırlıq dərəcəsi və kardiovaskulyar ölüm riskinə əsaslanaraq verilir.
- Bütün hallarda dərman müalicəsi ilə birgə həyat tərzində dəyişikliklər aparılır.
- Farmakoloji müalicə tədbirləri üçün tövsiyələr ölkələr arasında fərqli ola bilər.
- Cədvəl 4-də hipertoniyanın təsnifatı və Finlandiyada tövsiyə edilən müalicə tədbirləri təqdim edilib.
- Birinci-sıra dərman preparatının seçimi: bax 12
Cədvəl 4. İlk ölçülmə zamanı əldə edilən sistolik (SQT) və diastolik qan təzyiqi (DQT) göstəricilərinə görə tövsiyə edilən müalicə tədbirləri və təkrari göstəricilər əsasında hipertoniyanın təsnifatı. Mənbə: Finlandiya Cari Tibbi Baxım Klinik Rəhbərliyi; Hipertoniya, 2014 (modifikasiya edilmiş)
| Dərəcə |
SQT (mm c.s.) |
|
DQT (mm c.s.) |
Tədbirlər |
- Səhiyyə personalı, pasientin qan təzyiqi göstəricilərinin ən azı cədvəldə göstərildiyi intervallarla pasientin tibbi kartına daxil olunmasına diqqət etməlidir. Qan təzyiqinin optimal və ya normal göstəricilərində onun hər 1 - 2 ildən bir və qan təzyiqinin səviyyəsi yol verilən sayıldığı hallarda ildə iki dəfə olmaqla pasientin özü tərəfindən ölçülməsi (xüsusilə 40 yaşdan yuxarı şəxslər üçün) tövsiyə edilə bilər.
- Nə sistolik, nə də diastolik QT daha yüksək qan təzyiqi kateqoriyası tələb etmir.
- Ən azı 4 ayrı-ayrı gündə aparılmış ölçmələrin nəticələrinin orta göstəricisi – hər dəfəyə 2 göstərici
- Kritik hipertonik vəziyyət bölməsinə bax
|
| Optimal |
< 120 |
və |
< 80 |
Hər 5 ildən bir təkrari ölçülmələr1 |
| ”Normal” |
< 120–129 |
və ya2 |
80–84 |
Həyat tərzinə dair məsləhətlər və hər 2 ildən bir təkrari ölçülmələr1 |
| ”Kafi” (normanın yuxarısı) |
130–139 |
və ya2 |
85–89 |
Həyat tərzinə dair məsləhətlər və QT səviyyəsinin 4 ay sonra dəyərləndirilməsi3. QT-nin daha dəqiq təsnifatı evdə ölçülmələr və ya ambulator QT monitorinqinə əsaslanır. |
| Yüksəlmiş qan təzyiqi |
| Yüngül dərəcədə yüksəlmiş |
140–159 |
və ya |
90–99 |
Həyat tərzinə dair məsləhətlər və 2 ay sonra QT səviyyəsinin təkrar ölçülməsi3. QT-nin daha dəqiq təsnifatı evdə ölçülmələr və ya ambulator QT monitorinqinə əsaslanır. |
| Mötədil dərəcədə yüksəlmiş |
160–179 |
və ya |
100–109 |
QT səviyyəsinin dəyərləndirilməsi3 yuxarıda olduğu kimi, həyat tərzinə dair məsləhətlər və müalicəyə başlanılması. |
| Önəmli dərəcədə yüksəlmiş |
≥ 180 |
və ya |
≥110 |
QT səviyyəsinin 1–2 həftə sonra təkrar dəyərləndirilməsi3, həyat tərzinə dair məsləhətlər və müalicəyə başlanılması
|
| Kritik hipertonik vəziyyət |
≥ 200 |
və ya |
≥130 |
Dərhal müalicəyə başlanılması4 |
| İzolə olunmuş sistolik hipertenziya |
≥ 140 |
və |
< 90 |
QT səviyyəsinin yuxarıda olduğu kimi təkrar dəyərləndirilməsi3 |
Qan təzyiqi 130–139/85–89 mm c.s.
- Risk faktorlarının müəyyən edilməsi, həyat tərzinə dair məsləhətlər
- QT səviyyəsinin daha dəqiq təsnifatı evdə ölçülmələr və ya ambulator monitorinqə əsaslanır
- Latent hipertenziya zamanı, həkim kabinetində ölçülən QT normadadır (140/90 mm c.s-dan aşağı), lakin şəxsin özü tərəfindən ölçmələr və ya ambulator monitorinq zamanı günlük QT səviyyəsi yüksək göstəricilər nümayiş etdirir (135/85 mm c.s. və daha çox).
