Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Xoralı kolit

Mündəricat

Xoralı kolit

EBM Klinik protokolları
28.03.2017 • Sonuncu dəyişiklik 28.03.2017
TainaSipponen

Əsaslar

  • Xoralı kolit təkrarlanan və ya uzun müddət davam edən (qanlı) ishalın səbəbi ola bilər.
  • Müalicə barəsində qərarlar və dərman seçimi simptomların şiddətinə və xəstəliyin dərəcəsinə (proktit, sol tərəfli kolit və ya geniş kolit) əsaslanır.
  • Kəskin ağır kolit olan xəstələrin xəstəxanaya yerləşdirilməsi zəruridir.
  • Karsinoma inkişafı riskinin artması səbəbindən xoralı kolitdə mütəmadi endoskopik skrininq təyin edilir.

Epidimiologiya

  • Xoralı kolitin meydana gəlməsi Şimal ölkələrində, Qərbi Avropa, Şimali Amerika və Avstraliyada yüksəkdir. Finlandiyada bu hallar: təxminən 25 yeni hal / 100 000 nəfər / il, yayılma nisbəti isə təxminən 450/100 000 nəfərdir."?>.
  • Patogenetik mexanizm məlum deyil.
  • İltihablı bağırsaq xəstəliyi olan yaxın qohumların olması xoralı kolitin inkişaf riskini artırır.

Əlamətlər və simptomlar

  • Qan və selik ilə qarışıq olan nəcis, ishal, qarın ağrısı, bəzən çəki itkisi. Simptomlar ümumiyyətlə bir neçə həftə və ya aylarla davam edir.
  • Təkrarlanmalar, kortəbii və ya dərmanla əlaqəli olan remissiyalar kimi tipikdir. Xəstələrin təxminən 10-20% -də davamlı simptomlar var.
  • Xəstəliyi yüngül, orta və ağır formalara bölmək olar (cədvəl).
Xoralı kolitin ağırlıq dərəcəsi
Ağırlıq İzah
Yüngül dərəcəli kolit İshal < 4 dəfə / 24 saat (qanlı və ya qan olmadan), sistemik simptomları yoxdur, Hb > 115 g/l, normal iltihab əlamətləri
Orta dərəcəli kolit İshal  > 4 dəfə / 24 saat , olmayan və ya yüngül sistemik simptomlar, Hb ≥ 105 g/l, normal iltihab əlamətləri
Ağır dərəcəli  kolit İshal  ≥ 6 dəfə / 24 saat və taksikardiya, qızdırma,Hb < 105 q/l, artan iltihab əlamətləri (ESR > 30 mm/s və/ və ya  CRP > 30 mq/l)
  • Əlavələrin olması mümkündür (artrit, uveit, episklerit, eritema nodosum, pioderma qanqrenosum və birinci dərəcəli sklerozan xolangit).

Diaqnoz və araşdırmalar

  • Trombosit sayı, ESR, CRP, nəcis kalprotektin ilə əsas qan hüceyrələrinin sayı
  • İleokolonoskopiya."?>:  Tipik damar izlərinin itməsi, selikli eritema, toxunma zamanı asan qanaxma, eroziya və xora.
    • İltihabi dəyişikliklər rektum və ya sol kolon ilə məhdudlaşa bilər.
    • Geniş iltihab halında dəyişikliklər, dalaq bükümlərinin üstünə də keçə bilər.
  • Qan hüceyrələrinin sayı, ESR, CRP, nəcis kalprotektin"?>
  • Histoloji nəticələr tipikdir, lakin spesifik deyil (selikli qişa və submukoza ilə məhdudlaşan diffuz kəskin və xroniki iltihab dəyişiklikləri; iltihab pisləşdikcə xoranın artması).
    • Kolon mukozasının görünüşü normal olduqda da biopsiya lazımdır.
  • Ağır xora şübhəsi varsa qarın CT müayinəsi və rentgen müayinəsi edilə bilər."?> 
  • Ağır dərəcəli kolit üçün klinik meyarlar
    • İshal > 6 dəfə / 24 saat və aşağıdakı kimi:
      • qızdırma> 37.5 °C
      • taxikardiya> 90/dəq
      • anaemiya, Hb < 105 q/l
      • ESR (eritrositlərin çökmə sürəti)> 30 mm/s və ya CRP > 30 mq/l.

Diferensial diaqnoz

  •  Digər kolitlər (mikroskopik kolit, yoluxucu kolit, radiasiyalı kolit), divertikulit, şişlər, funksional ishal (cədvəl). Həmçinin baxın .
Xoralı kolit və Crohn xəstəliyi arasında differensial diaqnoz
Simptom Xoralı kolit Crohn xəstəliyi 
Qarın ağrısı + +++
İshal +++ ++
Qanlı ishal +++ +
Proktit +++ +
Perianal fistula   +
Artan ESR və ya CRP
+ +++

