Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Gözün zədələlənməsi/travması

Mündəricat

Gözün zədələlənməsi/travması

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
Editors

Əsas müddəalar

  • Yüngül  kontuzion travmalar, göz qapağının kənarına qədər uzanan səthi yaralar, adi xarici cisimlər, həmçinin, yüngül eroziyalar və kimyəvi lezionlar ümumi praktika həkimləri tərəfindən müalicə edilə bilərlər. Digər yaralanmalarda və şübhəli hallarda xəstə oftalmoloq yanına göndərilir. Cədvələ baxın.
  • Ağır göz zədələnməsi şübhəsi varsa, xəstə dərhal arxası üstə və hər iki gözü bağlı şəkildə oftalmoloji təcili yardım şöbəsinə göndərilməlidir.
  • Gözə qıcıqlandırıcı və ya korroziya edici maddə düşdükdə, onun kifayət olan miqdarda fizioloji məhlul və ya su ilə yuyulmasına başlanılır.
Gözün ümumi praktika həkimi və oftalmoloq tərəfindən müalicə edilə bilən zədələnmələri
Ümumi pralktika həkimi müalicə edir Oftalmoloq müalicə edir
Mənbə: Ikäheimo K, Sorri I. Silmävammat. Duodecim 2007;123(15):1865-9
Yüngül kontuzion zədələnmələr Təcili yardım halları kimi:
 Göz qapağının hematoması Göz qapağının sərhədini keçən zədələr
Göz qapağının səthi yaraları Lakrimal/göz yaşı yollarının tamlığını pozan zədələr
Subkonyuktival hemorragiyalar Buynuz qişanın dərinliyində yerləşən yad cisimlər
Konyuktivin yad cisimləri Ağır kontuzion travmalar
Buynuz qişanın yad cisimləri Perforasiya şübhəsinin olması
Buynuz qişanın kiçik həcmsli zədələnmələri Ağır turşu və qələvi zədələnmələri
Fotokeratitlər Yanıqlar
Yüngül kimyəvi zədələnmələr  Digər zədələnmələr : Umumi praktika həkimi növbəti gün oftalmolog ilə məsləhətləşməni zəruri hesab edirsə

Göz almasının açıq travmasının olması şübhəsi

  • Ağır (əhəmiyyətli) göz zədələnmələrinin tipik mexanizmləri: hər hansı bir metal obyektin çəkiclə döyülməsi zamanı gözə çırpılan yad cisim; iti bir əşyanın gözə batması; şüşə qırıqlarının gözə batması.
    • Skleral dəlik gözün arxa tərəfində gizlənə bilər; yaralı orqanda göz içi təzyiqin əhəmiyyətli dərəcədə azalması skleral perforasiya olduğunu göstərir.
  • Ağır bir zərbə skleranın cırılmasına səbəb ola bilər. 
  • Tipik simptomlar: damcı şəkilli bəbək, konyuktiv altında görünən qaramtıl (tünd) toxuma, şiddətli subkonyuktival qanaxma (yırtıqdan)
  • Pasiyent hər iki gözü örtülmüş şəkildə və araxsı üstdə dərhal oftalmoloji təcili yardım şöbəsinə daşınmalıdır. Pasiyent uşaq olduqda isə valideyinin qucağında və hər iki gözü  örtülü şəraitdə daşınmalıdır; bununla belə, əgər narahatlıq yaranırsa, yalnız yaralı göz örtülə bilər.

Göz qapağının zədələnmələri

  • Gözün özünün zədələnməsini yoxlayın, məsələn, perforasiya (fluoressent boya, intraokulyar təzyiq, görmə qabiliyəti).
  • Gözə düşümüş çirk nəmli pambıq tamponlar ilə təmizlənə bilər. Hər hansı bir qum zərrəsini və digər yad cisimləri xaric edin.
  • Göz orbitinin sümük kənarına yaxın olan və yaxud gözün özündən uzaq olan hər hansı bir yaraya tikiş qoyun.
  • Qöz qapağının kənarına çatan və ya orbitin sümük kənarında olan dərin qapaq zədələnməsinə məruz qalan pasiyentlər oftalmoloji təcili yardım şöbəsinə daşınmalıdırlar.
  • Yaradan laseraiya olmuş dəri toxumasının çıxarılmasından və ya yaranın revizya edilməsindən çəkinin. Oftalmologa yönlənməsi daha məqsədəuyğundur.
  • Əgər yaranın gözün daxili bucağına qədər uzanırsa, göz yaşı kanalının kəsilməsi ehtimalı var. Oftalmoloqa yönləndirin.

