Kəskin xəstəliyi olan körpə
EBM Klinik protokolları
09.08.2018 • Sonuncu dəyişiklik 04.04.2014
ErikQvist
Əsas məqamlar
- Əksər hallarda körpələrdə əlamət və simptomları şərh etmək çətin olur, ona görə də, həmişə hərtərəfli müayinə aparılmalıdır. Hətta ciddi şəkildə xəstə olsa belə, körpədə yalnız bir neçə əlamət mövcud ola bilər.
- Uşaq nə qədər balaca olarsa, xəstəliyin də bir o qədər ciddi olması mümkündür və xəstəxanada yatırılma tələb olunacaq. Təcrübədə 3 ay minimum müalicə müddəti hesab edilə bilər; əgər uşaq bir aydan balacadırsa, xüsusilə diqqətli olmaq lazımdır.
- Körpənin valideynlərinə qulaq asın. Detallı anamnez həkimə daha tez düzgün diaqnoz qoymağa imkan verəcək və lazım olmayan araşdırmanı aparmağa ehtiyac yoxdur.
- Əzələ tonu yaxşı olan, yaxşı qidalanan və inkişafı yaxşı olan, temperaturu olmayan körpə nadir hallarda ciddi xəstə ola bilər.
- Əgər körpənin vəziyyəti pisləşərsə, daha sonra xəstəxanada müalicə etmək üçün təcili yardım göstərin.
Kliniki qiymətləndirmə
- Vizual yoxlanışı daha çox vurğulamaqla tez ümumi vəziyyəti qiymətləndirin.
- Qızdırma
- Tənəffüs (sürətli yoxsa çətin?)
- Anormal dəri rəngi və ya temperatur (solğun, maviyə çalan, sarı, soyuq ətraflar?)
- Körpə inildəyirmi və ya əl vuranda həssasdırmı, əzələləri gərgindirmi, süstdürmü?
- Qidalanma, çəki artımı, qusma, normal nəcis?
- Tibbi yardıma müraciət etmə səbəbindən asılı olmayaraq həmişə tam fiziki yoxlanış aparılmalıdır.
- Ümumi vəziyyət, qıcıqlanma, əzələ tonu, dəri rəngi və temperatur
- Əmgəyin vəziyyəti
- Ağız, udlaq və qulaqlar
- Ürək döyüntüsünə və ağciyərlərə qulaq asma və omba arteriyasında nəbz
- Qarın boşluğunun palpasiyası. qaraciyərin ölçüsü, xayalar və mümkün ola bilən yırtıqlar
İlkin müalicə
- Əgər siz körpənin ümumi vəziyyətinin pis olmasını düşünürsünüzsə, dərhal müalicəyə başlayın (ən əhəmiyyətlisi)
- Əlavə oksigenə ehtiyyac olub olmadığını yoxlayın.
- İtirilmiş mayenin venadaxili bərpası (məsələn, Ringer məhlulu) 15 dəqiqə ərzində 20 ml/kq. Qan dövranı stabil olanadək infuzion terapiyanı davam etdirin.
- İnfuzion kanula vasitəsilə qanın əkilməsi
- Qanda qlükoza konsentrasiyasının ekspres testi. Əgər yavaş olarsa, 3-4 dəqiqə ərzində 2 ml/kq venadaxili 10%-lıq qlükoza məhlulu (G10) yeridin.
- Əgər xəstəxanayadək məsafə çox olarsa, mikrobəleyhinə müalicə barədə düşünün.
Qızdırma (> 38.0°C)
- Qızdırma və qucaqda gəzməni xoşlamama adətən ciddi infeksiyanın göstəricisi olur.
- 3 aydan balaca olan qızdırmalı uşaqlar dərhal həkim tərəfindən müayinə edilməlidir. 1 aydan balaca olan qızdırmalı körpə dərhal xəstəxanaya yerləşdirilməlidir, çünki onlarda ümumiləşdirilmiş bakterial infeksiyanın inkişaf etməsi riski mövcuddur (cədvəl)
- Həmçinin bax .
- Epileptik tutma dərhal müalicə tələb edir, ilk öncə rektal diazepam (0.5 mq/kq) və ya ağızdan midazolam (ağızdan qəbul edilən preparatın dozası 0.25 mq/kq) qəbul edilməlidir. Hava yolu açıq saxlanılmalı və kifayət qədər oksigenlə təmin olunmalıdır.
- Kğrpələrdə qızdırma və MSS simptomlarının olması həmişə MSS infeksiyalarının olmasını inkar etmək məqsədilə xəstəxanada təcili araşdırmaların aparılmasını tələb edir.
- Peysər əzələlərinin sərtliyi meningitdə rast gəlinən nadir simptomlardandır. lakin əmgəyin qabaq hissəsi qabarıq ola bilər.
- Hipoqlisemiya, hipokalsemiya və hiponatremiya nevroloji simptomlara səbəb ola bilər. Təcili yardım şöbəsinə gətirilmiş, qeyri-spesifik simptomları olan körpələrdə müalicə yerində araşdırmalar aparılmalı, qanda şəkərin səviyyəsi ölçülməlidir.
- Beynə qan sızması və yarımçıq doğulmuş körpələrdə mümkün perinatal və postnatal səbəblər ilə əlaqədar olan tibbi məlumatlar mövcuddur.
