Çanaq dibinin mialgiyası (Syndroma pelvis spastica)
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 12.05.2010
MattiKairaluoma
Əsas məqamlar
- Düz bağırsaq sahəsində dərində və ya çanaq dibində ağrı ilə olan bir sindrom
- Ağrı intermittə edici və ya davamlı ola bilər.
Ağrı tipləri
- Ağrı paroksizmal ola və hətta pasiyenti gecə oyada bilər. Ağrı tutmasının davam müddəti bir neçə dəqiqədən bir neçə saata kimi olaraq fərqlənir. Belə epizodik ağrı həmçinin "proktalgiya fuqaks" (proctalgia fugax) adlanır.
- Digər bir ağrı tipi uzunmüddətli oturmadan sonra meydana çıxır. Daha davamlı olan bu ağrı isə koksiqodiniya adlanır.
- Üçüncü qrup ağrı anusda davamlı nevralgiya tipli (idiopatik proktalgiya) ağrıdır. Bu ağrı heç bir patoloji tapıntıları olmayan yaşlı qadınlarda ən çox rast gəlinir.
Etiologiya
- Anusu qaldıran əzələdə olan spazm ağrının səbəbi hesab edilir. Ağrının yeri əzələnin spastik hissəsinin lokalizasiyasını əks etdirir.
- Bu sindrom çanaq dibi sahəsində cərrahi əməliyyatlar və ya iltihabla, endometrioz və ya kiçik çanaqda düz bağırsaq keçməzliyi ilə əlaqəli ola bilər.
- Çox zaman psixogen faktorlar rol oynayır.
Müayinə və müalicə
Salvati EP. The levator syndrome and its variant. Gastroenterol Clin North Am 1987 Mar;16(1):71-8. Aboseif S, Tamaddon K, Chalfin S, Freedman S, Kaptein J. Sacral neuromodulation as an effective treatment for refractory pelvic floor dysfunction. Urology 2002 Jul;60(1):52-6.