Baldır ağrıları
EBM Klinik protokolları
02.05.2018 • Sonuncu dəyişiklik 09.12.2009
Editors
- Bax, həmçinin aşağı ətrafın ödemi
Əsas müddəalar
Simptomlar, əlamətlər və diaqnostik meyarlar
Baldır ağrılarında simptomlar, əlamətlər və diaqnostik meyarlar
Simptom və ya əlamət
Diaqnostik meyyar
Baldırın və ya topuq oynağının ödemi
- Dərin venaların trombozu
- Dərin venaların klapanlarının çatışmazlığı
- Beyker kistalarını partlaması (anamnezində dizaltı çuxurda iri həcmli törəmənin olması)
Dəri eriteması
Qızılyel
Dəridə lokal ağrılar
Səthi tromboflebit
Fasiləli axsama
- Aşağı ətrafın işemiyası (nəbzin zəifləməsi və ya itməsi; doppler ultrasəs müayinəsinin nəticəsinə görə baldır-bazu indeksinin azalması)
- Onurğa kanalının stenozu
Kürək nahiyəsində ağrı –ağrı qabağa doğru əyildikdə güclənir
İşialqiya; ağrılar ikibaşlı əzələdən əlavə digər yerlərdə də hiss edilir
Daban nahiyəsinə lokalizasiya edən ağrı
Axil vətərinin travması
Hərbi qulluqçular və idmançılar (atletlər)
- Stres sınıqları (Qamış sümüyünün papasiyası zamanı lokal ağrı)
- Kompartment sindromu
Qəfl başlanğıc
- Əzələ zədələnməsi
- Beyker kistinin partlaması
- Arterial embolizm (ətrafın soyuq olması, nəbzin itməsi, dəri səthinin rənginin ağarması)
Klinik müayinə
- Ağrıları lokalizasiya edin (anamnez, palpasiya və ayağı qaldırıb düz tutaraq saxlamaq testi).
- Baldır nahiyəsinin ödemini təyin edin (bu nahiyəyə kifayət qədər müddət ərzində barmaqla basıb saxladıqda çuxur əmələ gəlir.
- Periferik nəbzləri palpasiya edin (nəbzin güclü vurması normal qəbul edilir)
- Əgər doppler stetoskopu varsa, arteriyaları (və venaları) müayinə edin.
- İlkin səhiyyə xidməti çərçivəsində D-dimer testi vasitəsi dərin venaların trombozu istisna edilməlidir.