Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Piylənmədən əziyyət çəkən pasiyentin qiymətləndirilməsi

Mündəricat

Piylənmədən əziyyət çəkən pasiyentin qiymətləndirilməsi

EBM Klinik protokolları
01.03.2017 • Sonuncu dəyişiklik 01.03.2017
KirsiPietiläinen

Əsasları

  • Piylənmədən əziyyət çəkən xəstənin ümumi qiymətləndirilməsinə aid edilir:
    • bədən çəkisinin və xəstənin boyunun və eləcə də bədən kütləsi indeksinin (BKİ) hesablanması
    • bel ətrafı sahənin hesablanması (bu, BKİ 25-35 olduğu halda göstəriş hesab edilir)
    • yanaşı gedən xəstəliklərin qiymətləndirilməsi
    • yaşayış vərdişlərinin və həyat vəziyyətinin qeyd edilməsi.
  1. Piylənmənin dərəcəsini müəyyən edin. Böyüklərdə bədən kütləsi indeksinin (BKİ) hesablanması müvafiq tədbir hesab edilir (cədvələ nəzər yetirin). Müalicə adətən BKİ 30-u keçdiyi zaman təyin edilir. Şəxsin çəkisi yüksək olduqca  daha aktiv tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.
  2. Abdominal piylənmənin dərəcəsini qiymətləndirin. Qiymətləndirmə, bel ətrafı sahənin hesablanmasından ibarət olur. Bel ətrafı sahənin hesablanması 25-35 BKİ malik pasiyentlərin müalicəsində çox böyük təsirə malik olur. Xəstədə abdominal piylənməyə müşahidə edildikdə çəkinin azaldılmasını nəzərdən keçirtmək lazımdır. Bel ətrafı sahə kişilərdə 100 sm, qadınlarda isə 90 sm-i keçdikdə çəkinin azaldılması, hətta yüngül piylənmənin müşahidə edildiyi xəstələrdə də nəzərdən keçirilməlidir''?>. Piylənmə ilə əlaqədar müşahidə edilən pozğunluqları da qiymətləndirin. Xəstədə piylənmə ilə əlaqəli olaraq meydana gələn və çəkinin azaldılması ilə aradan qaldırıla bilən bir xəstəlik müşahidə edilərsə, müalicə aktiv bir şəkildə aparılmalıdır. Müalicənin planlaşdırılması zamanı xəstənin yaşını nəzərə alın. Xəstənin yaşı aşağı olduqca müalicənin aparılması da bir o qədər aktivləşdirilməlidir. Yaşı 65-dən yuxarı olan xəstələr yalnız məcburedici göstəricilər olduqda müalicə edilməlidir.''?>.
  • Əgər xəstədə bel ətrafı sahənin artımına təsadüf edilirsə (qadınlarda > 90sm, kişilərdə > 100 sm) və ya yanaşı xəstəliklərə malik olunarsa və yaxud bu tip xəstəliklərin inkişafının böyük riskinə malik olunarsa, xəstələrdə artıq çəkinin (yüngül piylənmə, BKİ 25-30) müalicə edilməsində fayda vardır.
  • Müalicəni planlaşdıran zaman xəstənin yaşını nəzərə alın.
    • Xəstənin yaşı aşağı olduqca müalicənin aparılması daha da aktivləşdirilməlidir.
    • Dəstəkləyici məşqlərin və əzələ kütləsinin qorunub saxlanılmasının vacibliyi yaşdan asılı olaraq vurğulanır, xüsusilə təqaüd yaşından sonra.
    • 65-70 yaşdan yuxarı xəstələrdə çəki azaldılmasının intensiv bir şəkildə aparılmasından uzaq durmaq lazımdır.