Qıcıqlandırıcı və ya korroziv maddələrin gözə düşməsi     

  • Hadisə yerində dərhal göz kifayət qədər cox miqdarda su ilə ən azı 10 dəqiqə yuyulmalıdır
    • Göz yumaq üçün fizioloji məhlul ilə doldurulmuş birdəfəlik flakonlardan istifadə məsləhətdir.
  • Daşınma zamanı və ya ilk yardım məntəqəsində göz fizioloji məhlul ilə (% 0.9) 30 dəqiqə ərzində irriqasiya edilir (yuyulur). Əgər göz qələvi məhlulu ilə zədələnibsə əvvəlcə 60 dəqiqə ərzində yuyulur sonra infuziya borusu vasitəsi ilə damcılanma edilir. Anesteziya edici göz damcıları (məsələn, oksibuprokain _ oxybuprocaine) irriqasiyanı asanlaşdıracaq.
    • Qələvi əsaslı zədələnməni bəzən 4-6 saata qədər irriqasiya etmək lazımdır; neytrallaşdırma pH indikatorları ilə izlənilir. Limbus hüceyrələrinin zədələnməsi gözdə qələvi maddə qaldığı müddətdə davam edəcək.
  • Gözyaşardıcı qazın gözdən xaric edilməsinin ən yaxşı üsulu gözün hava axını ilə 10 dəqiqədən az olmayan müddətə ventilyasiya edilməsidir. İrriqasiya burada kömək etmir. 
  • Qaz balonlarında olan qazlar (gözyaşardıcı qazları) ağrıya və göz yaşının axmasınıa səbəb olurlar. Simptomlar bir saat ərzində əhəmiyyətli dərəcədə (spontan olaraq) yüngülləşirlər.
  • İlkin yardım kimi  və gözün müayinəsini asanlaşdırmaq üçün, anesteziya edici göz damcılarından (oksibuprokain- oxybuprocaine) göz daxili applikasiya kimi yalnız bir dəfə istifadə edilə bilər, lakin bu şərtlə, korneal səthə sürtmə olmamalıdır.
    • Simptomaları yüngülləşdirmək üçün xəstəyə evdə isitifadə etməyə anesteziya edici göz damcısı verilməməlidir. Onların uzunmüddətli istifadəsi buynuz qişanı zədələndirdiyindən təkrari istifadə tamamilə əks- göstərişdir.
  • Göz lupa və fluoressent boya vasitəsi ilə müayinə edilir. Əgər buynuz qişa rənglənmirsə və ya eroziya çox kiçik olarsa, xəstə ilkin yardım məntəqəsində müalicə edilə bilər. Geniş yayılmış eroziyası olan və ya limbusa çatan, yəni buynuz qişanın kənarına (yavaş bərpa olunan) ya da buynuz qişanın qeyri-şəffaflığı ilə müşayət olunan eroziyalara (şəkil __)  məruz qalan xəstələr dərhal oftalmoloqa göndərilir.
  • Konyunktivanın görünüşü (nekroz əlaməti) nə qədər bəyazdırsa, vəziyyət bir o qədər ciddidir! Görmə proqnozu, ilkin vəziyyətinin ağırlıq dərəcəsindən asılıdır, buynuz qişasının eroziya dərəcəsinə (saat siferblatı üzrə) və okulyar səthdə konyunktivanın zədələnməsinə (faizlə) əsaslanaraq qiymətləndirmə aparılacaqdır.
    • Buynuz qişa fluoressent boyasını limbusun yarısından (saat siferblatı üzrə 6 saat) çox olmayan hissəsində udursa və limbal konyunktivanın yarısından çoxu zədələnməyibsə görmə proqnozu yaxşıdır
    • Fluoressent boyasının  absorbiyası 3/4 sahədən (saat siferblatı üzrə 9 saat) artıq deyilsə və limbal konyunktivanın zədələnmiş sahəsi 75% -dən çox deyilsə proqnoz hələ də kifaəyət qədər yaxşı olaraq qalır.
    • Fluoresent boyasının absorbiyası buynuz qişanı tam əhatə edirsə (saat siferblatı üzrə 12 saat) və limbal konyunktiva tam olaraq zədələnibsə (kök hüceyrələrinin itirilməsi) proqnoz pisdir.

 o Прогноз еще достаточно благоприятен, если прокрашивание флуоресцеином не превышает 3/4 площади роговицы, а площадь поражения конъюнктивы в области лимба составляет не более 75%. o При прокрашивании флуоресцеином всей роговицы и повреждении всей конъюнктивы в области лимба (потеря стволовых клеток!), прогноз неблагоприятный.