- Həyat tərzinin aktiv modifikasiyası və, ehtiyac olduqda, evdə ölçülmələr və ya ambulator monitorinqə və digər risk amilləri profilinə əsaslanaraq dərman müalicəsi.
- QT-nin hər 12 aydan bir ölçülməsi
- Pasient tip 1 və ya tip 2 şəkərli diabet və böyrək çatışmazlığına malik olduğu halda, dərman müalicəsinin başlanılması nəzərdən keçirilə bilər.
Qan təzyiqi 140–159/90–99 mm c.s. evd
- Həyat tərzinə dair məsləhətlər verilməli və 4-6 aylıq dövr ərzində bunların effektivliyinin kontrolu aparılmalıdır. Həyat tərzində modifikasiyaya rəğmən, evdə və ya ambulator monitorinq zamanı ölçülən QT yüksəlmiş olduqda (135/85 mm c.s. və daha çox), dərman müalicəsinə başlanılır.
- Pasient hədəf orqan zədələnməsi (SolMH, albuminuriya, göz dibi müayinəsinin nəticələri) və ya şəkərli diabetə malikdirsə, kontrol-müşahidə dövrü 1 - 4 ay təşkil edir.
- Pasient simptomatik ürək-damar xəstəliyi və ya böyrək xəstəliyinə malikdirsə, QT səviyyəsi yetəri sayda ölçülmələr ilə təsdiqləndikdən sonra, həyat tərzində modifikasiyaya dair məsləhətlər verilir və dərman müalicəsi kontrol-müşahidə dövrü olmadan başlanılır.
Qan təzyiqi 160–179/100–109 mm c.s.
- Həyat tərzinə dair məsləhətlər və 1-2 ay sonra QT-nin təkrar ölçülmələri. Bundan sonra, QT normallaşmazsa dərman müalicəsinə başlanılır.
- Pasient simptomatik ürək-damar xəstəliyi və böyrək xəstəliyinə malikdirsə, qan təzyiqinin səviyyəsi yetəri miqdarda ölçülmələrlə təsdiqlənən kimi, müalicəyə başlanır; ölçmələr həmçinin pasientin özü tərəfindən də aparıla bilər.
Sistolik QT ≥ 180 mm c.s. və ya diastolik QT ≥ 110 mm c.s.
- Həyat tərzində dəyişikliklərə dair məsləhətlər və bir həftə ərzində QT-nin təkrar ölçülmələri. Bundan sonra, sistolik QT 180 mm c.s. və diastolik QT 110 mm c.s. səviyyəsindən aşağı olmazsa, dərman müalicəsinə başlanılır.
Kritik hipertonik vəziyyət (sistolik QT ≥ 200 və ya diastolik QT ≥ 130 mm c.s.) evd
- Kritik (həyati-təhlükəli) hipertonik vəziyyət (kriz) və həyati-təhlükə törətməyən hipertonik təxirəsalınmaz vəziyyət fərqləndirilir.
- Kritik hipertonik vəziyyət kəskin hədəf orqan zədələnməsi (koronar işemiya, ürək çatışmazlığı, beyin əlamətləri, sürətlə proqressivləşən böyrək çatışmazlığı, göz dibinə qansızma, aortanın laylanması) əlamətləri ilə assosiasiya olunur.
- İxtisaslaşmış tibbi yardıma təcili göndəriş tələb edir.
- QT-yə nəzarət üçün adətən venadaxili dərman preparatları tələb olunur.
- İlkin səhiyyə xidməti səviyyəsində, ilk yardım müalicəsi orta- və ya uzun-müddət təsirli kalsium-kanalı blokatorları istifadəsindən ibarətdir ki, bunlar çeynəmədən qəbul edilməlidir.
- Həyati-təhlükə törətməyən hipertonik təxirəsalınmaz vəziyyətdə pasient asimptomatikdir
- Hədəf orqan zədələnməsi olmadığı üçün, dərman müalicəsi ilkin səhiyyə xidməti səviyyəsində, dərhal və ya QT səviyyəsi aşağı düşmədikdə, bir neçə günlük monitorinq dövründən gec olmayaraq başlanıla bilər.
- Birinci-sıra müalicə metodu olaraq 3–4 dərman preparatı kombinasiyası istifadə oluna bilər, məsələn, amlodipin (amlodipine) 5 mq + bisoprolol (bisoprolol) 5 mq + hidroxlortiazid (hydrochlorothiazide) 12,5 mq + enalapril (enalapril) 10 mq.
- Müalicəyə alınan cavab 1–3 gün ərzində dəyərləndirilir.
Müalicənin hədəfi evd
- Pasientin qan təzyiqi səviyyəsi, ən azı 4 ayrı-ayrı gündə - hər dəfə üçün iki göstərici olmaqla əldə edilmiş ölçmə nəticələrinin orta rəqəmi şəklində təyin edilir.