Bədən kütləsi indeksi və bel ətrafı sahə

  • Ağırlıq (kq) hündürlüyün kvadratına bölünür (m2).
    • Məsələn, 78 kq/(1.70 m × 1.70 m) = 27.0 kq/m2. 
  • Cədvələ nəzər yetirin. Hesablama üçün proqrama nəzər yetirin.
  • Bel ətrafı sahə xəstə ayaq üstə durarkən ölçülür. Ölçünün aparılması üçün uyğun nahiyyə qalça darağı ilə ən aşağıda yerləşən qabırğa arasındakı bölgə hesab edilir. Bu nahiyyə kifayət qədər piyli pasiyentdə belə asanlıqla təyin edilə bilinir (şəkil). Doğru səviyyə hər iki tərəfdə bir qələmlə işarələnərsə və ölçü bu işarələrin üstündən keçərsə ölçmə daha dəqiq aparılır. Qadınlarda bel ətrafı sahənin > 90 sm, kişilərdə isə > 100 sm olması kardiovalkulyar xəstəliklərin riskini artırır. Hətta bel ətrafı sahə bir qədər az olsa belə (kişilərdə > 90 sm, qadınlarda isə > 80 sm) risk artıq həfif olaraq artmış olur. 
  • BKİ > 30 olduqda bel ətrafı sahə əksər hallarda artmış olur, BKİ > 35 olduqda isə bel ətrafı sahə hər zaman artmış olur.
Bədən kütləsi indeksinə əsasən bədən çəkisinin klassifikasiyası
Indeks Sinif 160 sm 170 sm 180 sm
ÜST klassifikasiyasına əsasən BKİ-nin 25–29.9 olması ''artıq çəki'' və  BKİ-nin 30 və ya daha yüksək olması ''piylənmə'' kimi qiymətləndirilir. Bəzi klassifikasiyalarda BKİ-nin 40 və ya daha yüksək olması ''ölümcül piylənmə'' kimi qiymətləndirilir. Klinik baxışa görə bu, çox sərt sayıla bilər, bu səbəblə də piylənmənin sinifləri hər növbəti 5 BKİ-vahidinə görə təyin edilir.
< 18.5 az çəki < 47 < 53 < 60 kq
18.5–25 normal miqdar 47–64 53–72 60–81 kq
25–30 artıq çəki 64–77 72–87 81–97 kq
30–35 piylənmə 77–90 87–101 97–113 kq
35–40 ağır piylənmə 90–102 101–116 113–130 kq
> 40 ölümcül piylənmə > 102 > 116 > 130 kq