Müalicə

  • Simptomların şiddəti və xəstəliyin dərəcəsi xoralı kolitin müalicəsinə təsir göstərir.
  • Rektumla məhdudlaşan xəstəlik (proktit) və sigmoid kolonun alt hissəsi topikal terapiya ilə müalicə olunur"?>.
    • Proktitdə mezalazin şamı
    • 5-ASA (5-aminosalisil turşusu) imaləsi
    • Aerosol paketindəki hidrokortizon köpüyü
    • Budenosid imaləsi 
  • Orta dərəcəli kolit
    • Mesalazin 1.6–4.0 q/gün yaxud sulfasalazin 3–4 q/gün
  • 5-ASA müaicəsi orta dərəcəli xəstəlikdə simptomları dərhal yaxşılaşdırmırsa, rejimə bir qlükokortikoid əlavə olunur.
    • 8 həftədən çox olmayaraq Budesonid MMX 9 mq/gün 
    • Prednizon və ya prednizolon 1-2 həftə ərzində gündə 30-40 mq, dozanın azaldılması ilə davam edir və kurs 4-12 həftə ərzində tamamlanır.
  • Steroidə bağlı xoralı kolitdə, tiopurin qulluq müalicəsi (azatioprin və ya 6-merkaptopurin) şəklində təqdim olunur.
    •  0, 2, 4, 6 və 8-ci həftələrdə və bundan sonra hər 3 ayda bir laboratoriya müayinələri: tam qan hüceyrələrinin sayı, ALT, qələvi fosfat
  • Tiyopurin dərmanı qəbul edərkən təkrarən qlükokortikoid müalicəsi tələb olunarsa və ya xəstədə tiyopurinə qarşı dözümsüzlük varsa bioloji dərman qəbul edilir. Belə müalicə kursu xüsusi ixtisaslaşmaya malik olan bölmələrdə aparılmalıdır.
    • TNF-alfa inhibitorları (infliximab, adalimumab, golimumab)
    • Integrin inhibitoru (vedolizumab)
  • Ağır dərəcəli kolitin idarə edilməsi ixtisaslaşmış mərkəzlərdə aparılır.
    • Artıq tiopurinə girən xəstələrdə siklosporin və ya infliximab, venadaxili qlükokortikoidlərə qarşı davamlı kolitdə remissiyanı artırmaq üçün istifadə edilə bilər.
    • Zəruri hallarda qırmızı qan hüceyrələrinin köçürülməsi və parenteral qidalanma
    • Bağırsaq dilatasiyası əlamətləri müşahidə edildikdə və ya xəstədə farmakoterapiyaya qədər şiddətli kolit varsa, cərrahi rəy dərhal axtarılmalıdır.
    • Aşağı molekulyar çəkidə heparin olan tromboz profilaktikası tövsiyə olunur.
    • Müalicə olunmayan şiddətli kolit, perforasiya riski ilə əlaqəli bağırsağın toksik dilatasiyası (toksik meqololon) ilə nəticələnə bilər.
  • Xoralı kolitin tibbi müalicəsinin cərrahi seçimində panproktokolektomiya və ileoanal anastomozun meydana gəlməsi nəzərə alınmalıdır.

Müalicənin təşkili

  • Mütəxəssisə müraciət üçün göstərişlər
    • Təkrarlanan epizodik əlamətlər 1-2 həftə ərzində yüngülləşmədikdə.
    • 3 aylıq müalicədən sonra qlükokortikoidlər geri çəkilmədikdə.
    • Heç bir simptom olmadıqda belə hamiləlik
    • Xarici əlamətlər (qaraciyər, dəri, oynaqlar, bel, gözlər)

İzləməli

  • Endoskopik nəzarət
    • Simptomatik xəstəliyin aktivliyi və dərəcəsi zəruri hallarda kolonoskopiya ilə izlənilir.
    • Owing to the risk of cancer, colonoscopy is indicated in ulcerative colitis involving the entire colon about 8 years and in ulcerative colitis involving the left colon about 10 years after symptom onset. Thereafter, follow-up examinations are programmed to take place every 1–5 years as dictated by e.g. disease duration, associated diseases and the extent and activity of the disease in order to detect the development of dysplasia. Severe dysplasia, or repeatedly detected mild dysplasia, is an indication for surgery. 
      • Rektumla məhdudlaşan kolitdə, displaziya izlənməsi tələb olunmur.
  • Laboratoriya nəzarəti
    • Klinik fəaliyyətə nəzarət: trombositlər, CRP və nəcis kalprotektin ilə əsas qan hüceyrələrinin sayı
    • Dərman müalicəisinə nəzarət: trombositlərlə əsas qan hüceyrələrinin sayı (azatioprin müalicəsi zamanı neytrofillər daxil olmaqla), ALT, qələvi fosfat, kreatinin (5-ASA müalicəsi zamanı)

Müvafiq mənbələr

  • Koxreyn rəylər
  • Digər sübutların xülasəsi
  • Digər internet mənbələri

Jussila A, Virta LJ, Kautiainen H et al. Increasing incidence of inflammatory bowel diseases between 2000 and 2007: A nationwide register study in Finland. Inflamm Bowel Dis 2011. Dignass A, Eliakim R, Magro F et al. Second European evidence-based consensus on the diagnosis and management of ulcerative colitis part 1: definitions and diagnosis. J Crohns Colitis 2012;6(10):965-90. Dignass A, Lindsay JO, Sturm A et al. Second European evidence-based consensus on the diagnosis and management of ulcerative colitis part 2: current management. J Crohns Colitis 2012;6(10):991-1030. Feagan BG, Rutgeerts P, Sands BE et al. Vedolizumab as induction and maintenance therapy for ulcerative colitis. N Engl J Med 2013;369(8):699-710. Annese V, Daperno M, Rutter MD et al. European evidence based consensus for endoscopy in inflammatory bowel disease. J Crohns Colitis 2013;7(12):982-1018. Øresland T, Bemelman WA, Sampietro GM et al. European evidence based consensus on surgery for ulcerative colitis. J Crohns Colitis 2015;9(1):4-25.