- Müalicənin hədəfi
< 140/90 mm c.s. (evdə ölçülmələr < 135/85)
< 140/80 mm c.s. (evdə ölçülmələr < 135/85) pasient şəkərli diabetə malik olduğu halda
< 130/80 mm c.s. (evdə ölçülmələr < 125/75) böyrək xəstəliyi albuminuriya ilə assosiasiya olunursa (sidikdə albumin > 300 mq/24saat və ya sidikdə albumin/kreatinin nisbəti > 30 mq/mmol) və hədəfə əlavə təsirlər olmadan nail oluna bilirsə.
Yaşın yuxarı olması müalicə hədəflərinə təsir göstərmir, lakin klinik praktikada yaşı 80-dən yuxarı olan şəxslər üçün hədəf QT < 150/90 mm c.s. (evdə ölçülmələr < 140/85) götürülə bilər 13.
Müşahidə dövrü evd
- Kontrol həkim qəbullarının məqsədi müalicə hədəflərinə nail olunub-olunmamasını və müalicənin pasient tərəfindən necə tolerə edildiyini dəyərləndirməkdir.
- Effektlər müalicənin başlanması və ya dəyişdirilməsindən 1-2 ay sonra qiymətləndirilə bilər.
- Kontrol həkim müayinələrinin tezliyi ilə bağlı qərar müalicənin intensivliyi, hədəf orqan zədələnməsinin miqyası və mövcud yanaşı xəstəliklərdən asılıdır.
- QT-yə yaxşı nəzarət edilirsə (140/90 mm c.s. səviyyəsindən aşağı) və ağırlaşmalar yoxdursa, pasientin öz QT-ni evdə hər 3 aydan bir 4 gün ərzində ölçməsi və həkim və ya tibb bacısı qəbuluna ildə bir ya iki dəfə gəlməsi yetərlidir.
- Əgər QT-yə nəzarət qeyri-qənaətbəxşdirsə (160/100 mm c.s. səviyyəsindən yuxarı), müalicənin intensivləşdirilməsi və kontrol həkim qəbullarının hər 1-3 aydan bir təyin edilməsi tələb olunur.
- İlk kontrol baxış zamanı, aşağıdakılar təyin edilməlidir:
- sidikqovucular qəbul edən pasientlərdə plazmada kalium və natrium
- AÇF inhibitorları, angiotenzin-reseptorları blokatorları və renin inhibitorları qəbul edən pasientlərdə plazmada kalium, natrium və kreatinin (hesablanmış yumaqcıq filtrasiyası sürəti, hYFS
2).
- Müalicənin stabilləşdirilməsindən sonra hər il aparılan planlı həkim qəbulu aşağıdakıları əhatə etməlidir
- Ümumi sağlıq durumu, dərman preparatları seçiminin optimallığı, ürək vurğularının tezliyi, QT səviyyəsi (evdə ölçülmələr)
- Həyat tərzi dəyişikliklərinin gerçəkləşdirilməsi: tütün çəkmə, çəki, fiziki yük, alkoqol, pəhriz
- Sidikqovucular, AÇF inhibitorları, angiotenzin reseptorları blokatorları və renin inhibitorları qəbul edən pasientlərdə, ehtiyac olduqda digər pasientlərdə plazmada kalium, natrium və kreatinin (hYFS)
- Qanda qlükoza, lipidlər və ALT - göstəriş üzrə
- Fərdi göstərişlər üzrə, hədəf orqanlar tərəfdən ağırlaşmaların meydana çıxmasının monitorinqi üçün EKQ, hYFS və sidikdə albumin/kreatinin nisbəti
Əlaqəli resurslar
- Kokran icmalları
1
- Digər elmi sübutların məcmusu
1
- Klinik protokollar
1
- Ədəbiyyat
1
Ədəbiyyat siyahısı
- Perk J, De Backer G, Gohlke H et al. European Guidelines on cardiovascular disease prevention in clinical practice (version 2012). The Fifth Joint Task Force of the European Society of Cardiology and Other Societies on Cardiovascular Disease Prevention in Clinical Practice (constituted by representatives of nine societies and by invited experts). Eur Heart J 2012;33(13):1635-701. PubMed
- Mancia G, Fagard R, Narkiewicz K et al. 2013 ESH/ESC guidelines for the management of arterial hypertension: the Task Force for the Management of Arterial Hypertension of the European Society of Hypertension (ESH) and of the European Society of Cardiology (ESC). Eur Heart J 2013;34(28):2159-219. PubMed
Last reviewed as up-to-date 27.4.2018 • Latest change 7.3.2017
Article ID: ebm00069 (004.022)
© 2018 Duodecim Medical Publications Ltd