Piylənmədən əziyyət çəkən pasiyentin müayinəsi

  • Etiologiya
    • Ən çox təsadüf edilən səbəb qəbul edilən enerjinin sərf ediləndən daha çox olmasıdır. Bərabərliyin fizioloji cəhətdən aydın olmasına baxmayaraq, adətən arxa fonda təsir göstərən bir neçə nüanslar mövcud olur; bunlar baxış zamanı ətraflı bir şəkildə aydınlaşdırılmalıdır. Fərdi variasiya böyükdür.
    • Metabolik xəstəliklərə piylənmənin səbəbi olaraq nadir hallarda təsadüf edilir.
      • Hipotiroidizm, Kuşing sindromu, hipotalamik pozğunluqlar.
      • Əgər bu xəstəlikləri işarə edən klinik əlamətlərə rast gəlinməzsə, hormonal analizlərin həyata keçirilməsinə ehtiyac duyulmur.
      • Bir çox psixiatrik dərmanlar bədən çəkisinin artmasına səbəb olur.
  • Yanaşı xəstəliklər
    • Müalicəyə təsir etdikləri səbəbindən təyin edilmələri mütləqdir.
    • Ən çox təsadüf edilən yanaşı xəstəliklərə aid edilir:
      • Diabet və ya prediabet (aclıq qlükozasının miqdarının pozulması, ac qarına plazmada qlükozanın miqdarının 6.1-6.9 mmol/l olduğu İFG (PAQ- pozulmuş aclıq qlikemiyası) və ya qlükoza tolerantlığının pozulması, plazma qlükozasının qlükoza tolerantlığı testində 2 saatlıq səviyyəsinin 7.8-11.0 mmol/l olduğu İGT (PQT-pozulmuş qlükoza tolerantlığı) və ya HbA1c 39-46 mmol/l [5.7-6.4%] olması)
      • Yağlı qaraciyər
      • Hipertenziya
      • Yuxu apnoyesi
      • Lipid pozğunluqları (triqliseridlərin konsentrasiyasının yüksəlməsi və HDL xolesterolunun konsentrasiyasının azalması)
      • Metabolik sindrom
      • Menstruasiya pozğunluqları və / və ya infertillik
      • Yağlı qaraciyər''?>
      • Dizin osteoartrozu
      • Qeyri-iradi sidik ifrazı
      • Yuxu apnoyesi sindromu
      • Astma
  • Psixoloji amillər.
    • Piylənmədən əziyyət çəkən şəxslərin çoxunda müşahidə edilən psixoloji problemlərin mənşəyində piylənmə durur və bunun tərsi mümkün deyildir.
    • Piylənmədən əziyyət çəkən şəxslərdə özünə inam problemləri mövcud olur və onlar bəzən səhiyyə müəssisələrində də pis rəftarla üzləşirlər. Buna görə təmkinlilik, piylənməni müzakirə etmək üçün vacib bir başlanğıc nöqtəsi hesab edilir. Siz, məsələn, piylənmədən əziyyət çəkməsinin xəstənin əhvalına təsir edib etməməsi barədə sual verə bilərsiniz.
    • Stressli bir vəziyyətdə (iqtisadi problemlər, boşanma və s.) çəkinin azaldılması prosesi asanlıqla təxirə salına bilər.
    • Adətən depressiyanın müalicə edilməsinin piylənmənin müalicəsindən əvvəl aparılması tövsiyə edilir.
    • Hədsiz yemək pozğunluğu (HYP) piylənmədən əziyyət çəkən xəstələr arasında geniş yayılmış bir haldır (bir həftə ərzində müşahidə edilən tənzimlənə bilinməyən hədsiz yemək epizodlarının sayı). Aşırı yemək pozğunluğu çəki itirilməsi proseslərinə başlamazdan əvvəl müalicə edilməlidir.
    • Piylənmədən əziyyət çəkən şəxslərdə bir çox psixoloji problemlər piylənmə səbəbilə meydana gəlir və bunun əksi mümkün deyildir. Stressli bir vəziyyətdə (iqtisadi problemlər, boşanma və s.) çəkinin azaldılması prosesi asanlıqla təxirə salına bilər.''?>.
    • Motivasiya: xəstənin hazırlığı, həyat vəziyyəti və daimi həyat tərzini dəyişdirmək üçün imkanları hansı vəziyyətdədir? Mövcud vərdişlərdən hansı artıq çəkinin saxlamasını dəstəkləyir? Xəstə hansı dəyişiklikləri mümkün hesab edir?
  • Həyat vərdişləri
    • Tibb bacısı ilə müsahibə
      • Qidanın miqdarı və növü, qidalanma vaxtları, qəlyanaltılar, spirtli içkilərin və ya digər enerji içkilərinin qəbulu.
      • Yemək davranışı: axşam və gecə yeməkləri, üzüntü zamanı yemək, hədsiz yemək.
      • Fiziki məşqlərin növü və miqdarı.
  • Laborator və digər müayinələr.
    • Qan təzyiqi, ac qarına plazmada qlükoza, HbA1c, plazmada xolesterol, HDL xolesterol, LDL xolesterol, triqliserid və ALT ən vacib yanaşı gedən xəstəliklərin skrininqi üçün kifayət edir.

Adiyyatı mənbələr

  • Digər Dəlillərin icmalı
  • Ədəbiyyat