Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Kəskin frontal (alın-ön) sinusit

Mündəricat

Kəskin frontal (alın-ön) sinusit

EBM Klinik protokolları
25.08.2016 • Sonuncu dəyişiklik 06.09.2017
TatuKemppainen

Əsasları

  • Frontal sinusitdən xüsusilə frontal sinus bölgəsində üz ağrısı müşahidə edilən xəstələrdə şübhələnmək lazımdır. Şübhələr rentgenoqrammanın nəticələri ilə təstiqlənməlidir.
  • Hər bir yanaşı gedən maksillar (üst çənə) sinusiti effektiv bir şəkildə müalicə edilməlidir.
  • Digər növ sinusitlərlə müqayisədə frontal sinusit, daha asanlıqla ağırlaşa bilir.  Ağır simptomlara malik xəstələr LOR mütəxəssisi tərəfindən müalicə edilməlidir.

Etiologiya

  • Kəskin sinusit adətən viral respirator infeksiyadan sonra inkişaf edir.
  • Çox sayda xəstələrdə eyni zamanda maksillar sinusitə də təsadüf edilir.
  • İnfeksiya frontal sinusa nazofrontal kanal vasitəsilə ön etmoidal sinuslardan yayılır. Nazik kanal asanlıqla infeksiya, allergiya və ya selikli qişanın digər qıcıqlanmaları nəticəsində obstruksiyaya uğrayır.
  • Nazofrontal kanal atmosfer təzyiqinin dəyişməsinə digər sinuslarla müqayisədə daha həssasdır. Bu səbəblə də dayvinq və ya uçuş zamanı frontal sinusitin meydana gəlməsi mümkündür.
  • Etioloji faktorlar və onların rast gəlmə tezliyi maksillar sinusitdə olduğu kimidir.
  • Bu, yeniyetmə və yetkinlik yaşına çatmış şəxslərin xəstəliyidir; ayrılmış frontal sinus yalnız 8-10 yaşlardan sonra formalaşır. Frontal sinusun ümumiyyətlə formalaşmaması halına da həmçinin təsadüf edilir (şəkil).

Simptomlar və diaqnoz

  • Xəstə frontal sinus sahəsində ağrıdan şikayət edirsə kəskin frontal sinusitdən şübhələnmək lazımdır.
    • Frontal başağrısı rinit və digər respirator trakt simptomlarından sonra meydana gələ bilər.
    • Həmçinin xəstənin dayvinq (və ya sualtı üzmək) və ya hava yolu ilə səyahət keçmişinə malik olması da mümkündür.
  • Simptomlara və nəticələrə görə şübhələnilən diaqnoz rentgenoloji müayinə üsulları ilə təstiqlənməlidir (şəkil).
  • Simptomlar
    • Xüsusilə frontal sinus bölgəsində mövcud olan üz ağrısı
    • İrinli rinit və ya mütəmadi postnazal irinli axıntı 
    • Qoxu hissinin pozulması
    • Uzun bir müddət ərzində müşahidə edilən öskürək, rinit və ya burun tutulması
    • Yanaşı gedən maksillar sinusit həmçinin yuxarı köpək dişində və ya azı dişində ağrı kimi də təzahür edə bilər
  • Klinik müayinələr
    • Frontal sinus boyunca perkussiyaya həssaslıq
    • Frontal sinusun əsasında palpasiyaya qarşı həssaslıq
    • Rinitin ardınca ifrazat, selikli qişada ödem və burunda nəzərə çarpan eritema
    • Orta burun axacağında nəzərə çarpan irinli ifrazat
    •  İrinli postnazal axıntı mümkün ola bilər
  • Rentgenoloji müayinə
    • Rengenoloji müayinə zamanı frontal sinusunda maye səviyyəsi sinusitin aydın bir əlaməti hesab edilir (şəkil).
    • Tamamilə qeyri-şəffaf (qarantılı) görüntü frontal sinusların inkişaf etməməsi kimi şərh edilə bilər ki, bu da diaqnozu gecikdirə bilər. Bu halda daha əvvəlki rentgenoloji müayinənin nəticəsi ilə müqayisə yardlmçı ola bilər.
  • Laborator analizlər ağırlaşmamış frontal sinusitin diaqnozu üçün əhəmiyyətli bir vasitə hesab edilmir."?>
  • Ağırlaşmaya işarə edən simptom və əlamətlər
    • Ümumi vəziyyətin pisləşməsi
    • İntensiv ağrı
    • Alında palpasiya edilə bilən kütlə
    • Göz qapağı ödemi
    • İkili görmə və ya göz hərəkətləri zamanı ağrı
    • Nevroloji simptomlar (çaşqınlıq, şüur səviyyəsinin aşağı düşməsi, meninqizm).

Müalicə

  • Kəskin frontal sinusitin müalicəsində tətbiq edilən birinci sıra antibakterial maddələr
    • amoksisillin 500-750 mq gündə iki dəfə
    • doksisilin; əvvəl 150-200 mq, daha sonra isə 100-150 mq gündə bir dəfə
    • gündə iki dəfə 750 mq sefaleksin və ya gündə iki dəfə 250 mq sefuroksim aksetil kimi birinci və ya ikinci nəsil sefalosporinlər.
  • Yanaşı gedən maksillar sinusit effektiv bir şəkildə müalicə edilməlidir, əsasən lavaj (yuyulma) vasitəsilə.
  • Dəstəkləyici müalicə
    • Qlükokortikoid sprey
    • Analgetiklər
    • Dekongestant burun damcıları (10 gündən artıq olmayaraq).

Göndəriş üçün göstərişlər

  • Təcili göndəriş
    • Ağırlaşmalardan şübhələnildikdə
    • Ciddi simptomlar (frontal ağrı)
  • Təyinat üçün müraciət
    • Müvafiq müalicəyə rəğmən frontal sinusit simptomlarının hələ də mövcud olması
    • Residivləşmiş frontal sinusit epizodları
    • Frontal sinusitdən əziyyət çəkən xəstələrdə nazal polipoz.

Adiyyatı mənbələr 

  • Ədəbiyyat