- Beynin inkişaf pozğunluqları, metabolik pozğunluqlar və degenerativ xəstəliklər serebral simptomların səbəbləri ola bilər, amma bu, nadir hallarda baş verir.
- Körpəlikdə epilepsiya nadir hallarda özünü biruzə verir, lakin infantil spazmlar və digər oxşar vəziyyətlər uşağı təcili xəstəxanaya yatırtmaq üçün göstərişdir, belə ki, erkən müalicə xəstəliyin gedişatına təsir edir. İnfantil spazmlar bir qayda olaraq bədənin 0.5 - 1 saniyə ərzində bükülüb açılması kimi təkrarlanan tutmalardan ibarətdir.
- Bir çox hallarda uşağın titrəməsi sindromunda gözlə görünə bilən əlamətlər olmur. Uşaqlarda dozanın aşılması ehtimalı nəzərə alınmalıdır. Dozanın aşılmasına dair ən kiçik şübhə tibbi xidmət mütəxəssisinə müraciət etmək üçün bir göstəricidir.
- Körpə qarnında ağrı olduğunu göstərə bilmir və körpənin qarın boşluğunun və sidik-cinsiyyət üzvlərinin müayinəsi həmişə adi müayinəyə daxil edilməlidir.
- Qusma
- Qusma əksər hallarda uşaqlarda kəskin qarın sindromunun ən çox rast gəlinən təzahürüdür, ancaq bağırsaq ilə əlaqədar olmayan bir çox hallar da uşaqlarda qusmaya səbəb ola bilər.
- Təxminən 1 aylıq körpələrdə fontan şəklində qusma mədə stenozu olma ehtimalını yaradır.
- Yaşımtıl (sarılıq azarı) qusma həmişə anormal sayılır və əlavə araşdırmanı tələb edir.
- Anal dəlikdə qanama
- Bağırsaq invanginasiyasını inkar etmək üçün xəstəxanada araşdırma aparmaq lazımdır. 6 aydan balaca uşaqlarda bu hala tez-tez rast gəlinmir.
- Körpə uşaqlarda nəcisdə qanın olması adətən çox da əhəmiyyətli olmur və öz-özünə düzələcək anal çat, səpki və ya rektal iltihabdan qaynaqlanır. Nadir hallarda əsas səbəb inək südünə qarşı allergiya və ya bakterial infeksiya ola bilər.
- Əgər qastroenterit qusmanın səbəbi olarsa, o, həmçinin ishala da səbəb olar. Azyaşlı uşaqlarda qastroenteritə tez-tez rast gəlinmir.
- Balaca uşaqlarda appendisit olmur.
- Nadir hallarda rast gəlinən bağırsağın inkişaf pozğunluqlarına natamam bağırsaq hərəkəti və Hisprung xəstəliyi, yəni bağırsaqda ananqlioz (sinirsiz) zonanın olması daxildir və bu xəstəliklər də kəskin qarın sindromu kimi özünü büruzə verir.
- Altı aydan balaca uşaqlarda qasıq yırtığı asanlıqla sıxılır. Sıxılmış yırtığın əsas simptomu ağrıdır. Əgər bu hal uzun müddət davam edərsə, o, kəskin qarın sindromuna gətirib çıxaracaq. İlk yardım yırtığın əl ilə azaldılmasından ibarətdir və cərrahi müalicə üçün uşaq təcili xəstəxanaya göndərilməlidir.
- Ağrılı və qırmızı rəngli xaya təcili xəstəxanaya yatırılma və cərrahi müalicə üçün göstəricidir.
- Həmçinin bax .
- Əksər hallarda yeni doğulmuş körpələrdə sarılıq fizioloji sarılığın və ya naməlul etiologiyalı ana südü sarılığının müddətinin uzanması (doğuşdan 1-2 həftə sonra) ilə əlaqədardır. Ana südü sarılığı müalicə tələb etmir, ancaq 24-48 saat ərzində süni uşaq qidasına keçməklə diaqnoz təsdiqlənə bilər.
- Hemolizi və infeksiyanı inkar etmək üçün tədbirlər görmək lazımdır, ancaq bu diaqnozlar qoyulduqda dərhal müalicəyə başlanılmalıdır (qanın analizi və retikulositlər). Uzun müddət davam edən sarılıq adətən sidik yollarında infeksiya ilə əlaqəli olur.
- Qanda ümumi bilirubin konsentrasiyasına əlavə olaraq, birbaşa bilirubin konsentrasiyası da təyin edilir. Əgər birbaşa bilirubinin proporsiyası 20% və daha çox olarsa, nəticə anormal sayılır.
- Əksər nadir xəstəliklər birbaşa bilirubinin səviyyəsinin qalxmasına səbəb ola bilər, lakin, ən vacibi öd yollarının obstruksiyası və ya atreziyası diaqnozunun qoyulmasıdır. Solğun rəngli nəcis və tünd rəngli sidik öd yollarında obstruksiyanın olmasına dəlalət edir. Uşağın ümumi vəziyyətinin yaxşı olması həkimə müraciəti etməyi təxirə salmamalıdır.
- Uşaqlarda sarılığın araşdırılması böyük uşaqlarda və böyüklərdə olduğu kimi aparılır (müxtəlif növ hepatit və s.). Bax.