Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Dismenoreya

Mündəricat

Dismenoreya

EBM Klinik protokolları
02.07.2018 • Sonuncu dəyişiklik 20.09.2018
PäiviHärkki

Vacibdir

  • birinci dismenoreyada ginekoloji müayinə zamanı anormallıq aşkar olunmur və labrator müayinələrə ehtiyac yoxdur.
  • ikinc dərəcəli dismenoreyada vəziyyətdən aslı olaraq bir ginekoloji xəstəlik axtarılmaq lazımdır.

Epidemiologiya

  • 95 %-ə qədər  qadınlarda təsadüfi dismenoreya var.
  • 5-15 % qadınlar isə ağır dismenoreyadan şikayət edir.

Simptomları

  • Aşağı qarın ağrısı 100%
  • Ürəkbulanma,qusma  90%
  • Yorğunluq 80%
  • Bel ağrısı 60%
  • Bşgicəllənmə 60%
  • İshal 60%
  • Başağrısı 40%

Birinci dərəcəli dismenoreya

Simptomları

  • Aşağı qarın ağrısı menstural qanaxmanın başlaması ilə ortaya çıxır, arxa və bud hissələrə yayılır.
  • Ağrı təxminən 24-48 saat davam edir.
  • Ağrı yumurtalanma dövrü ilə əlaqələndirilir.
  • Problem əvvəlcə  menarxdan  6-12 ay sonra ortaya çıxır.

Etiologiya

  • Ağrı uterus mukozası tərəfindən ifraz olunan prostoqlandinlərdən qaynaqlanır.
  • Prostaqlandinlərin istehsalı yumurtalamadan sonra artır..
  • Prostqglandinlər uterus spazmına səbəb olur və  qan axınını azaldır, bu da uterusdakı iskemik ağrılarına səbəb olur. 
  • Qan dövranına buraxılan prostaqlandinlər sistematik simptomlara səbəb olur.

Diaqnoz

  • Adətən bir tarixdən müəyyən etmək olur.
  • Ginekoloji müayinə zamanı bir anormallıq müşahidə edilmir.
  • Labaratoriya araşdırmalarına ehtiyac yoxdur.

Müalicə

  • Yüngül hallarda simptmların səbəblərini  izah etmək kifayətdir.
  • Steroid tərkibli olmayan iltihab əleyhinə dərmanlar təsirli olur.
    • Siklo-oksigenaz fermentinin fəaliyyətinə maneə törədərək prostaqlndin sintezinə manə törətmiş olur.
    • Dərman müalicəsi simptnların başlanmaından dərhal sonra, daha doğru desək simptomlar başlanmasından dərhal əvvəl qəbul edilməlidir.
    • Dərman müddəti 24-48 saatdır.
    • 80-90 % hallarda ağrını azaldar.
    • Uşaqlığın sıxılmasını azaldar.
    • Qan itkisinin miqdarını 20-3-% azaldır.
  • Qarışıq kontraseptivlər(hamiləliyə qarşı vasitələr) . Əks göstərişləri unutma.
    • Ovulyasiyanın və bununla əlaqəli olan ağrıların qarşısını alınmalı.
    • Aybaşı qanaxmasını azaldın. 
    • Kontrasepsiya (hamiləliyə qarşı vasitə)ehtiyacı olmasa da təyin oluna bilər.
    • ağrıkəsicilər ilə qarışdırıla bilər.
    • Daha uzun dövrlərdə istifadə edilə bilər (fasiləsiz 2-3 zolaq) 
  • Yalnız progestron həbləri.?
    • Qarışıq daxilə qəbul edilən hamiləliyə qarşı vasitələr uyğun deyilsə bu yaxşı alternativdir.
    • Ləkə və ya amenoreya (aybaşının kəsilməsi) səbəb ola bilər.
    • Ovulyasiyanın qismən qarşısının alınması.
    • Endometriumu nazikləşdirir və prostaqlandinlərin sintezini azaldır
  • Hormonal uşaqlıq yolu spiralı
    • Endometriumu nazikləşdirir və prostaqlandinlərin sintezini azaldır
    • Aybaşı qanaxmasını azaldın.
    • Ağrını aradan qaldırın. 
    • Adi bir uşaqlıq yoluspirlı dismenoreyanı pisləşdirəcəkdir.
  • Digər müalicə rejimləri
    • Fiziki fəaliyyət, istilik, akupuktur(iynələmə) ,TNS (dəri yolu ilə sinirlərin stimullaşdırılması) ağrıları yüngülləşdirə bilər.

İkinci dərəcəli dismenoreya

Simptomları

  • Əvvəlki ağrısız aybaşılar ağrılı aybaşı ilə əvəz olunur.
  • Ağrı mensturasiya başlamazdan əvvəl ortaya çıxır.
  • Ağrı bütün aybaşı müddətində davam edir.
  • Maksimum yayılma daha çox 30-40 yaşlarında müşahidə olunur.
  • Ginekoloji vəziyyətdir.
  • Ağrılar ismən prostaqlandinlərlə əlaqələndirilir.

Etiologiya (səbəblər)

  • Adenomyoz, 30% hallarda ağrıya səbəb olur
  • Endometrioz, 50-90%hallarda ağrıya səbəb olur.
  • Miyoma, 20-80% hallarda ağrıya səbəb olur.
  • İnfeksiyanəticələri, 10-50% hallarda ağrıya səbəb olur.
  • Menorragiya(aybaşı qanaxmasının normadan artıq olması), 20-3-% hallarda ağrıya səbəb olur.
  • Spiral 0-20% hallarda ağrıya səbəb olur

Diaqnoz

  • İnfeksiya və uşaqlıq yolu boyunu müəyyən etmək üçün ginekoloji müayinə, yaxma və qan testləri alınır.
  • Genekoloji xəstəlik şüphəsi varsa, ultrasəs müayinəsi və şiddətli ağrı zamanı laparoskopiya müayinəsi 

Müalicə

  • Səbəbindən aslı olaraq müalicə edilməlidir.
  • Spiral dismenoreyaya səbəb olarsa çıxarılmalıdır.
  • Prostaqlandin sintezinin qarşısını alan, hamiləliyə qarşı vasitələr və ya hormon ifraz edən spiralı yoxlamaq lazımdır.

Əlaqəli mənbələr

 

  • rəylər
  • Ədəbiyyat

Proctor M, Farquhar C. Diagnosis and management of dysmenorrhoea. BMJ 2006 May 13;332(7550):1134-8. Dawood MY, Khan-Dawood FS. Clinical efficacy and differential inhibition of menstrual fluid prostaglandin F2alpha in a randomized, double-blind, crossover treatment with placebo, acetaminophen, and ibuprofen in primary dysmenorrhea. Am J Obstet Gynecol 2007 Jan;196(1):35.e1-5. Davis AR, Westhoff C, O'Connell K, Gallagher N. Oral contraceptives for dysmenorrhea in adolescent girls: a randomized trial. Obstet Gynecol 2005 Jul;106(1):97-104. Dmitrovic R, Kunselman AR, Legro RS. Continuous compared with cyclic oral contraceptives for the treatment of primary dysmenorrhea: a randomized controlled trial. Obstet Gynecol 2012;119(6):1143-50. Iacovides S, Avidon I, Baker FC. What we know about primary dysmenorrhea today: a critical review. Hum Reprod Update 2015;21(6):762-78. Zahradnik HP, Hanjalic-Beck A, Groth K. Nonsteroidal anti-inflammatory drugs and hormonal contraceptives for pain relief from dysmenorrhea: a review. Contraception 2010;81(3):185-96.

Epidemiologiya