 Buynuz qişasının yad cisimi

  • Bax .

Digər əlamətlər və ya simptomlar olmayan zədələnmiş gözdə görmə qabiliyyətinin bir qədər azalması

  • Növbəti gün görmə qabilyətini qiymətləndirin
    • Əgər görmə qabiliyəti yaxşıaşmayıbsa, pasiyenti oftalmoloqın yanına göndər.
    • Əgər görmə qabiliyəti daha da azalıbsa, pasiyent dərhal oftalmologa göndərilməlidir.

     

Göz almasının kontuziyon zədələnmələri

  • Tipik olaraq tennis və ya golf topu, yumruq və ya gözə birbaşa vurulan digər zərbə nəticəsində əmələ gəlir.
  • Görmə qabiliyətini, bəbək reaksiyalarını, göz hərəkətlərini, ön kameranı, okulyar fundusu, göz daxili təzyiqi və aşağı qapaqdakı toxunma hissini yoxlayın. Ön kameranın daha ətraflı müayinəsi oftalmik mikroskop tələb edir (böyük hematoma gözlə görünə bilər).
    • Göz hərəkətlərinin məhdudlaşması, diplopiya və aşağı göz qapağının paresteziyasi orbitin yayılmış qırığı olduğunu ehtiva edir (bax) və dərhal mütəxəssisə müraciət etmək üçün göstərişdir.
    • Assimetrik bəbək reaksiyası və ya oval olan bəbək intraokulyar toxuma lacerasiyasını (şəkil___) göstərir. Ön kamerada əhəmiyyətli dərəcədə qanaxma ola bilər, baxmayaraq ki, ön kameranın dibində qan izləri görünməyir.
    • Xəstəxanada müalicə tələb edən okulyar fundusun (şəkil____) hemorragiyası və xorioidal cırıqlar ola bilər.
  • Bir qayda olaraq , xəstə müayinə üçün mütəxəssis yanına göndərilməlidir. Xəstədə diplopiya yoxdursa, ön kamera təmiz görünürsə, görmə itiliyi pozulmayıbsa və bəbək reaksiyaları normaldırsa, mütəxəssis yanına göndəriş zəruri deyil.
    • Yüksək enerjili travma olduğu hallarda, göz normal görüntüdə olmasına  baxmayaraq, xəstə bir -iki həftə ərzində oftalmolog tərəfindən müşahidə/müayinə edilməlidir.
    • Gözün zərbə alması nəticəsində bir neçə ildən sonra meydana çıxan intraokulyar təzyiqin artması yarana bilər.Təzyiq ən azı ildə bir dəfə ölçülməlidir,  və məsələn, travmadan bir il sonra mütləq ölçülməlidir (yaxud optometrist tərəfindən ölçülmə aparılması kifayət edir).
  • Uşaqlarda bütün okulyar kontuziya zədələnmələri oftalmoloq tərəfindən araşdırılmalıdır. Ora serrata nahiyəsində bir cırıq varsa, müəyyən fəaliyyətlər, məs. batut üzərində tullanma hərəkətləri bir ay müddətinə qadağan edilir (asanlıqla qanaxma baş verə bilər və cırıqlar daha da genişlənə bilər).

Ön kamerada qan (hifema) 

  • Gözün oftalmoloq tərəfindən təcili müayinə edilməsini tələb olunur (əgər zədələnmə mexanizmi göz almasının açıq yaralanma şübhəsini yaradırsa, pasiyentin hər iki gözlərini örtərək müvafiq tibb müəssisəsinə daşınmalıdır (şəkil_____).

Əlaqədar mənbələr

Dua HS, King AJ, Joseph A. A new classification of ocular surface burns. Br J Ophthalmol 2001 Nov;85(11):1379-83. "?>

Tərcümə etdi Xanlar Haciyev

Tel 507948239

email: hanlar2003@yahoo.com